TƏRBİYƏNİN MƏQSƏDİ VƏ TƏRKİB HİSSƏLƏRİ
İstənilən fəaliyyətdə, müəyyən mənada, müvəffəqiyyətin əsasını məqsəd aydınlığı təşkil edir. Aydın məqsəd hər bir işçiyə, istənilən sahədə fəaliyyət göstərənə işini səmərəli və düzgün təşkil etməyə imkan verir. Pedaqoji prosesdə də məqsəd aydınlığı böyük əhəmiyyət kəsb edir.
Bu məqsədlər isə cəmiyyətin şəxsiyyət formalaşdırılması işinə verdiyi tələblərə əsasən müəyyən edilir. Klassik və müasir pedaqoqlar şəxsiyyət formalaşdırılması prosesində məqsəd aydınlığına yüksək qiymət verirblər. Məsələn K. D Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas məsələsi hesab edirdi. Onun fikrincə tərbiyənin məqsədi ictimai və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyrixahlıqa can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran həqiqi insan yetişdirməkdir. (K.D.Uşinski, seçilmiş pedaqoji əsərləri, Azərnəşr, 1953, s111)
Praqmatizm nümayəndələrindən biri, Amerika pedaqoqu D. Dyui iddia edirdi ki, eyni zamanda paralel şəkildə həm məqsəd, həm də tərbiyə prosesi mövcuddur. Onun fikrincə tərbiyə inkişafdır və o, heç bir xarici təsirə tabe deyildir. Bununla da o, tərbiyə prosesini elmilik, obyektivlik və məqsədyönlülükdən məhrum edirdi. O fərdi tərbiyəyə daha çox üstünlük verirdi.
D.Dyuinin davamçıları müasir proqmatistlər iddia edirdilər ki, mənlik iddiası ilə doğulmuş hər kəs xarici təsirə qarşı əks təsir göstərir, o özünü yaradıcılıqda təsdiq edir. Əksinə, xaricdən göstərilən tərbiyəvi təsirlər insanlardakı müstəqilliyi, qabiliyyəti boğur, onun üzə çıxmasını, inkişafını ləngidir.4 Məşhur Azərbaycan ədibi A. Bakıxanov hər şeydən əvvəl tərbiyənin məqsədini müəyyənləşdirməyə yüksək qiymət vermişdir. Onun fikrincə tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. O, əxlaq və əqli tərbiyəyə daha çox üstünlük verirdi. Tərbiyənin digər tərkib hassələrini də əxlaq tərbiyəsinin tərkib hissəsində (estetik, fiziki, əmək və s) verirdi. O, əxlaq tərbiyəsinə nəzakətlilik, təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünərək danışmaq və hərəkət etmək, sərbəstlik, özüntənqid, təmkinlilik, ehtiyatlılıq, əməksevərlik, və s kimi sifətləri aid edirdi.
Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir. İctimai iqtisadi quruluş dəyişdikcə tərbiyənin məqsədi də dəyişir. Ona görə müxtəlif ictimai iqtisadi quruluşlarda tərbiyə də müxtəlif məqsədləri yerinə yetirmişdir.
Müasir dövrdə inkişaf etmiş demokratik ölkələrdə tərbiyənin məqsədi hərtərəfli tnktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir. Hərtərəfli insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş, bu isə öz əksini xalqların yaradıcılığında dövrün mütəfəkkirlərinin əsərlərində tapmışdır. Hərtərəffli inkişaf etmiş insan idealı müxtəlif xalqların həm yazılı, həm də şiffahi xalq ədəbiyyatında əks olunmuşdur. Xalq yaradıcılığında təsvir edilən bu qəhrəmanlar fiziki cəhətdən sağlam, gözəl, əxlaqı təmiz, mərd, qorxmaz, döyüşkən, xalqını və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf edilmişdir.
Zaman keçdikcə hərtərəfli inkişaf etmiş şəxsiyyət idealı reallaşmış, gündəlik tələbata çevrilmiş, zəruri həyatı keyfiyyətlər kimi formalaşdırılmağa başlanmışdır. Hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi müasir dövrdə cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu əsas tələbdir. Bu tələb uyğun olaraq tərbiyə, təlim təhsilin insan formalaşdırılması işinin məqsədləri müəyyən edilir. Azərbaycanda tərbiyənin məqsəd və vəzifələri Azərbaycan Respublikasının Təhsil Qanununun 9-cu maddəsində öz əksini tapmışdır: dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissəsinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq: soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf etdirən, ailəsini, millətini, Vətənini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan İnsan tərbiyə etməkdir. Bu deyilənlərə istinad edərək demək olar ki, Azərbaycan Respublikasında tərbiyənin məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirməkdən ibarətdir. Hərtərəfli inkişaf etmiş şəxsiyyət dedikdə yuksək intelektual səviyəyə malik, zəruri əxlaqi keyfiyyətlərə yiyələnmiş, istehsalın əsas sahələri həqqında müəyyən biliklərə və əmək vərdişlərinə malik, gözəlliyi sevməyi, qiymətləndirməyi bacaran, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə obyektiv qiymət 4 Педагогика (С.Баранов, Т.В.Великов, В.А.Сластенинов). М.,1976.verən, dövlət və şəxsi hüquqları haqqında elmi məlumata malik, onu müdafiə edə bilən mübariz insanlar nəzərdə tutulur.
Tərbiyənin bu məqsədinə müvafiq tərkib hissələri müəyyən edilir. Bunları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
Dostları ilə paylaş: |