Tərbiyə prosesinin mahiyyəti və məqsədi


İnzibati və ya idarəçilik vəzifəsi



Yüklə 268,27 Kb.
səhifə95/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   91   92   93   94   95   96   97   98   ...   122
PEDAQOGİKA 2 hissə

İnzibati və ya idarəçilik vəzifəsi əsas etibari ilə məktəbdə aparılan tərbiyə işlərinin keyfiyyətinə nəzarət və yoxlama mərhələ- sini özündə əks etdirir. Nəzarət və yoxlama iki istiqamətdə həyata keçirilə bilər:

  1. Planda nəzərdə tutulmuş tədbir həyata keçirilib, ya keçirilməyib?

  2. Pedaqoji səmərə nöqteyi-nəzərindən pedaqoji təsir tərzlə- rinin optimal variantı müəyyən edilibmi?

Tərbiyə işləri üzrə təşkilatçı bu vəzifələri yerinə yetirmək üçün özü bir sıra keyfiyyətlərə malik olmalıdır. Tərbiyə işləri üzrə təşkilatçının şəxsiyyətinə və fəaliyyətinə hansı pedaqoji tələblər verilir?

Təşkilatçının metodiki vəzifələri müvəffəqiyyətlə və pedaqoji cəhətdən səmərəli həll edilməsi üçün o, ilk növbədə, özü yüksək metodiki hazırlığa malik olmalıdır. Buna görə də, o, tərbiyəvi işlərin məzmunu, forma və üsulları haqqında dərin biliyə, izah etmək və inandırmaq məharətinə yiyələnməlidir. Eyni zamanda məktəb təşki- latçısı pedaqogika, psixologiya, məktəb gigiyenası, fiziologiya, sosiologiya və s. elmlər haqqında müəyyən biliyə malik olmalıdır və öz biliyini daim genişləndirməlidir.

Təşkilati vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi də tərbiyə işləri üzrə təşkilatçıda bir sıra keyfiyyətlərin olmasını tələb edir. Belə ki, tərbiyə işləri üzrə təşkilatçı sadə, mehriban, ünsiyyətli, həssas, xeyirxah, qayğıkeş, ədalətli, haqqı tələb edən olmalıdır.

O, yüksək pedaqoji taktikaya malik olmalı, məktəb şagirdləri ilə, tərbiyə prosesində iştirak edənlərlə münasibətlərini elə səviyyə- də qurmalıdır ki, məktəbin pedaqoji fəaliyyətinin səmərəsini təmin edə bilsin.

Tərbiyə işləri üzrə təşkilatçı pedaqoji takta, pedaqoji mərifətə, yaradıcılıq qabiliyyətinə malik olmalıdır. Bəzi məktəblərdə tədbirlə- rin keçirilməsində yeksənəkliyə yol verilir. Odur ki, tərbiyə işləri üzrə təşkilatçı yaradıcı şəxs olmalıdır.

İnzibati və ya idarəçilik vəzifəsinin icrası məktəb təşkilat- çısı- nın qarşısına bir sıra tələblər qoyur. Belə ki, təşkilatçı, hər şeydən əvvəl, müəllimlərin, sinif rəhbərlərinin və şagird kollektivinin fəa- liyyətini təhlil etməyi bacarmalıdır.


    1. Yüklə 268,27 Kb.

      Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin