Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə8/30
tarix21.04.2017
ölçüsü2,45 Mb.
#15065
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

28) Əbdulhüseyn yazır: “Məgər onlar “O kəslər ki, Allah onlara nemət bağışlayıb”-dan deyillərmi? “Həmd” surəsi yenə onlara işarə edərək buyurmuşdur ki, “Bizi doğru yola hidayət et, nemət verdiyin kəslərin yoluna.” (Məktub 12)

Haşiyədə yazır: Sələbi “Kəbir”də “Fatihə” surəsinin təfsirində Əbu Bureydədən nəql etmişdir ki, “Siratəl-mustəqim”dən məqsədd Ali Muhəmməd (s.a.s)-dir.”

Biz yuxarıda Sələbinin təfsiri baradə danışmışdıq.Onun Əbu Bureydədən nəql etdiyi rəvayyətin sənədində Əbul Hüseyn Muhəmməd ibn Osman əl Bağdadi adlı ravi var ki,o yalançıdır.” (“Mizanul itidal” 3/643/№7935)

Əbdurrahmən əs Sadi yazır: “Bizi doğru yola yönəlt”yəni,bizə doğru yolu göstər,ora yönəlt və o yolla getməkdə yardım et.Bu aydın yol Allaha aparır və cənnətdə bitir.Buna yalnız haqqı dərk edib,onu əməllərində tətbiq edənlər nail ola bilərlər.Bunun mənası həmçinin budur: Bizi doğru yola yönəlt və o yolla apar.Birinci hissənin mənası İslamı qəbul edərək,digər batil inanclardan üz döndərmək,ikincisi isə dinin ehkamlarının öyrənilərək,həyatda tətbiqidir.Bu İslamda olan ən faydalı,dərin və çox əhatəli dualardan biridir.Allah Təala bu sözlərlə ona hər rükətdə dua edilməsini vacib buyurmuşdur.Çünki,hər insan Rəbbinin yardımına ehtiyyacı vardır.” (“Təfsir Sadi”)



29) Əbdulhüseyn yazır: “Məgər Allah İmamları rəhbər qəbul etmək şərti ilə tövbə edib,iman gətirib,saleh əməllər edənlərin əhv olunacağını bildirməmişdir? Ta-Ha surəsi 82-ci ayədə buyrulur: “Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.

Haşiyədə yazır: İbn Həcər “Səvaiq” kitabının 11-ci babının 1-ci fəslində bu ayə baradə bəhs edərkən deyir: “Sabit Bənani demişdir ki, “hidayət olunmuş”dan məqsədd, Peyğəmbər (s.a.s)-in Əhli beytinin vilayəti ilə hidayət olmuş deməkdir.”(Məktub 12)

Yuxarıda deyildiyi kimi “Səvaiq” kitabında olan rəvayyətlər sənədsiz olaraq nəql olunur.Ona görə də sənədsiz rəvayyətin dərəcəsi haqqında bir söz demək çətindir.Ayələrdə nədən söhbət getdiyini anlamaq üçün onları ümumi konteksdə oxumaq lazımdır.

77. Biz Musaya: "Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!"– deyə vəhy etdik.

78. Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.

79. Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi.

80. Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə dağın sağ tərəfinə gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna və bildirçin endirdik.

81. Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.

82. Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.

83. Allah buyurdu: "Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?"

84. Musa dedi: "Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!"

85. Allah buyurdu: "Səndən sonra qövmünü sınağa çəkdik. Samirəli onları yoldan çıxartdı".

86. Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: "Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?"

87. Onlar dedilər: "Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin samirəli də onu oda atdı".

88. Samirəli onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: "Sizin də tanrınız, Musanın da tanrısı budur. Lakin o bunu unutmuşdur"– dedilər.

89. Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!

90. Bundan əvvəl Harun onlara demişdi: "Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!"

91. Onlar: "Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!"– dedilər.

92. Musa dedi: "Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,

93. ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?

94. Harun dedi: "Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: "İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!"– deyəcəyindən qorxdum.

95. Musa dedi: "Məqsəddin nə idi, ey samirəli?"

96. O dedi: "Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi".

97. Musa dedi: "Çıx get! Sən həyatın boyu: "Mənə toxunmayın, mən də sizə toxunmayım!"– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.

98. Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir".

30) Rafizi yazır: “Məgər onların vilayəti Allahın buyurduğu əmanət deyilmi: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar onu götürməkdən çəkindilər. Lakin insan onu qəbul etdi. Amma insan (özünə qarşı) zülmkar və çox cahildir.” (Məktub 12)

Suyuti yazır: “Fərabi Dəhhaqdan nəql edir ki,o demişdir: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik”yəni,dini.” (“Durr əl mənsur” Əzhab 72)

İbn Cibrin (r) deyir: “Əmanət” dedikdə dini vacibatlar nəzərdə tutulur.Allah Təala bu təklifi (əmrlər,qadağalar,cəza və mükafatı) məxluqata etdi.Lakin,onlar bu məsuliyyəti daşımaq istəmədilər və qoxdular ki,bu yükü sona kimi daşıya bilməzlər.Onlar hərəkət etməyən,cansızobyektlər olmağı üstün tutdular.Əgər bu təklifi qəbul etsəydilər insanlar kimi mükəlləf olacaqdılar.” (“Fətava əl İslamiyyə”c.7,səh 124)

31) Rafizi yazır: Məgər onların vilayəti həmin “İslam” deyilmi ki, Allah ona bağlanmağı əmr etmişdir? Allah buyurur: “Ey iman gətirənlər hamınız “İslama (sülh və barışığa) gəlin, şeytanın ardınca getməyin.” Məgər onların vilayəti həmin “nəim” deyilmi ki, Allah buyurub: “Mütləq o haqqda sorğu-sual olunacaqsınız.” (Məktub 12)

Haşiyədə “Həyat əl məram” kitabına istinad olunduğu qeyd edilir.Bu rafizi müəllif Haşim Bəhraninin çox cilddli bir kitabıdır.Bu kitabdan nəql olunanlar dəlil hesab oluna bilməz.

Allah buyurur: “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqara 208)

Şeyx Əbdurrahmən əs Sadi yazır: “Uca Allah möminlərə İslamı tam olaraq qəbul etməyi,bütün əmrləri yerinə yetirməyi və heç birindən geri çəkilməmələrini əmr etmişdir.Müsəlman şəxs İlahi əmrləri icra edərkən öz nəfsinə uyğun gələnləri qəbul edib,uyğun gəlməyənləri isə qəbul etməyənlərə bənzəməməlidir.Müsəlman öz istəklərini dinin buyruqlarına tabe etməli və gücü çatan bütün saleh əməlləri etməlidir.Əgər o buyruqların bir hissəsini yetirə bilməzsə,niyyətində bu olmalıdır ki,ilk imkanda etmədiklərini etməlidir. İnsan İslamı şeytanın yolundan dönmədikcə bütünlüklə qəbul edə bilməz.Daha sonra Allah möminlərə şeytanın addımları ilə gedərək günah və fasiq işlər görməyi qadağan etmişdir.Axı,insanın düşməni olan şeytan ona zərər verə biləcək çirkin və günah işləri görməyi əmr edər. Fəqət,insan səhv və qüsurlardan uzaq ola bilməz.Ona görə növbəti ayədə Uca Allah buyurur: “Sizə açıq-aydın dəlillər gəldikdən sonra (haqq yoldan) çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir.”

Allah buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız” (Təkəsur 8)

Qurtubi təfsirində “nemətlər” baradə bir neçə səhabənin rəyini nəql edir: 1) Təhlükəsizlik və səhhət. Bu ibn Məsudun sözüdür.

2) Səhhət və boş vaxt. Bu Səid ibn Cubeyrin fikridir.

Buxari Peyğəmbər (s.a.s)-in belə buyurduğunu nəql edir: “İki nemət var ki,insanların çoxu onların dəyərini bilmir.Bunlar sağlamlıq və asudə vaxtdır.”

3) Görüb və eşitmək.Bu ibn Abbasın rəyidir.Allah buyurur: “Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.” (İsra 36)

4) Yemək və içmək.Bu Cabir ibn Abdullahın rəyidir.Bunu təsdiq edən Əbu Hureyrə (r.a)-nin hədisi də mövcuddur.” (“əl Camiul əhkamul Quran” Təkasur surəsinin təfsiri)



32) Rafizi yazır: “Məgər Peyğəmbər (s.a.s) “qədir” günü onun təbliğinə başlamadımı və uca səslə hamıya çatdırmadımı? Allah həmin gün (“Maidə”, 3-cü ayə) nazil etdi: “Bu gün dininizi kamil etdim və nemətimi sizin üçün tamamladım və İslamı din olaraq qəbul etdim.” (Məktub 12)

Bu yalandır! Maidə surəsi 3-cü ayə ərafa günü Vida həcci zamanı nazil olmuşdu. İmam Tirmizinin yazdığına görə: ”Tarik ibn Şihab rəvayyət edir ki: “Bir Yəhudi topluluğu Ömər ibn Xəttab (r.a)-a bu sözlərlə müraciət etdilər. ”Ey Möminlərin Əmiri! “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...”ayəsi bizim üçün nazil olsaydı həmən gün bizdə bayram olardı.” Ömər (r.a) dedi: ”Bu ayənin nə zaman nazil olduğunu mən yaxşı bilirəm.Bu Ərafa gününün cümə gününə təsadüf etdiyi vaxt baş vermişdi.” (“Sünən” hədis№3043)

Bədrəttin Çətinər yazır: ”Bu rəvayyət təkcə Ömər (r.a)-dan gəlməyib.Bunu Əli (r.a),Müaviyyə (r.a),Səmurə ibn Cundub (r.a)-da rəvayyət etmişdir.Həmçinin, mürsəl olaraq bu rəvayyət Şabi,Qatadə və başqalarından da varid olmuşdur.” (“Əsbab ən nüzul” c.1,səh 293)

Vəhb Zuhəyli yazır: ”Bir Yəhudi “Bu gün dininizi sizin üçün kamil etdim” ayəsini eşitcək dedi: ”Əgər bizə bu ayə endirilsəydi,nazil olma günü bizdə bayram olardı. İbn Abbas dedi: ”Bu ayə iki bayramın bir yerə təsadüf etdiyi gün nazil olmuşdu.”

Müslim Tarix ibn Hişamdan rəvayyət edir ki: “Bir Yəhudi Ömər (r.a)-ə üz tutaraq:”Ey Möminlərin Əmiri! Əgər “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...”ayəsi biz Yəhudilər üçün nazil olsaydı,o günü biz bayram edərdik.Ömər (r.a) dedi:”Mən həmin günü və ayənin harda nazil olmasını yaxşı xatırlayıram.Bu ayə Allahın Elçisinə Ərafa günü nazil olmuşdu.” (“Təfsir əl Munir”c.3,səh 368)

İmam Təbəri yazır: ”Tarik ibn Hişam,İbn Abbas,Muhəmməd ibn Kəb əl Kurayzi,Əmr ibn Şabi,Qatadə,İkrimə,Şəhr ibn Həvşəb,Əsma bint Yezid,Müaviyyə və Ömər ibn Xəttaba görə bu ayə cümə gününün axşamı Vida Həcci zamanı “Ərafa”-da nazil olmuşdu. “ (“Təfsir” c.3,səh 205,Maidə surəsi)

İbn Kəsir öz təfsirində yazır: ”Əsbat Suddidən rəvayyət edir ki,bu ayə Ərafa günü nazil olmuşdu.Bu ayənin Cümə və Ərafa günü nazil olmasında heç bir şəkk şübhə yoxdur.” (“İbn Kəsir” Maidə surəsi 3 ayənin təfsiri)

İmam Suyuti də bu fikirdədir: ”Bu gün dininizi sizin üçün kamil etdim...”

“Səhih”-də Ömər (r.a)-dan varid olub ki,bu ayə cümə günü axşam Vida Həcci zamanı nazil olmuşdu.Bu hədisin bir çox illəti vardır.Lakin,İbn Mərdaveyh Səid əl Xudridən bu ayənin Qədir Xum məntəqəsində nazil olduğunu nəql edir.Həmçinin,Əbu Hureyradan bu ayənin Zülhiccə ayının 18-i Peyğəmbər (s.a.s)-in Vida Həccindən geri döndüyü zaman nazil olduğu varid olubdur. Mərdaveyhdə olan bu iki rəvayyət doğru deyildir.” (“əl İtqan fii ulumil Quran” c.1,səh 30-31)

Bu hadisəni Mubarəkfuri belə izah edir: ”Günəşin doğuşundan sonra Peyğəmbər (s.a.s) Minadan Ərafata yol aldı və ora çatanda artıq günəş batmaq üzrə idi.Peyğəmbər (s.a.s) dəvəsinə minərək yaxın bir vadiyə gəldi və ətrafında toplanan insanlara xitab etdi.Allaha həmd sənə etdikdən sonra şəhadət kəlməsini dedi və insanları xeyirxah işlərdən geri çəkilməməyə çağırdı.Daha sonra bu sözlərlə onlara xitab etdi:

“Ey insanlar! Məni dinləyin.Həqiqətən, bəlkə sizi bu ildən sonra burada yenidən görə bilmədim.Həqiqətən sizin canınız,malınız və namusunuz bu gün,bu ay və bu yer kimi toxunulmaz olmalıdır.Məgər mən bütün cahiliyyə hökmlərini ləğv etmədimmi?Həmçinin, İslamdan öncə olan qan düşmənçiliyini aradan qaldırıram.Bu birinci növbədə Rabia ibn əl Harisə şamildir.Cahillikdən qalma israfçılığı sizə qadağan edirəm.Həmçinin Abbas ibn Əbdulmutallibin bütün borc sahiblərinin faizlərini aradan qaldırıram. Qadınlar baradə Allahdan qorxun.Onlar sizə verilmiş əmanətdirlər.Sizin onlar üzərində haqqınız var ki,başqalarını sizin yatağa buraxmasınlar.Əgər onlar bunu etsələr onları möhkəm olmadan vura bilərsiz.Onların da haqqıdır ki,sizdən onları yedirmələrini,geydirmələrini tələb etsinlər.Mən sizə möhkəm tutunacağınız halda yolunuzu azmayacağınız bir şey tərk edirəm.O Allahın Kitabıdır... İndi mənə deyin görək.Mənim baradə soruşulacağınız zaman nə deyəcəksiniz?

İnsanlar dedilər: ”Biz şəhadət edirik ki,sən bizə sənə əmr olunanı çatdırdın,risaləti kamil şəkildə qorudun və çatdırdın və bizə doğru yolu göstərdin.”

Rəsulullah (s.a.s) üç dəfə dedi: ”Ey Rəbbim,şahid ol!”

Bundan başqa Rəsulullah (s.a.s) digər xüsuslara da toxundu.Xitabı qurtardıqdan sonra Uca Allah bu ayəni nazil etdi.

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Maidə 3)və bu gün rəhmət,bərəkət və şükür günü oldu.” (Allah Rəsulunun həyatı,fəsil.Peyğəmbərin vida həcci)

İbn Abbas dedi:”Bu ayə iki bayramın (ərafa və cümə) üst-üstə düşdüyü gün nazil olmuşdu.” (Sünən Tirmizi,hədis №3044)



33) Əbdulhüseyn yazır: Məgər Peyğəmbər (s.a.s) bütün insanlara onların vilayətini çatdırmalı deyildimi? Məgər Allah Təala ona təhdid xarakterli vəhy endirib buyurmadımı: “Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz”(Maidə 67) (Məktub 12)

Vahidi “Əsbab” kitabında Atiyyə əl Aufi,o da Əbu Səiddən bu ayənin “Qədir xum” haqqında nazil olduğunu rəvayyət etmişdir.Bu ravi silsiləsinin zəif olduğunu yuxarıda qeyd etmişdik.

“İbn Hibban “Səhih” kitabında nəql edir: ”Əbu Hureyra (r.a) rəvayyət edir ki,Peyğəmbər (s.a.s) səfərə çıxan zaman səhabələr ətrafda olan ən böyük ağacı seçərdilər,ona bu ağacın kölgəsində istirahət etməyi təklif edərdilər və özləri də burada dincələrdilər.Bir səfərdə Peyğəmbər (s.a.s) öz qılıncını ağacdan asır.Bunu görən bədəvilərdən biri qılıncı ağacdan götürüb,Peyğəmbər (s.a.s)-i oyadıb,ondan soruşur: ”Ey Muhəmməd! Indi səni kim məndən xilas edə bilər? Peyğəmbər (s.a.s) deyir: “Allah...”Bu səbəblə Allah bu ayəni nazil edir.

“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz”( Suyuti “Lyubabu nukul” c.1,səh 149)

Bu hədis həsən - hədisdir.Bu hədisdə ravi Muammal ibn İsmail var.Bəzi alimlər onun zəif yaddaşı olduğunu qeyd etmişlər.İbn Kəsir öz Təfsirində bu hədisi təsdiqləyən digər hədis gətirmişdir.Belə ki,Muammal ibn İsmailin hədisi Adəm ibn Əbi İysanın hədisi ilə möhkəmlənir.Həmçinin, bu hədis Buxarinin Səhihində ayə nazil olma səbəbi göstərilmədən rəvayyət olunmuşdur. ( Muqbil ibn Hadi Əl Vadi “Səhih Müsnəd”5/67 nazil olma səbəbi cild 6,səh 213-215)

İmam Qurtubi yazır: ”Bu ayənin nazil olma səbəbinə gəldikdə isə o zaman Peyğəmbər (s.a.s) ağac altında dincəlirdi.Bunu görən bir bədəvi onun qılıncını ağacdan götürüb,onun başının üzərində dayanıb dedi: “Səni indi məndən kim qoruyacaq?”

Allah Rəsulu (s.a.s) isə dedi: “Allah...” Bunu eşidən bədəvinin əlləri titrədi və qılınc əlindən yerə düşdü”(Qurtubi “əl camiul əhkam Quran”c.6,səh.320)

Vahidi öz kitabında nəql edir: ”İbn Abbas dedi: Peyğəmbər (s.a.s) dedi ki,Allah məni bu risalətə mükəlləf etdikdən sonra mən bunu yaymağa çəkinirdim.Fikirləşirdim ki,insanlar məni yalançılıqda günahlandıracaqlar və Allah bu ayəni nazil etdi.”( Vahidi “Əsbabi nuzul Kuran”səh 204)



34) Rafizi yazır: “Məgər bilmirsən ki,Allah onların vilayətini açıq şəkildə inkar edən və Peyğəmbər (s.a.s) ilə müxalifət edən şəxslə necə rəftar etdi? O şəxs uca səslə dedi: “Əgər bu haqq olub Sənin tərəfindəndirsə, onda göydən üstümüzə daş yağdır və ya bir ağır əzab bizə nazil et.” Allah da onu göydən endirdiyi daşla “fil səhabələri”ni məhv edən kimi, yox etdi və o vaxt bu ayə nazil oldu: “O hacət istəyən kəs elə bir əzabın baş verməsini istəmişdir ki, kafirlər ondan müdafiə oluna bilməzlər.” (Məktub 12)

Hüseynin qulunun bu iddiası baradə biz yuxarıda bəhs etdik.Sadəcə qeyd etmək istərdim ki,rafizilərin əsərlərində bu ayənin bir qədər fərqli versiyaları vardır.

Şərəfuddin Əli Hüseyni Əstərabadi kitabında yazır:

عن أبي عبدالله عليه السلام أنه تلا " سأل سائل بعذاب واقع للكافرين بولاية علي ليس له دافع " ثم قال: هكذا (هي) في مصحف فاطمة عليها السلام

İmam Əbu Abdullahdan rəvayyət olunur ki,o bu ayəni oxudu: “İstəyən kimsə baş verəcək əzabı Əlinin vilayətini inkar edənlər üçün istədi. O əzabın qarşısını alan tapılmayacaq” sonra dedi: “Fatimənin müshəfində bu ayə belədir”(“Təvil əyatul zahir” c.2,səh 284)

“Əlinin vilayəti” ifadəsi necə oldu və Fatimə müshəfi haradadır?



35) Rafizi yazır: “Tezliklə insanlar Qiyamət günü onların vilayəti baradə soruşulacaqlar.Saffat surəsi 24-cü ayədə buyrulduğu kimi.” (Məktub 12)

Ayədə nədən söhbət getdiyini anlamaq üçün ona ümumi konteksdə baxmaq kifayətdir. Uca Allah Saffət surəsində buyurur:

1. And olsun göylərdə və yerdə səf-səf duranlara,

2. imansızları qətiyyətlə qovanlara

3. və Zikri oxuyanlara!

4. Həqiqətən, sizin məbudunuz Təkdir!

5. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

6. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik

7. və onu hər bir asi şeytandan mühafizə etdik.

8. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar

9. və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.

10. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.

11. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.

12. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.

13. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.

14. Bir möcüzə gördükdə isə ona istehza edir

15. və deyirlər: "Bu ancaq gözlə görülən bir sehrdir.

16. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?

17. Ya da atalarımızmı dirildiləcəklər?"

18. De: "Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz".

19. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.

20. Günahkarlar deyəcəklər: "Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!"

21. Onlara deyiləcək: "Bu, yalan saydığınız Fərqləndirmə günüdür!"

22. Mələklərə belə əmr olunacaq: "Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –

23. Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.

24. Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar".

25. Günahkarlara deyiləcək: "Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?"

26. Bəli, onlar bu gün baş əyəcəklər!

27. Onlar bir-birinə üz tutub soruşacaqlar.

28. Tabe olanlar deyəcəklər: "Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz".

29. Başçılar deyəcəklər: "Xeyr! Siz inanan adamlar deyildiniz.

30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.

31. Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.

32. Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik".

33. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.

34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.

Bu ayələrdə Əhli beytin vilayəti baradə heç bir nişanə belə yoxdur.

36) Rafizi yazır: “Allah insanın ilk dəfə xəlqindən sonra onunla əhd-peyman bağlamışdır. Əraf surəsinin 172-ci ayəsində deyilir: “Allah insan övladı doğulmamışdan əvvəl ondan əhd-peyman aldı və onları özlərinə (bir-birinə) şahid etdi və (onlara dedi:) Mən sizin Rəbbiniz deyiləmmi? Dedilər: Bəli,biz şahid olduq!”(Məktub 12)

Söhbət Əraf surəsinin 172-ci ayəsi haqqındadır: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.”

Qeyd etmək lazımdır ki,şiə mənbələrinə görə bu ayə təhrif olunub.Şiə təfsirçisi Muhəmməd ibn Məsud əl Əyyaşi kitabında (2/41/№114) yazır:

عن جابر قال قال لى أبو جعفر عليه السلام: يا جابر لو يعلم الجهال متى سمى أمير المؤمنين على لم ينكروا حقه، قال: قلت: جعلت فداك متى سمى ؟ فقال لى: قوله (واذ أخذ ربك من بنى آدم) إلى (ألست بربكم وان محمدا [ نبيكم ] رسول الله وان عليا أمير المؤمنين) قال: ثم قال لى يا جابر: هكذا والله جاء بها محمد صلى الله عليه واله

Cabirdən: “Mənə imam Əbu Cəfər dedi: “Ey Cabir! Əgər cahillər Əlinin necə möminlərin əmiri təyin olunmasını bilsəydilər,bunu inkar etməzdilər.” Mən soruşdum: “Sənə fəda olum.O,necə adlandırılıb?” İmam dedi: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz,Muhəmməd elçiniz,Əli də möminlərin əmiri deyillərmi?”Sonra İmam mənə dedi: “Ey Cabir!Allaha and olsun ki,Muhəmməd (s.a.s)-ə nazil olan ayə belə idi.”


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin