Tərcüməçidən



Yüklə 0.81 Mb.
səhifə1/7
tarix06.05.2017
ölçüsü0.81 Mb.
  1   2   3   4   5   6   7

Ön söz


Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir,Onu köməyə çağırır,Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmməd (s.a.s)-ə, ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.

Qısa olaraq qeyd edim ki,oxucuya təqdim olunan bu risalə hörmətli Əbu Əli Abdullah (Efendi)-ın qələmə aldığı “Слабые хадисы о превосходстве Али и ахле байта” kitabından edilmiş tərcümədir.İstənilən kəs originala müraciət edə bilər.Uca Allahdan bu çalışmalarımızı qəbul edib,onun dini üçün faydalı etməsini təmənni edirik. Tərcüməçidən



Müqəddimə

Mərhəmətli və rəhmli Allahın adı ilə! Aləmlərin Rəbbi olan Allaha həmd olsun.Sonuncu peyğəmbər Muhəmmədə və əhlinə salam və xeyir dua olsun.Allah Təala onun səhabələrindən və onlara xetir işdə tabe olanlardan razı olsun.

Ömər ibn Xəttab (r.a) rəvayyət edir ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Həqiqətən əməllər niyyətlərə görə dəyərləndirilir və hər bir insana da onun niyyətinə görə verilir.Ona görə də Allah və Elçisi üçün hicrət edən ona yetişmiş olar.Dünya malı və qadın üçün hicrət edən də ancaq istədiyinə çatmış olar.” (Səhih Buxari №1)

İmam Nəvəvi nəql edir ki,Əbu Səid Əbdurrahmən ibn Mehdi dedi: “Kitab yazmaq istəyən hər kəs qoy bu hədislə başlasın” (“əl Əzhər muntəhaba əl əbrar” səh 24)

Möminlərin Əmiri Əli ibn Əbu Talib (r.a) Peyğəmbər (s.a.s)-in ətrafında olan ən möhtəşəm insanlardan biri idi.Onun fəziləti haqqında bir çox səhih və mütəvatir hədislər varid olmuşdur.

Peyğəmbər (s.a.s) buyurur: “Mən kimin mövlasıyamsa,Əli də onun mövlasaıdır.”

Muhəmməd ibn Cəfər əl Qəttani “Nazmul mutənasira minəl hədisəl mutəvatira” kitabında yazır: “Suyuti bu hədisi “əl Əzhar” kitabında Zeyd ibn Ərkam,Əli,Ömər ibn Xəttab,Əbu Hureyra,İbn Abbas,Təlha,Ənəs,Cabir (r.a)-dan,ümumilikdə isə 18 səhabədən rəvayyət etmişdir. Əli (r.a) Kufə məscidində bu sözləri Peyğəmbər (s.a.s)-dən kimlərin eşitdiyini dediyi zaman 12 nəfər ayağa qalxdı.Onların arasında Qeys ibn Sabit,Həbib əl Vəraqa,Zeyd əl Ənsari var idi.

İmam Əhməddən varid olan rəyə görə bunu 30 səhabə eşidib və rəvayyət etmişdir. Fitnə zamanı insanlar məhz bu hədisə görə onun ətrafında toplanmışdılar.

İbn Hacər deyir: “Bu hədisi Tirmizi,Nəsai rəvayyət etmişlər və bunun başqa sənədləri də vardır.Qeyd etmək lazımdır ki, rəvayyətlərdə yalnız ”Mən kimin mövlasıyamsa,Əli də onun mövlasıdır” kəlməsi mütəvatirdir.

Peyğəmbər (s.a.s) Əli (r.a)-yə dedi: “Sən məndənsən,mən də səndənəm.”

Hədisi Tirmizi “Sünən”-də (№3716) rəvayyət etmiş,onu həsən-qərib adlandırmışdır.İbn Teymiyyə “Minhəcus sunnə”-də (6/261) hədisin sabit olduğunu qeyd etmişdir.Səhəvi hədisin səhih olduğunu qeyd etmişdir. (“Məqasidəl həsənə” 125)

Şeyx Albani bu hədisin şərhində onun səhih olduğunu qeyd etmişdir.

Bizə həmçinin Əli (r.a)-nin zövcəsi,Peyğəmbər (s.a.s)-in qızı Fatimə (r.a)-nin fəzilətləri baradə də hədislər varid olmuşdur.

İmam Buxari Misvər ibn Məxrəmə (r.a)-dən rəvayyət edir: “Bir zamanlar Əli (r.a) Əbu Cəhlin qızına elçi düşmüşdü.Bu baradə Fatimə (r.a) xəbər tutduqda,Peyğəmbər (s.a.s)-in yanına gəlib,dedi: “İnsanlar sənin qızlarına görə qəzəblənmədiyini hesab edəcəklər.Çünki,Əli ibn Əbu Talib Əbu Cəhlin qızı ilə evlənmək istəyir.”

Onda Peyğəmbər (s.a.s) yerindən qalxdı,Allaha həmd etdikdən sonra dedi: “Mən qızımı sözlərində sadiq olan Əbul As ibn Rabiəyə vermişdim.Fatiməyə gəldikdə isə,o mənim bir parçamdır və mən istəmirəm ki,o üzülsün! Allaha and olsun ki,Peyğəmbər qızı ilə Allah düşməninin qızı eyni vaxtda bir adamın zövcələri ola bilməzlər.” Bundan sonra Əli (r.a) öz istəyindən əl çəkdi.” (Zubəydi “Müxtəsər səhih Buxari” №1467)

Həsən və Hüseyn (r.a)-nin fəzilətləri baradə də səhih hədislər varid olmuşdur.

İbn Hibban Ənəs ibn Malik (r.a)-dən “Səhih”-də rəvayyət edir: “Heç kim Həsən bin Əli (r.a) kimi Peyğəmbər (s.a.s)-ə çox oxşamırdı.” (İbn Hibban “Səhih” №6973)

Şueyb Arnaut yazır: “Hədis səhihdir.”

Usamə ibn Zeyddən (r.a) rəvayyət olunur ki, “Peyğəmbər (s.a.s) Usaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev”, yaxud buna oxşar bir söz deyərdi” (Buxari, “Kitabul fadail əshab”, 24/87)

Uqbə bin əl Haris (r.a) belə demişdir: “Əbu Bəkr (r.a) əsr namazını qıldı, sonra Əli (r.a) ilə getdi. Yolda Həsəni uşaqlarla oynayan gördükdə, onu çiyninə aldı və ona: “Peyğəmbərə oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” dedi. Əli (r.a) isə güldü” (Buxari, “Kitabul-fadail əshab”, 24/90)

Əbu Səid (r.a) Rasulullah (s.a.s)-ın belə dediyini rəvayyət edir: “Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir” (Tirmizi, “Mənaqib”, 3778)

Muhəmməd ibn Cəfər əl Qəttani “Nazmul mutənasira minəl hədisəl mutəvatira” kitabında yazır:

“Suyuti bu hədisi “əl Əzhar” (№236) kitabında 16 səhabədən rəvayyət edir.”

Şeyx Albani yazır ki,”hədis mütəvatirdir.” (“Silsilət səhihə” 796)

Tirmizi bu hədisə həsən-səhih demişdir.Heysəmi “Məcməuz zəvaid” (9/187)-də ravilər silsiləsini yaxşı adlandırmışdır.

Əli (r.a) və onun əhlinin fəziləti baradə olan səhih hədislər müsəlmanlara kifayət etməlidir.Lakin,çox təəsüf ki,hədis,tarix kitabları bu gözəl adamlar haqqında yalan və əsassız rəvayyətlərlə doludur.

Hafiz Şeyxulİslam ibn Hacər əl Əskalani deyir: “Əhli beytin fəzilətinə dair Rafizilərin nə qədər hədis uydurduqlarını hesablamaq qeyri mümkündür.” (“Lisan əl mizan”c.1,səh 13,Beyrut)

Əmir əş Şabi deyir: “Bu ümmətdə Əli (r.a)-nin adından uydurulan yalanlar qədər heç kəsin adından belə yalanlar uydurulmayıb.”(“Fəvaid əl məcmua”səh 148,haşiyə №187)

İbn Qəyyum əl Cəuziyyə deyir: “Əli (r.a)-nin fəzilətlərinə dair Rafizilərin uydurduqlarına gəlincə isə bu baradə həddindən çox uydurulmuş rəvayyətlər vardır.”(“Səhih və zəif”səh 292)

Hafiz Əbu Yalə əl Həlili “İrşad” kitabında deyir: “Rafizilər Əli (r.a) və Əhli beytin fəziləti haqqında 300 000-ə qədər rəvayyət uydurmuşlar.”(həm.yer)

Muhəmməd ibn Cəfər əl Qəttani yazır: “Peyğəmbər (s.a.s) buyurdu: “Hər kim mənim adımdan qəsdən yalan söylərsə, cəhənnəmdəki yerinə hazırlansın.”

İmam Cəlaləddin Suyuti “əl Əzhar” əsərində bu hədisi Əli ibn Əbu Talib,Əbu Hureyra,Ənəs ibn Malik,Muğira ibn Şubə,Zubeyr ibn Əvvam,Sələmə ibn Əqva,Abdullah ibn Əmr,İbn Məsud,Cabir ibn Abdullah,Əbu Qatadə,Əbu Səid əl Xudri,Əffan ibn Hubeyb,Ömər ibn Xəttab,Osman ibn Əffan,Xalid ibn Urfuta,Zeyd ibn Ərkam,İbn Ömər,Uqbə ibn Əmr,Qeys ibn Səd ibn Ubadə,Müaviyyə,Əbu Musa əl Qafiki,Əbu Bəkr Siddiq,Təlhs ibn Ubeydullah,Əvs ibn Əvs,Bəra ibn Azib,Huzeyfa ibn Yəman,Rafi ibn Hədic,Səid ibn Yezid,Səid ibn Mihdəs,Salman əl Farsi,Suheyb,İbn Abbas,Utbə ibn Qəzvan,Urs ibn Amir,Əmmar ibn Yasir,Əmr ibn Hureys,Aişə (r.a)-dan,tam olaraq 75 səhabəyə istinad edərək nəql edir. (“Nazmul mutənasira minəl hədisəl mutəvatira” №2)

Bu “Səhih Muslim”də müqəddimədə olan hədisdir və digər qaynaqlarda olmaqla mütəvatir hədislərdəndir.

Peyğəmbər (s.a.s)-dən belə təhdidə baxmayaraq,insanlar onun adından yalan danışıb,danışır və təəsüf ki,danışacaqlar.Beləliklə,biz burada bəhsi keçən hədisləri araşdıracağıq.

Allahdan bu işi görmək üçün mənə ixlas,əzm əta etməsini diləyir və bunu peyğəmbərlərin sonuncusu Muhəmməd (s.a.s)-in dini üçün faydalı etməsini təmənni edirəm.Ona və ailəsinə Allahın salavatı və salamı olsun.

Ravilər üçün istifadə olunan əsas terminlər

(منكر الحديث)— “Münkər hədis”— qəbul olunmayan hədisdir.

(ليس بثقة)— “Leysə bi siqat” — etibar olunmur.

(متروك الحديث)— “Mətrukəl hədis” — onun hədisləri qəbul olunmur.

(ليس بحجة)— “Leysə bi huccət” — ona güvənilməz.

Hədis № 1

Nəql olunur ki,guya Peyğəmbər (s.a.s) demişdir: “Mən,Harun ibn İmran,Yəhya ibn Zəkəriyyə və Əli ibn Əbu Talib bir torpaqdan xəlq olunmuşuq.”(İbn Əsakir ”Tarix”c.42,səh 63-64)

İmam Şəukani yazır: “Xətib bunu mərfu şəkildə Əli (r.a)-dən rəvayyət etmişdir.Bu uydurma rəvayyətdir.Buna səbəb Muhəmməd ibn Xələf əl Mərvəzidir.” (Şəukani “Fəvaid əl məcmua” səh 441, №40)

Əbul Fərəc Əbdurrahmən ibn Əli ibn Cəuzi yazır: “Bu Peyğəmbər (s.a.s) adından uydurulmuş hədisdir və buna səbəb Mərvəzidir.

“Yəhya ibn Muin onun haqqında: “o yalançıdır”,Dərakutni isə: “o mətrukdur” demişdir.” (İbn Cəuzi “Məvdua”c.1,səh 340)

“İmam Zəhəbi bu rəvayyətin uydurma olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” c.3,səh 538, №7490)

“Həmçinin Suyuti də bunun uydurma olduğunu qeyd etmişdir.” (“Ləal əl məsnua” c.1,səh 294)

Rəvayyətin sənədi belədir: “Muhəmməd ibn Həlf əl Mərvəzi-Musa ibn İbrahimdən (Mərvəzi),o da Musa ibn Cəfərdən, o da atalarından rəvayyət edir.” (“Məvdua”c.1,səh 339)

Musa ibn İbrahim,Əbu İmran əl Mərvəzi.

Dəraqutni və başqaları deyir: “mətrukdur” Yəhya ibn Muin onu yalançılıqda ittiham etmişdir.”(“Kəşful xəsais” №790,səh 262)

Hafiz İbn Hacər deyir: “İbn Cəuzi problemi Mərvəzidə,yəni Musa ibn İbrahimdə görür.İbn Muin onu yalanda ittiham etmişdir.” (“Tənzirihil şəriat mərfua”c.1,səh 351)

Daha doğrusunu Allah bilir.



Hədis №2

Nəql olunur ki,guya Peyğəmbər (s.a.s) demişdir: “Mən və Əli bir nurdan xəlq olunmuşuq.Biz Adəmin xəlq olunmasından 2000 il əvvəl kürsünün sağında idik.Sonra Allah Təala Adəmi yaratdı.Sonra biz Əbdulmutəllibin belində yerləşdirildik.Sonra Allah bizim adımızı öz adından xəlq etdi.Allah-Mahmud,mən Muhəmməd.Allah Aliy və Əli-Əli.”

“Bu uydurma rəvayyətdir.Bunu Cəfər ibn Əhməd ibn Əli ibn Bəyan uydurmuşdur.Hekayələr uyduran rafizi idi.” (Şəukani “Fəvaid əl məcmua” səh 441, №41)

Suyuti yazır: “Bu rəvayyəti Cəfər ibn Əhməd uydurmuşdur.” (“Ləal əl məsnua” c.1,səh 294)

İbn Cəuzi deyir: “Bunu rəvayyətlər uyduran rafizi Cəfər ibn Əhməd uydurmuşdur.” (“Məvdua”c.1,səh 340)

Hədis №3

Nəql olunur ki,guya Peyğəmbər (s.a.s) demişdir: “Mələklər məni və Əlini 7 il boyunca salamlayırdılar.Çünki,ondan başqa heç kəs əvvəl mənimlə birgə ibadət etməmişdir.”

“Bu xəbərin sənədində Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi vardır.Bu ravinin rəvayyətləri münkərdir,yəni qəbul olunmur.Bu rəvayyəti İbn Mərdaveyh “Fədailul Əli”-də nəql etmişdir.İbn Adiy bu rəvayyəti mərfu formada Ənəsdən nəql etmişdir.Zəhəbi “Mizan”-da qeyd edir ki,bu hədis uydurmadır.İbn Əsakir bunu Əbu Zəradan rəvayyət etmişdir.” (Şəukani “Fəvaid əl məcmua” səh 441-442, №42)

“Buxari deyir ki,Muhəmməd ibn Ubeydullahdan olan rəvayyətlər münkərdir.İbn Muin onun “dəyərsiz” olduğunu qeyd etmişdir.Əbu Xətim də onun rəvayyətlərinin olduqca münkər olduğunu qeyd etmişdir.” (Zəhəbi “Mizanul itidal”c.3,səh 634-635, №7904)

İbn Cəuzi deyir: “Bu hədis səhih deyil.Bu rəvayyətin sənədinin birinci hissəsində Muhəmməd ibn Ubeydullah vardır.Yəhya dedi: “o heçnədir” Buxari deyir: “Onun rəvayyətləri münkərdir” İbn Adiy deyir: “Abbad zəifdir və şiəlikdə həddi aşmışdır.”Uqeyli deyir: “o zəifdir” (İbn Cəuzi “Məvdua”c.1,səh 341)

“Buxari qeyd edir ki,Abbaddan olan rəvayyətlər münkərdir.” (Zəhəbi “Mizanul itidal”c.2,səh 369, №4128)

İbn Əsakir bu rəvayyəti “Tarix” kitabında Əbu Əyyub əl Ənsari (r.a)-dən rəvayyət etmişdir.

أخبرنا أبو غالب بن البنا وأبو العز بن كادش قالا أنا أبو محمد الجوهري أنا أبو الحسن علي بن محمد بن أحمد بن لؤلؤ ناعمر بن محمد بن بكار نا محمد بن خلف الحداد نا عبد الرحمن بن قيس أبو معاوية نا عمرو بن ثابت عن يزيد بن أبي زياد عن عبد الرحمن بن سعد مولى أبي أيوب عن أبي أيوب الأنصاري قال قال رسول الله ( صلى الله عليه و سلم ) صلت الملائكة علي وعلى علي سبع سنين وذلك أنه لم يصل معي أحد غيره

“Sənəddə olan Əbu Muaviyyə Əbdurrahmən ibn Qeys mətrukdur.Əbu Zura qeyd edir ki,o yalançıdır.Nəsai deyir ki,onun rəvayyətləri münkərdir.Zəkəriyyə ibn Yəhya əs Sədci deyir ki,o zəifdir.Saleh ibn Muhəmməd Bağdadi qeyd edir ki,bu ravi hədislər uydurardı.”(Mizzi “Təhzib əl kəmal” c.17, №3939)

Suyuti yazır: ”Muhəmməd ibn Ubeydullah heçnədir,onun rəvayyətləri qəbul olunmur.” İkinci ravi haqqında isə İbn Adiy deyir: “Abbad zəifdir.Onun nəqlləri münkərdir.Bununla yanaşı o hələ qulatı şiədəndir.” (“Ləal əl məsnua” c.1,səh 294)

Sonra Suyuti rəvayyəti Əbu Zura istinad edən İbn Əsakirdən nəql edir:

قال ابن عساكر أنبأنا أبو الحسن الفرضي حدثنا عبد العزيز بن أحمد أنبأنا أبو الحسن بن السمسار أنبأنا أبو سليمان محمد بن عبد الله بن منصور بن نصر بن إبراهيم حدثنا أبو عقيل الخولاني حدثنا عيسى بن سليمان أبو موسى حدثنا عمرو بن جميع عن الأعمش عن أبي ظبيان عن أبي ذر قال قال رسول الله إن الملائكة صلت علي وعلى علي سبع سنين قبل أن يسلم بشر


“Sənəddə Amr ibn Cami mətrukdur.Onun tam adı Amr ibn Cami Əbu Munzir və ya Əbu Osman Kufidir.Buxari deyir: “Onun rəvayyətləri münkərdir.”İbn Muin onun yalançı olduğunu qeyd etmişdir.Dəraqutni qeyd edir ki,o mətrukdur.İbn Adiy deyir ki,onu rəvayyət uydurmada ittiham etmişlər.” (“Mizanul itidal” c.3,səh 251, №6345)

Daha doğrusunu Allah bilir.



Hədis №4

Nəql olunur ki,guya Əli (r.a) demişdir: “Mən Allahın qulu,Peyğəmbərin qardaşı və ən böyük siddiqəm.Məndən başqa özünü yalançıdan başqa heç kəs belə adlandırmaz.Mən hamıdan 7 il əvvəl ibadət etməyə başlamışam.”(Hakim “Müstədrək” №4584; Nəsai “Xəsais” №6; İbn Macə “Sünən” №120)

Hədisin sənədi belədir:

حدثنا أبو العباس محمد بن يعقوب ثنا الحسن بن علي بن عفان العمري وحدثنا أبو بكر بن أبي دارم الحافظ ثنا إبراهيم بن عبد الله العبسي قالا ثنا عبيد الله بن موسى ثنا إسرائيل عن أبي إسحاق عن المنهال بن عمرو عن عباد بن عبد الله الأسدي عن علي رضى الله تعالى عنه

Nəsai bunu “Xəsais”-də nəql etmişdir.Sənəddə Abbad ibn Abdullah əl Əsədi vardır.Bu ravi bu rəvayyəti uydurmada ittiham edilib.Əli ibn Mədini qeyd edir ki,bu ravi zəif hədis ravisi olmuşdur.” (Şəukani “Fəvaid əl məcmua” 442, №43)

Hafiz Zəhəbi yazır: “Bu Əli (r.a) adına uydurulan yalandır.” (“Mizan” №4126)

Şeyx Albani deyir: “Hədis uydurmadır” (“Silsilə əd daifə” c.10, №4947)

İmam Əhməd deyir: “bu rəvayyət münkərdir.” (İbn Hacər əl Əskalani “Təhzib ət təhzib”c.5, №165)

İbn Cəuzi qeyd edir: “Hədis uydurmadır.Bunda səbəbkar Abbad ibn Abdullahdır. İbn Mədini deyir: “o hədisdə zəifdir.” Yəzdi dedi: “etimad edilməyən rəvayyətlər nəql etmişdir.” (“Məvdua” c.1,səh 341)

Hədis №5

Peyğəmbər (s.a.s)-in guya belə dediyi nəql olunur: “Sən mənə ilk iman gətirənsən.Qiyamət günü mənim ilk əlimi sıxan da sənsən.Sən ən böyük Siddiq,haqqı batildən ayıran Faruq və möminlərin əmirisən.” (İbn Əsakir “Tarix” 42/42)

Hədisin mətni belə bunun Peyğəmbər (s.a.s)-in demədiyini aşkar edir.

Rəvayyəti Bəzzar Əbu Zərdən mərfu şəkildə rəvayyət etmişdir.Hədisin sənədində Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi vardır.O,hədis uydurmada ittiham edilib.Abbad da zəif bir rafizidir.” (Şəukani “Fəvaid əl məcmua” səh 442-443, №45)

İbn Ərraq əl Kinani qeyd edir: “Rəvayyətin sənədində Abbad ibn Yəqub vardır.İbn Hibban deyir: ”O məşhur ravilərdən münkər nəqllər edərdi və o şiəlikdə həddi aşmışdı.” Həmçinin sənəddə Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi vardır....” (“Tənzirihil şəriat mərfua”c.1,səh 352)

İbn Ərraq qeyd etdiyi kimi burada problem Abbad deyil,Əbu Rafidir.İbn Cəuzi bu rəvayyətin 3 sənədini nəql etmişdir. Birinci sənəd belədir:

أنبأنا أحمد بن على بن المحلى قال أنبأنا أبو القاسم على بن أحمد السرى قال أنبأنا أبو أحمد عبيدالله بن محمد بن أحمد بن أبى مسلم الفرضى قال حدثنا أبو بكر محمد بن يحيى بن عبدالله الصولى قال حدثنا أحمد بن عمرو أبو بكر البزاز قال حدثنا عباد بن يعقوب قال حدثنا على بن هاشم بن اليزيد عن محمد بن عبيدالله بن أبى رافع عن أبيه عن جده عن أبى ذر قال: سمعت النبي صلى الله عليه وسلم يقول لعلى بن أبى طالب رضى الله عنه: " أنت أول من آمن بى، وأنت أول من يصافحني يوم القيامة، وأنت الصديق الاكبر، وأنت الفاروق تفرق بين الحق والباطل، وأنت يعسوب المؤمنين، والمال يعسوب الكافرين ".

Sənəddə qeyd olunduğu kimi Muhəmməd ibn Ubeydullah ibn Əbu Rafi vardır.”Yəhya ibn Muin deyir: “Onun nəqlləri heçnədir.” Əbu Hatim: “Onun rəvayyətləri olduqca münkərdir.” (“Mizan” №7904)

Digər ravi Əli ibn Hişam ibn Yeziddir.Alimlərin onun haqqında rəyləri fərqlidir.Yəhya ibn Muin və digərləri qeyd etmişlər ki,o dürüst ravidir.Əbu Zura və Nəsai də onu yaxşı ravi hesab etmişlər.

“Buxari qeyd edir ki,Əli və atası Hişam məzhəblərində ifratçı idilər.İbn Hibban deyir ki,ibn Hişam qatı şiə idi və məşhur ravilərdən qəbul olunmaz nəqllər edərdi.İbn Numeyr dedi: “Əli ibn Hişam şiəlikdə ifrata getdi.Onun nəqlləri münkərdir.” (“Mizanul itidal” c.3,səh 538, №7490)

Bu iki ravi rəvayyətin ikinci sənədində də mövcuddur.Lakin,onlar orada digər məşhur yalançı ravilərlə bərabərdirlər.Rəvayyətin ikinci sənədi belədir:

أنبأنا زاهر بن طاهر قال أنبأنا أحمد بن الحسين البيهقى قال أنبأنا أبو عبد الله محمد بن عبدالله الحاكم قال سمعت محمد بن على الاسفراينى قال حدثنا أحمد بن محمد بن إسماعيل قال حدثنا مذكور بن سليمان قال حدثنا أبو الصلت الهروي قال حدثنا على بن هشام قال حدثنا محمد بن عبيدالله بن أبى رافع مثله سواء، إلا أنه قال: " والمال يعسوب الظلمة ".

İşarələnmiş yazıda məşhur kəzzab (yalançı) Əbu Səlat Əbdussəlam əl Hərvi qeyd olunub.Ukeyli onun haqqında: “o ifrat rafizidir”, İbn Adiy: “Yalanda ittiham olunub”, Nəsai: “Sadiq deyil” (“Mizanul itidal” №5051)

Əbu Nueym dedi: “Əbdussəlam ibn Saleh ibn Suleyman,Əbu Səlat Hərvi.Həmad ibn Zeyddən,Əbu Muaviyyə,Abbad ibn əl Əvvamdan və digərlərindən münkər hədislər rəvayyət edərdi.”(Əbu Nueym İsfəhani “Kitabu duafa” №140)

“Məcmau zəvaid” (№14670)-də bunu qeyd edən Heysəmi yazır: “Təbərani nəql edib ki,sənədində zəif olan Əbdussəlam ibn Saleh Hərvi vardır.”

Bu rəvayyət həmçinin İbn Abbas (r.a)-dan da nəql olunur.Bu rəvayyətin üçüncü sənədidir:

وقد روى من طريق ابن عباس أنبأنا محمد بن عبدالملك قال أنبأنا إسماعيل ابن مسعدة قال أنبأنا حمزة قال أنبأنا ابن عدى قال حدثنا على بن سعيد الرازي قال حدثنا عبدالله بن داهر بن يحيى الرازي قال حدثنى أبى عن الاعمش عن عناية الاسدي عن ابن عباس قال: " ستكون فتنة فإن أدركها أحد منكم فعليه بخصلتين: كتاب الله وعلى بن أبى طالب رضى الله عنه، فإنى سمعت رسول الله قلى الله عليه وسلم يقول وهو آخذ بيد على: هذا أول من آمن بى، وأول من يصافحني يوم القيامة، وهو فاروق هذه الامة، يفرق بين الحق والباطل هو يعسوب المؤمنين، والمال يعسوب الظلمة، وهو الصديق الاكبر، وهو بابى الذى أوتى منه، وهو خليفتي من بعدى "

“Sənəddə problem Abdullah ibn Dəhr ibn Yəhya ər Razi və atasıdır.O,qulatı rafizidir.İbn Muin onun haqqında: “o heçnədir” deyir.” (İbn Cəuzi “Məvdua” c.1,səh 341)

İmam Əhməd həmçinin deyir: “o heçnədir” (“Mizanul itidal” c.2,səh 416, №4295)

Daha doğrusunu Allah bilir.



Hədis №6

Nəql olunur ki,guya İbn Abbas (r.a) dedi: “Sizi irəlidə fitnə gözləyir.Onun haqladığı insan iki şeyə diqqət etsin: “Allahın kitabına və Əli ibn Əbu Talibə.” Mən Rasulullah (s.a.s)-in Əlinin əlini qaldırıb belə dediyini gördüm: “O mənə ilk iman gətirəndir.Qiyamət günü mənim ilk əlimi sıxan da odur.O,haqqı batildən ayıran ən böyük Faruq,ən böyük siddiq və möminlərin əmiridir.O,mənə açılan qapı və məndən sonra xəlifəmdir.”

“Ukeyli bunu İbn Abbas (r.a)-dan mərfu şəkildə rəvayyət etmişdir.Sənədində Dəhr ibn Yəhya ər Razi vardır.İfrat rafizidir.Onun xəbərlərinə güvənilməz.Oğlu Abdullah isə yalançıdır.Məhz o da bunu atasından rəvayyət edir.” (Şəukani “Fəvaid əl məcmua” səh 443, №46)

Həmçinin İbn Cəuzi də qeyd edir ki,”bu rəvayyət uydurmadır.” (İbn Cəuzi “Məvdua” c.1,səh 345)

Daha doğrusunu Allah bilir.

Hədis №7

Nəql olunur ki,guya Rasulullah (s.a.s) buyurub: “Canım əlində olana and olsun ki,əgər onlar Əliyə itaət etsələr,hamılıqla Cənnətə girəcəklər.” (Təbərani “Mucəm əl kəbir” №9827; Əbdurrazzəq “Müsənnəf” №20646)

“Təbərani bunu İbn Məsud (r.a) dan mərfu şəkildə nəql etmişdir.Rəvayyətin sənədində Əbdurrahmənin köləsi ibn Auf vardır.O siqa (etibarlı) deyil və onu bu rəvayyəti uydurmada ittiham etmişlər.” (Şəukani “Fəvaid əl məcmua” səh 443, №47)

“Həmçinin İbn Cəuzi də bu rəvayyətin uydurma olduğunu qeyd etmişdir.İbn Muin Minyənin siqa olmadığını,Əbu Hatim isə yalançı olduğunu söyləmişlər.” (“Məvdua” c.1,səh 346)

Nurəddin Əli ibn Əbu Bəkr əl Heysəmi rəvayyəti “Məcmau zəvaid” (№8948)-də nəql edərək,yazır: “Təbərani nəql edir.Sənədində yalançı olan Minyə vardır.”

Daha doğrusunu Allah bilir.



Hədis №8

Nəql olunur ki,Peyğəmbər (s.a.s) guya Əli (r.a) haqqında demişdir: “Mənim qardaşım,vəzirim və xəlifəm.Əli (r.a) məndən sonra tərk etdiyim ən xeyirli insandır,o borclarımı ödəyəcək və vəsiyyətimi yerinə yetirəcəkdir.”

“İbn Hibban bunu Ənəsdən (№1026 3/5) mərfu şəkildə nəql etmişdir.İbn Cəuzi və Zəhəbi qeyd etmişlər ki,bu rəvayyət uydurmadır.Mətara ibn Meymun əl İskafı bu rəvayyəti uydurmada ittiham etmişlər.” (Şəukani “Fəvaid əl məcmua” səh 443, №48)

“Buxari və Əbu Hatim Matarə ibn Meymun haqqında: “onun rəvayyətləri münkərdir” demişlər.” (“Mizanul itidal” №8590)

Molla Əli Qari əl Hənəfi buna bənzər rəvayyəti kitabında nəql etmiş və qeyd etmişdir ki,bu hədis uydurmadır.” (Məsnua əhadisil məvdua”səh 287, №389)

İbn Qeyyum əl Cəuziyyə yazır: “Ən yalançı firqə Peyğəmbər (s.a.s)-in vida həccindən geri dönən zaman səhabələrin hamısının önündə Əli (r.a)-nin əlini qaldıraraq “Sən mənim vasim,qardaşım və məndən sonra xəlifəmsən.Ona qulaq asıb,itaət edin.” dediyini uydurmuşlar.Bundan sonra da bütün səhabələr bunu gizlətdilər,dəyişdirdilər və bunun əksinə getdilər.Allahın lənəti yalançıların üzərinə olsun.” (“əl mənaru munif fi səhih və zəif” səh 179)

Daha doğrusunu Allah bilir.

Hədis №9

Nəql olunur ki,guya Peyğəmbər (s.a.s) demişdir: “Mənim yanıma kövsər hovuzunda gələn və İslamı ilk qəbul edən şəxs Əli ibn Əbu Talibdir.”

“İbn Adiy bunu Salman (r.a)-dan mərfu şəkildə nəql etmişdir.Rəvayyətin sənədində Əbdurrahmən ibn Qeys Zəfərani vardır.O hədislər uydurardı və onunla bərabər sənəddə ondan da pis olan Seyf ibn Muhəmməd vardır.Xətib və “Müstədrək”-də Hakim bu rəvayyəti ondan nəql etmişlər.Haris ibn Əbu Usamə bunu yalançı olan Yəhya ibn Haşim əs Simaradan rəvayyət etmişdir.” (Şəukani “Fəvaid əl məcmua” səh 443-444, №50)

İbn Cəuzi yazır: “Bu hədis səhih deyil.İmam Əhməd dedi: “Zəfəraninin rəvayyətləri münkərdir.”,Nəsai deyir: “mətrukdur”,Buxari və Muslim: “Hədisdə yararlı deyil”,Əbu Zura: “yalançıdır”,Əbu Əli ibn Muhəmməd: “o hədislər uydurardı” Seyf ibn Muhəmməd bunu Səuridən nəql edir və Seyf Əbu Muaviyyədən də pisdir.” (“Məvdua” c.1,səh 347)

İbn Əbd əl Bar əl Maliki “İstiab” kitabında bu rəvayyəti digər sənəd ilə nəql etmişdir:

حدثنا أحمد بن قاسم حدثنا قاسم بن أصبغ حدثنا الحارث بن أبي أسامة حدثنا يحيى بن هشام حدثنا سفيان الثوري عن سلمة بن كهيل عن أبي صادق عن حنش بن المعتمر عن عليم الكندي عن سلمان الفارسي، قال قال رسول الله صلى الله عليه وسلم: " أولكم ورودا على الحوض أولكم إسلاما: علي بن أبي طالب رضي الله عنه " .

“Sənəddə Hənaş ibn Mutəmar zəifdir.Nəsai: “o mötəbər deyil”,Buxari: “onun hədisləri tənqid olunub”,İbn Hibban: “ona etimad edilməz” demişlər.” (“Mizanul itidal” c.1,səh 619,№8590)

Daha doğrusunu Allah bilir.



Hədis №10

Nəql olunur ki,guya Peyğəmbər (s.a.s) demişdir: “Kim Əlinin insanların ən əfzəli olduğunu deməzsə,o kafirdir.”

“Xətib bu rəvayyəti Əli (r.a)-dən mərfu şəkildə rəvayyət etmişdir.Bu rəvayyət uydurmadır.Bunda Muhəmməd ibn Kəsir Kufi müqəssirdir.Hakim bunu İbn Məsud (r.a)-dan,O Peyğəmbər (s.a.s)-dən,O da Cəbrayıldan rəvayyət etmişdir: “Ya Muhəmməd! Əli insanların ən əfzəlidir.Kim bunu inkar etsə o kafirdir.”

Bu hədisin sənədində Muhəmməd ibn Əli əl Curcani vardır.Onu bu hədisin uydurulmasında ittiham etmişlər.Digər ravi olan Muhəmməd ibn Şuca əs Salci yalançıdır.Başqa ravi Həfs ibn Amr əl Kufi heçnədir.”

Xətib bunu Cabirdən Cəbrayılı qeyd etmədən nəql etmişdir.Rəvayyətin sənədində məşhur yalançı vardır.”Mizan”-da bu rəvayyətin uydurulma olduğu qeyd olunur.” (Şəukani “Fəvaid əl məcmua” səh 444, №50)

Əli (r.a)-yə istinad edilən sənəd

فأنبأنا أبو منصور عبدالرحمن بن محمد القزاز قال أنبأنا أحمد بن على بن ثابت قال أنبأنا عبيدالله بن أبى الفتح وعلى بن أبى على قالا حدثنا محمد بن المظفر الحافظ قال حدثنا عبدالله بن جعفر الثعلبي قال حدثنا محمد بن منصور الطوسى قال حدثنا محمد بن كثير الكوفى قال حدثنا الاعمش عن عدى بن ثابت عن زر عن عبدالله عن على قال قال رسول الله صلى الله عليه وسلم: " من لم يقل على خير الناس فقد كفر ".

“Muhəmməd ibn Kəsir Kufi.Bu şəxs rəvayyətin uydurulmasında ittiaham olunub.” (İbn Cəuzi “Məvdua” c.1,səh 349)

”İbn Hacər “Təqrib”-də yazır: “Muhəmməd ibn Kəsir əl Kufi,Əbu İshaq zəifdir.” Buxari dedi: “rəvayyətləri münkər olan Kufəlidir.” (“Mizanul itidal” c.4,səh 17, №8098)

“Abdullah ibn Cəfər əs Sələbi və ya Təqlibiyə etimad edilmir.”(həmən yerdə 2/404/№4251) və “Mutni fi duafa” kitabında (№3130) bu ravinin yalanda ittiaham olunması qeyd olunmuşdur.”

İbn Məsud (r.a)-a istinad edilən sənəd:

أنبأنا زاهر بن طاهر قال أنبأنا أبو بكر البيهقى قال أنبأنا الحاكم أبو عبد الله النيسابوري قال حدثنى محمد بن على بن عبدك الشعبى أبو أحمد الجرجاني، واسم عبدك عبد الكريم، وكان إمام أهل التشيع في زمانه، قال حدثنا على بن موسى الفقيه القمى قال حدثنا محمد بن شجاع الثلجى قال حدثنا حفص بن عمر الكوفى قال حدثنا أبو معاوية قال قال الاعمش: تريد أن أحدثك بحديث لا غبار عليه ؟ قلت نعم. قال حدثنى أبو وائل عن عبدالله قال حدثنى رسول الله صلى الله عليه وسلم عن جبريل أنه قال لى: " يا محمد على خير البشر من أبى فقد كفر "

Ravi Həfs ibn Ömər (Amr) əl Kufi.İbn Cəuzinin qeyd etdiyi kimi heçnədir.” (“Məvdua” c.1,səh 349)

Muhəmməd ibn Şuca əs Salci Bağdadi, İbn Hacər “Təqrib”-də qeyd etdiyi kimi mətrukdur.Suyuti yazır: ”Həfs heçnədir.Salci isə yalançıdır.” (“Ləal əl məsnua” c.1,səh 300)

Cabir (r.a)-ə istinad edilən sənəd№1

أنبأنا عبدالرحمن بن محمد قال أنبأنا أحمد بن على بن ثابت قال أنبأنا الحسن بن أبى طالب قال حدثنا محمد بن إسحاق بن محمد القطيعى قال حدثنى أبو محمد الحسن بن محمد بن يحيى بن الحسن بن جعفر العلوى صاحب كتاب النسب قال حدثنا إسحاق بن إبراهيم الصنعانى قال حدنثا عبد الرزاق بن همام قال أنبأنات سفيان الثوري عن محمد بن المنكدر عن جابر قال قال رسول الله صلى الله عليه وسلم: " على خير البشر فمن أبى فقد كفر ".

“Ravi Əbu Muhəmməd Ələvi,İbn Cəuzinin qeyd etdiyi kimi mətrukdur.” (“Məvdua” c.1,səh 349)

Əbdurrazzəq ibn Həmmam mühəddisdir.Lakin,bilinən bir faktdır ki,həyatının sonunda o tez-tez məsələləri dolaşıq salardı.

Cabir (r.a)-ə istinad edilən sənəd №2

أنبأنا إبراهيم بن دينار الفقيه قال أنبأنا أبو على محمد بن سعيد بن نبهان قال أنبأنا أبو على الحسن بن الحسين بن دوما قال أنبأنا أحمد ابن نصر الذارع قال حدثنا صدقة بن موسى قال حدثنا أبى قال حدثنا يحيى بن يعلى قال حدثنا الاعمش عن أبى سفيان عن جابر قال قال رسول الله صلى الله عليه وسلم: " على خير البشر فمن أبى فقد أبى كفر "

“Ravi Əhməd ibn Nəsr əz Zərai.Dəraqutninin qeyd etdiyi kimi o dəccal və kəzzabdır.” (“Mizanul itidal” c.1,səh 161, №644)

Əbu Səid əl Xudri (r.a)-yə istinad edilən sənəd

فأنبأنا إسماعيل بن أحمد السمرقندى قال أنبأنا إسماعيل بن مسعدة قال أنبأنا حمزة بن يوسف قال أنبأنا أبو أحمد بن عدى قال حدثنا الحسن بن على الاهوازي قال حدثنا معمر بن سهل قال حدثنا أحمد ابن سالم أبو سمرة قال حدثنا شريك عن الاعمش عن عطية عن أبى سعيد عن النبي صلى الله عليه وسلم أنه قال: " على خير البرية "

Ravi Atiyyə ibn Səid əl Aufi,bunu Əbu Səiddən nəql etmişdir. Birincisi,Atiyyə Aufi bir ravi kimi Əhli Sünnə alimləri tərəfindən çox ciddi tənqid olunub. Nəsai: “Atiyyə Aufi zəifdir.” (“Duafa vəl mətrukin” №481)

Əbu Hatim: “zəifdir” (İbn Hacər “Təhzib”c.7, №414)

Zəhəbi: “zəifdir” (“Mizan” №5667)

İmam Əhməd: (Mizzi“Təhzib əl kamal”c.20,№3956)

İkincisi,bu ravi silsiləsi haqqında Şeyx Albani deyib: “...Əbu Səiddən zəif ravi olan Ayiyyənin rəvayyət etməsi.Bu baradə İmam Nəvəvi “əl Əzhər”-də,İbn Teymiyyə “əl Qaidə əl Cəlilə”-də,Zəhəbi “Mizan”-da qeyd etmişlər. Zəhəbi “Duafa” (1/88) kitabında qeyd etmişdir ki,alimlər onun zəif ravi olması barasində ittifaq etmişlər.Onu dəfələrlə Hafiz Heysəmi “Məcməuz zəvaid” kitabında (5/236) zəif adlandırmışdır.Əbu Bəkr əl Bəlabaki onun haqqında müəllifi olduğu “Zəif və münkər ravilər toplusu” kitabında qeyd etmişdir.

Onu Busıri zəif hesab etmişdir.Hafiz ibn Hacər onun haqqında: “Düzgün,ancaq tez-tez səhv edən ravidir.Şiə və təhrifçi olub.”

İkincisi,Atiyyə zəif yaddaşa sahib idi.İbn Hacər bunu o tez-tez səhv edirdi deyə qeyd edib.”Tabakat əl Mudallisin”kitabında O bir başa qeyd edir ki,onun zəif yaddaşı var idi.Daha dəqiq qiyməti isə İbn Hacər “Təlxis əl Xabir” kitabında verib.(səh 241 Hind.çapı)

Başqa hədisi şərh edərkən O deyib: ”Bunun digər ravilərindən biri də Atiyyə bin Said əl Aufi olub ki,o zəif ravidir.”

İkincisi,O təhrifçi idi(المدلس).Amma,İbn Hacər onun hansı təhrifi etdiyini açıqlamayıb.Məlumdur ki,hədis alimləri bir neçə təhrif növünü fərqləndirirlər ki,onlardan ən tanınmış növləri bunlardır:

Bir halda ravi gördüyü adamın adından ondan eşitmədiyi sözü rəvayyət edir və ya o onun zəmanəsində yaşayan digər birindən onu görmədiyi halda onun adından rəvayyət edir ki,bununla da o bu sözləri ondan eşitdiyini demək istəyir.Burada O hədisi onun adından (عن فلان) və ya onun sözlərinə istinad edir(قال فلان).

Digər halda ravi öz az tanınmış müəlliminin adını və ya künyəsini çəkir ki,onun şəxsiyyətini gizlətmiş olsun.Alimlər yekdilliklə qeyd edirlər ki, əgər o müəllim etibarlı deyilsə və nəql edən,ravilər zəncirini təhrif edirsə belə etmək qadağandır.Bununla o çalışır ki,hədis alimləri onun müəllimini tanımasınlar və ya onu digər adı və künyəsi eyni olan etibarlı ravi ilə səhv salsınlar.Bu təhrif növü “Şeyx təhrifi”deyə adlandırılır. (تدليس الشيوخ)

Atiyyənin təhrifinə gəldikdə isə bu təhrif məhz bu növdəndir.Bu baradə “Silsilət əl əhadis əd Daifa” kitabında daha geniş yazılıb.Konkret desək,Atiyyə Əbu Said əl Xudridən hədislər nəql edərdi.

Onun ölümündən sonra o yalan hədislər nəql etməkdə məşhur olan Əl Kəlbi adında yalançının məclislərini ziyarət etməyə başladı.Onun adından nəql edərkən Atiyyə onu Əbu Said adlandırardı və dinləyicilər səhvən elə güman edirdilər ki,o Əbu Səid əl Xudrini nəzərdə tutur.

Güman edirəm ki,elə bu kifayətdir ki,Atiyyəi ədalətsiz ravi hesab olunsun.Onun zəif yaddaşını nəzərə alsaq isə artıq söz deməyə ehtiyyac yoxdur.( Şeyx Albani “Təvəssül”Şübhəli dəlillər və onların təkzibi”fəsli.3-cü dəlil: ”Allaha yaxınlaşmaq baradə zəif hədislər”)

Bu rəvayyətlərin isnadını bir kənara qoysaq,necə demək olar ki,Əli (r.a) insanların ən əfzəlidir?Bəs Peyğəmbər (s.a.s) necə olsun? Bu hədisdə Əli (r.a)-nin Peyğəmbər (s.a.s) istisna olmaqla digər insanlardan üstün olmasına işarə yoxdur.Bu rəvayyət heç şübhəsiz ki,uydurmadır.Lakin,şiələr qatında bu səhih,hətta mütəvatirdir.Beləki,Əhməd Mahmudi “Mustərşid” (səh 273) kitabında bu rəvayyətin olduqca mütəvatir olmasını qeyd edir.

Onların “Biz İslamda qardaşıq” demələri necə olsun?Məgər bu hədisdə fiqhi hökm yoxdur?Söhbət hətta,bizə görə Əbu Bəkr (r.a),Ömər (r.a) və Osman (r.a)-ın daha əfzəl olmasından getmir.Bu hədisə görə biz əgər desək ki,İbrahim,Musa,İsa (ə) Əli (r.a)-dən üstündürsə onda biz küfr hökmünə girmiş oluruq. Şiə alimi Seyyid Şübbar kitabında yazır: “Məsum İmamlar İslam peyğəmbərindən başqa bütün peyğəmbərlərdən üstündür.” (“Şərhul ziyarətul camiə” səh 39)

İmam Zəhəbi gözəl buyurub: “Bu rəvayyəti uydurana Allah lənət etsin.” Əbu Bəkr (r.a) və Ömər (r.a)-in Əli (r.a)-dən əfzəl olması elə ondan mütəvatir şəkildə varid olmuşdur.” (Təlxis kitab əl məvdua” 1/115/№253)

“Mənə Abdullah öz atasından,o da Süfyan ibn Uəynədən,o da Əbu İshaqdan,o da Əbdulxeyrdən,o da Əli ibn Əbu Talibdən rəvayyət edir ki,o demişdir: “Bu ümmətdə Rasulullah (s.a.s)-dən sonra ən xeyirli insanlar Əbu Bəkr (r.a) və Ömər (r.a)-dir.”(“Müsnəd” “Əli ibn Əbu Talibin fəziləti” fəsli №888;oxşar hədislər №793,795,837, 838, 882, 980, 981,1008)

Şeyx Şueyb Arnaut “Müsnəd” kitabında bu hədisin şərhində yazır: “Ravilər silsiləsi səhihdir,ravilər etibarlıdır. Əbdulxeyrdən başqa digər ravilər Buxari və Muslimin raviləridir.Ondan isə “Sünən” sahibləri rəvayyət etmişlər və o etibarlı ravidir.”

Buxarinin və Əbu Davudun nəql etdiyi hədisdə, Əli (r.a)-nın oğlu, Muhəmməd ibn əl-Hənəfiyyə, Peyğəmbər (s.a.s)-dən sonra insanların ən xeyirlisi kimdir? deyə atasına sual verir? Əli (r.a) deyir: “Əbu Bəkr. O deyir: Bəs sonra? Əli deyir: Ömər. O deyir: Mən ondan sonra Osmanın adını çəkəcəyindən ehtiyyatlanaraq dedim,ondandan sonra sənsən? Əli (r.a) dedi: “Mən də müsəlmanlardan biriyəm.” (“Səhih Buxari” “Mənaqib”№3395; Əbu Davud “Sünən” c.3, №4629)

Buna bənzər hədisi Təbərani “Mucəm əusat” (c.1,№814) kitabında,həmçinin İmam Əhməd “Səhabələrin fəziləti” (1/№552, 554) kitabında nəql etmişdir.”

İbn Macə Abdullah ibn Sələmədən rəvayyət edir ki,o Əli ibn Əbu Talib (r.a)-ın belə dediyini eşidib: “Bu ümmətdə Rasulullah (s.a.s)-dən sonra ən xeyirli insanlar Əbu Bəkr (r.a) və Ömər (r.a)-dir.” (İbn Macə “Sünən” “Fədail Ömər” №103)

Şeyx Albani yazır: “Hədis səhihdir” (“Səhih Sünən İbn Macə” №86)

İmam Hakim “Müstədrək” kitabında yazır: “Əli (r.a) dən: “Vəsiyyət etmirsən?” - deyə soruşduqda, o demişdir: “Peyğəmbər (s.a.s) kimi vəsiyyət edirəm,amma Allah insanlar üçün xeyir istəsə, Peyğəmbər (s.a.s)-dən sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi (İmam Əli (r.a) burada Əbu Bəkrin (r. a) xilafətini nəzərdə tutur.) onları da xeyir üzərində cəm edəcəkdir.” (Hakim “Müstədrək” №4467)

Həmçinin bunu İmam Əhməd “Səhabələrin fəziləti”,Beyhəqi “Sünən Kubra” (8/149);Bəzzar “Müsnəd” (№565) kitablarında öz sənədləri ilə nəql etmişlər.

Hakim bu hədisi səhih adlandırmış və İmam Zəhəbi də “Təlxis” kitabında bununla razılaşmışdır. Heysəmi də buna bənzər hədisi Şaqiqə istinadən nəql etmişdir və yazır: “Ravilər silsiləsi İsmayıl ibn Əbu Haris istisna olmaqla “Səhih” kitab müəlliflərinin raviləridir.O,özü də etibarlı ravidir.” (“Məcmau Zəvaid” 9/50)

Yekun olaraq demək lazımdır ki,bu rəvayyət uydurmadır və bu həm mətnə,həm də hədisin sənədinə görə aşkardır.Həmçinin,bu mütəvatir xəbərlərə ziddir.

Daha doğrusunu Allah bilir.




  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə