6) Əbdulhüseyn yazır (76/325): “İbn Abbasdan soruşuldu: Peyğəmbər (s.a.s) can verəndə başının kimin dizinin üstündə olduğunu gördünüzmü? Cavab verdi: Əlinin sinəsinə söykəmişdi. Ona deyildi: Urvə Aişədən nəql etmiş ki, Peyğəmbər (s.a.s) onun qucağında vəfat etdi. İbn Abbas onu inkar edib dedi: Sən də buna inanırsanmı? Allaha and olsun ki, Peyğəmbər (s.a.s) Əliyə söykənən halda vəfat etdi və ona qüsl verən də o idi.”
Haşiyədə yazır: “İbn Sədd yuxarıdakı səhifədə onu nəql etmişdir ki, “Kənzul-Ümmal”ın 4-cü cildinin 55-ci səhifəsindəki 1108-ci hədisdir.
Əbdulhüseyn əl Hindinin sözlərini ixtisar etmişdir.Beləki,o bu rəvayyəti “Kənzul-Ümmal”-da nəql edərək bunun zəif olduğunu qeyd etmişdir.İbn Sədd da bu rəvayyəti kitabında (2/263) əl Vahididən nəql etmişdir ki,bu ravi mətruk (tərk olunmuş) ravidir.
7) Dəccal Əbdulhüseyn Uca Allaha böhtan ataraq yazır (12/61): “Bu da təəccüblü deyildir ki, onların vilayətini hətta peyğəmbərlər elan etmək üçün göndərilmiş və Allahın huccət və canişinləri camaatı onunla tanış etməyə məmur olunmuşlar. Belə ki,Allah buyurur: “Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş.”
Bu sözlərlə Əbdulhüseyn özünü qardaşları yəhudilərə bənzətmişdir ki,onlar kitabın bir hissəsini oxuyar,digər hissəsinə isə göz yumardılar.Uca Allah bu ayədə Peyğəmbər (s.a.s)-in əhlinin vilayətindən söz açmır.Bunu anlamaq üçün ayəni sona kimi oxumaq lazımdır.Allah Təala buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (Zuxruf 45)
Dəccal ayənin əvvəlini gətirir,son hissəsini gizlədərək Allaha iftira ataraq ayənin vilayət barasində olduğunu iddia edir.
8) Cahil Əbdulhüseyn yazır (12/70): “Onlar-Allahın ödəməyini əmr etdikləri haqq sahibləridir. “Yaxınların və qohumların haqqını ver.”
Bu “Əhli beytin vilayətini” isbat etmək üçün yalançının gətirdiyi ayələrdən biridir.Lakin,biz ayəni sona kimi oxusaq görərik ki,buna təkcə onların deyil,hər bir yolçu və fəqirin haqqı çatır.Uca Allah buyurur: “Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.” (İsra 26)
9) Daha sonra cahil yazır: “Xüms onlara məxsusdur,hansıki,bunsuz müsəlmanlar haqqlarını verməmiş olarlar.Allah buyurur: “Əgər siz Allaha və (haqla batilin) ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.” (Ənfal 41)
Əgər xümsə haqqı olmaq idarəçiliyə və vilayətə dəlildirsə,onda Əhli beytlə yanaşı bu haqqa yetimlər,fəqirlər və müsafirlərdə mailik idi.
10) Əbdulhüseyn yazır (12/70): “Onlar Peyğəmbər (s.a.s)-ə qohumluq münasibəti ilə yaxındırlar.Allah buyurur: “Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya məxsusdur”
Uca Allah buyurur: “Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.”(Həşr 7)
11) Əbdulhüseyn yazır (12/70): “Onlar “Ali-Yasin”dirlər ki, Allah onlara salam göndərir və buyurur: سَلَامٌ عَلَى إِلْ يَاسِينَ “Ali-Yasinə salam olsun.” (Səffat 130)
Haşiyədə yazır: “Sonuncu ayəni İbn Həcər “Səvaiq”in 11-ci babında yazmış və demişdir ki, bir sıra müfəssirlər İbn Abbasa istinad edərək deyirlər: “məqsədd Ali-Muhəmmədə salamdır. “İbn Həcər yazır: “Kəlbi də belə demişdir.”
Bu ayəni gətirib,haşiyəni yazmaqla dəccal elə göstərmək istəmişdir ki,bu İbn Hacərin fikridir və başqa rəy də yoxdur.Bu da rafizinun növbəti hiyləsidir.İbn Hacər yazır: “Amma,əksər müfəssirlər hesab etmişlər ki,burada Peyğəmbər (s.a.s)-in əhli nəzərdə tutulmur.” (“Səvaiqul-Muhriqə” səh 336)
Bundan əlavə adı keçən Kəlbi yalançı olan Muhəmməd ibn Səib əl Kəlbidir.
12) Musəvi yazır (12/70): “Ali-Muhəmməd onlardır və Allah onlara salam göndərməyi bəndələrinə vəzifə bilərək buyurur: إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا “Allah və mələkləri Peyğəmbərə salam göndərirlər, ey iman gətirən şəxslər, siz də ona salam göndərin.” Hədislərin birində deyilir: “Ey Allahın peyğəmbəri, sənə “salam”ı bildik, buyur de, sənə “salavat”ı necə göndərək? Peyğəmbər (s.a.s) buyurdu, belə deyin: «اَللّـهُمَّ صَلِّ عَلي مُحَمَّدٍ وَ عَلي آلِ مُحَمَّدٍ» “İlahi, Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər (xeyir-bərəkət yetir)!” Bu hədisdən məlum olur ki, onlara salavat göndərmək bu ayədə əmr olunan salavatdır və buna görədir ki, alimlər bu ayəni Əhli beytin şəninə nazil olan ayələrdən sayırlar. İbn Həcər “Səvaiq” kitabının 11-ci babında bunu onların barəsində nazil olan ayələrdən hesab edib.
Musəvi qeyd etməmişdir ki,İbn Hacər iki şeyxə istinadən qeyd etmişdir ki,müsəlman salam göndərəndə Peyğəmbər (s.a.s) zövcələrinə də salam göndərməlidir.Hədis belədir: “Allahım! İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkət ver!” (Buxari və Müslim 1/306)
13) 16-cı məktubda Əbdulhüseyn mühəddis Əbdurrazzaq ibn Həmmam əs Sənaninin tərcümeyi halını gətirmişdir.Orada Hüseynin qulu bəzi alimlərin Əbdurrazzaqın şiə olması baradə sözlərini qeyd etmişdi.Oxucu bilməlidir ki,ilk əsr şiələri ilə sonrakı dövr şiələri arasında böyük fərqlər vardır.O zaman Əli (r.a)-ni Osman (r.a)-dan üstün hesab edən şiə hesab edilirdi.Bizim dövrümüzdə şiələrə o kəslər deyilir ki,onlar ümməti küfrə düşməkdə,bir neçə nəfər istisna olmaqla səhabələri küfrdə ittiham edirlər,racətə (ölülərin dünyaya qayıtmasına) inanırlar və s.Qısa desək,bizim dövrümüzdə qulat rafiziləri şiə adlandırırlar.
”Əbdurrazzaqdan nəql olunur ki,o rafiziləri təkfir etmişdir.” (“Mizanul itidal” 2/613)
Əbdulhüseyn həmçinin, qeyd etməmişdir ki,Əbdurrazzaq demişdir: “Allaha and olsun ki,mənim qəlbim heç vaxt Əlini Əbu Bəkr və Ömərdən əfzəl hesab etməmişdir.” Həmçinin o deyir: “Fəzilətdə mən iki şeyxi üstün hesab edirəm,ona görə ki,Əli onları özündən üstün hesab etmişdir.” (Əbduləəziz Dihləvi “Bustanul muhəddisin” səh 126)
Yenə o deyir: “Əbu Bəkr-Allah ondan razı olsun,Ömər-Allah ondan razı olsun,Osman-Allah ondan razı olsun,Əli-Allah ondan razı olsun.Bunları sevməyən mömin deyildir.” (Təhzib əl kəmal”c.18, №3415)
Bu məktubda o həmçinin İmam Hakimi təsvir etmiş və fəxrlə onun şiə olduğunu qeyd etmişdir.Heç şübhə yoxdur ki,İmam Hakim indiki şiələrdən və fikirlərindən günəş yerdən uzaq olduğu kimi uzaq idi.Məşhur “Müstədrək” kitabında Hakim iki şeyxin fəziləti baradə çoxlu hədislər nəql etmiş,rafizilərin imamət etiqadını alt-üst etmişdir.Misal olaraq:
İmam Hakim “Müstədrək”-də
[ 4467 ] أخبرني أبو بكر محمد بن أحمد المزكي بمرو ثنا عبد الله بن روح المدائني ثنا شبابة بن سوار ثنا شعيب بن ميمون عن حصين بن
عبد الرحمن عن الشعبي عن أبي وائل قال قيل لعلي بن أبي طالب رضى الله تعالى عنه ألا تستخلف علينا قال ما استخلف رسول الله صلى الله عليه وسلم فاستخلف ولكن إن يرد الله بالناس خيرا فسيجمعهم بعدي على خيرهم كما جمعهم بعد نبيهم على خيرهم هذا حديث صحيح الإسناد ولم يخرجاه
Əli (r.a)-dən soruşdular: “Özünə varis təyin edirsənmi?” O,dedi: “Peyğəmbər (s.a.s) varis təyin etmədi ki,mən təyin edim.Lakin,Allah insanlar üçün xeyir diləsə onları məndən sonra ən xeyirliniz ətrafında toplayacaqdır.Necə ki,Peyğəmbər (s.a.s)-dən sonra insanları ən xeyirlisi ətrafında topladı.”
İmam Hakim hədisdən sonra qeyd edir ki,sənədin ravilər silsiləsi səhihdir.Təkcə bu hədisə İmam Hakimin səhih deməsi şiələrin bu alim haqqında olan bütün iddialarını alt-üst edir.Çünki,bu hədisdən aşağıdakı nəticələr çıxır:
1) Əli (r.a)-nin birbaşa və aşkar xəlifə təyini olmamışdır.
2) Əli (r.a) Əbu Bəkr (r.a)-i Peyğəmbər (s.a.s)-dən sonra sağ qalan insanların ən əfzəli hesab etmişdir.
Yenə həmin “Müstədrək” kitabında hədisdə buyrulur:
[ 4446 ] حدثنا أبو عبد الله محمد بن يعقوب الحافظ ثنا يحيى بن محمد بن يحيى ثنا مسدد ثنا كهمس عن عبد الله بن شقيق قال قلت لعائشة رضى الله تعالى عنها أي الناس كان أحب إلى رسول الله صلى الله عليه وسلم قالت أبو بكر ثم عمر ثم أبو عبيدة بن الجراح هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه
Aişə (r.a)-dən soruşdular: “İnsanlar arasında Peyğəmbər (s.a.s) üçün ən sevimli insan kim idi?” O dedi: “Əbu Bəkr,sonra Ömər,sonra Əbu Ubeydə ibn əl Cərrah.”
Bu hədisi Hakim səhih adlandırmışdır. Yenə həmin kitabda:
[ 4428 ] حدثنا أحمد بن إسحاق العدل الصيدلاني ثنا الحسين بن الفضل ثنا علي بن بحر بن بري ثنا سعيد بن مسلمة القرشي عن إسماعيل بن أمية عن نافع عن بن عمر رضى الله تعالى عنهما قال دخل رسول الله صلى الله عليه وسلم المسجد وإحدى يديه على أبي بكر والأخرى على عمر فقال هكذا نبعث يوم القيامة
Peyğəmbər (s.a.s) məscidə bir əli Əbu Bəkrin,digər əli isə Ömərin üzərində olaraq daxil oldu və buyurdu: “Qiyamət günü biz belə bu şəkildə diriləcəyik.”
[ 4483 ] حدثنا أبو العباس محمد بن يعقوب ثنا محمد بن إسحاق الصغاني ثنا شبابة بن سوار ثنا المبارك بن فضالة عن عبيد الله بن عمر عن نافع عن بن عمر رضى الله تعالى عنهما أن النبي صلى الله عليه وسلم قال اللهم أيد الدين بعمر بن الخطاب
Peyğəmbər (s.a.s) buyurdu: “Ya Allah! Bu dini Ömər ibn Xəttabın əli ilə gücləndir.”
[ 4484 ] حدثنا أبو بكر بن إسحاق أنبأ محمد بن غالب ثنا سعيد بن سليمان ثنا المبارك بن فضالة عن عبيد الله بن عمر عن نافع عن بن عمر رضى الله تعالى عنهما عن بن عباس رضى الله تعالى عنهما عن النبي صلى الله عليه وسلم أنه قال اللهم أعز الإسلام بعمر هذا حديث صحيح الإسناد ولم يخرجاه
Peyğəmbər (s.a.s) buyurdu: “Ya Allah! Bu dini Ömərin əli ilə dəstəklə.”İmam Hakimə görə hədis səhih ravilər silsiləsinə malikdir.
[ 4487 ] حدثني أبو سعيد أحمد بن يعقوب الثقفي ثنا عمر بن حفص السدوسي ثنا عاصم بن علي ثنا المسعودي عن القاسم بن عبد الرحمن عن أبيه عن عبد الله رضى الله تعالى عنه قال والله ما استطعنا أن نصلي عند الكعبة ظاهرين حتى أسلم عمر هذا حديث صحيح الإسناد ولم يخرجاه
Abdullahdan nəql olunur: “Allaha and olsun ki,biz Kəbədə Ömər iman gətirənə qədər açıq-aşkar ibadət edə bilmirdik.” Hakimə görə hədis səhihdir.
Bu və digər hədislər İmam Hakimin şiəliyi baradə bizə dolğun məlumat verir.O,ilk üç xəlifə və möminlərin anasını küfrdə ittiaham edənlərdən olmamışdır.O,səhabələri lənət etmək üzərinə kitabını yazmamışdır.Onun şiəliyi haqqında isə İmam Əbduləziz əd Dəhləvinin sözlərini gətirmək yerinə düşərdi.O yazır: “Bir sıra alimlər onun şiəliyə meylliyi baradə belə hesab edirdilər ki,bu onun Əli (r.a)-ni Osman (r.a)-dan üstün hesab etməsi ilə əlaqədardır.Bu öz-özlüyündə elm əhli arasında məşhur olan görüşlərdən biridir.” (“Bustanul muhəddisin” səh 119)
Həmin məktubda Atiyyə ibn Səid əl Aufi haqqında bəhs edərkən Əbdulhüseyn yazır (16/131): “İbn Sədd “Təbəqat”ın 6-cı cildində onu şiəlikdə nüfuzlu və sabitqədəm kimi təqdim etmişdir.” Öz adəti üzrə bu rafizi özünə sərf etməyən yerləri ixtisar etmişdir.İbn Sədd yazır: “Atiyyə siqa idi və onda pis olmayan hədislər vardı və insanlardan ona etibar etməyənlər də var idi.”(“Təbəqat əl kubra” 6/305)
Həmin məktubda Fudeyl ibn Mərzuq adlı ravi haqqında bu rafizi yazır: “Zəhəbi onu “Mizanul itidal” kitabında qeyd etmiş və demişdir ki,o şiəliyi ilə məşhur olmuşdur.” Müəllif Zəhəbinin bu sözlərini kəsib: “O,səhabələri təhqir etməməklə şiəliyi ilə tanınmışdır.” (وكان معروفاً بالتشيع من غير سب)
Görəsən, Hüseynin qulu Zəhəbinin sözlərini niyə təhrif etmişdir? Yoxsa ona görə ki,o bir zamanlar indiki rafizilərin səviyyəsinə düşməyən,səhabələri tən etməyən məşhur şiələrin olduğunu etiraf etmək istəməmişdir.
Məktubunun sonunda dəccal yazır: “Bu, qısa müddətdə saymaq istədiyimiz şəxslərin sonuncusudur. Bu yüz nəfər pak və təqvalı şəxslər şiənin dahiləri və sünnə əhli üçün dəlildir.Onlar ümmətin elm mənbəyi, nübüvvət mirasının mühafizləri və “səhih”, “müsnəd” və “sünən” kitablarının qaynağı olmuşlar. Onların adlarını çəkdik və sünni alimlərinin onların şiəliyini aydınlaşdırmalarını və sözlərindən dəlillər gətirdiklərini qeyd etdik, qoy özləri öz ehkamlarına əməl etsin və öz qərarlarında möhkəm olsunlar.”
Bu məktubda o 100 ravini qeyd etmişdir.Bu yüz nəfərin böyük əksəriyyəti zəiflik və mötəbərlik dərəcəsi olmamalarına görə alimlər tərəfindən tənqid olunublar.
Misal olaraq o Muhəmməd ibn Ubeydullah ibn əbu Rafini qeyd etmişdir.Bu ravinin zəif və mətruk olmasını Buxari,Əbu Hatim,Yəhya ibn Muin qeyd etmişlər.” (“Mizanul itidal” 3/634/№7904)
Fudeyl ibn Mərzuq Kufi.Onun zəifliyini İbn Hibban,Nəsai və Osman ibn Səid qeyd etmişlər.(həm.yer 3/362/№6772)
Abdullah ibn Meymun əl Qəddah.Onun zəif və mətruk olmasını Əbu Hatim,Buxari,Əbu Zura və İbn Hacər qeyd etmişlər.” (həm.yer 2/512/№4642)
Bu rafizinin gətirdiyi 100 nəfərdən üçü idi.Onun “bu sünnilər tərəfindən qəbul görmüş ravilər” sözünün yalan olması üzə çıxmış oldu.
14) Bu fırıldaqçı rafizi yazır (48/229): “Peyğəmbər (s.a.s) buyurdu: “Mən hikmət evi,Əli isə onun qapısıdır.”
Haşiyədə yazır: “Tirmizi “Səhih”-də,İbn Cərir kitabında nəql etmiş,onlardan da bir çox alimlər nəq etmişlər.Onlardan biri də Muttəqi əl Hindidir.”
Rafizi Tirmizinin sözünü qeyd etməmişdir.Tirmizi bu rəvayyəti nəql edərək yazır: “Rəvayyət qərib və münkərdir” (“Sünən” №3723)
Bu illər ərzində rafizilərlə söhbət əsnasında,kitablarını oxuyarkən Tirmizinin kitabından bu rəvayyəti nəql edərkən onun sözünü gətirən bir adama rast gəlmədim.Allahın izni ilə biz bu rəvayyəti digər rəvayyətlərlə birgə kitabın sonunda təhqiq edəcəyik.
15) Əbdulhüseyn yazır (48/240): “Əbu Dərdanın hədisinə əsasən Peyğəmbər (s.a.s) buyurdu: “Canım əlində olana and olsun ki,sizin aranızda elə bir adam var ki,mənim ölümümdən sonra Quranın açıqlanması uğrunda mənim müşriklərlə Quranın nazil olması uğrunda savaşdığım kimi savaşacaqdır.”
Haşiyədə yazır: “Hədisi Deyləmi nəql etmiş,bu haqqda “Kənzul ümməl” kitabının altıncı hissəsinin,155-ci səhifsində qeyd etmişdir.
Adəti üzrə müəllif rəvayyətin bir hissəsini ona sərf etmədiyi üçün kəsmiş,ixtisar etmişdir.Rəvayyətin sonunda Əlinin savaşdığı kimsələr haqqında söhbət gedir: “və onlar Allahdan başqa ilah olmadığına şəhadət edəcəklər.” Bunu rafizi ona görə kəsmişdir ki,müəyyən səbəblərə görə onlara görə Əli ilə savaşan Təlhə,Zubeyr,Aişə kafirdilər.
16) Bu dəccal Ənəs ibn Malik (r.a) adından yalan deyərək yazır (56/257-258): Bu iki günün arasındakı (Rəhəbə və “qədir” günləri) ən azı 25 il fasiləyə baxmayaraq, bu vaxt ərzində öldürücü taunlar, müharibələr baş vermişdi. Əsrin dörddə biri olan bu müddətdə uzun müharibələr, əsirlik, taun, öldürücü vəbanın təsirindən “qədir” günü orada olanların əksəriyyəti, qocalar yaşlılar, həmçinin dəliqanlı cavanlar, bir çox mücahidlər dünya ilə vidalaşmışdılar. Belə ki, sağ qalanlar dünyadan köçənlərə nisbətən az bir hissəni təşkil edirdi. Qalanlar isə hər bir tərəfə dağılışmış və “Rəhəbə” əhvalatında Əmirəl-mömininlə İraqda olanlardan başqa heç kəs sağ deyildi. Beləliklə, 25 ildən sonra 30 nəfərin birdən ayağa qalxması, onlardan on ikisisinin Bədr müharibəsinin iştirakçılarından olması və “qədir” hadisəsində Peyğəmbər (s.a.s)-dən eşitdiklərinə və gördüklərinə şəhadət verməsi, o hadisənin nə qədər əhəmiyyət daşıdığını göstərir. Əlbəttə, bəzisinin Ənəs ibn Malik kimi, imamla düşmənçiliyi səbəb oldu ki, şəhadət verməkdən çəkinsinlər.
Haşiyədə yazır: “İmam Əli (r.a) buyurdu: “Nə üçün Peyğəmbər (s.a.s)-in əshabələri ilə birgə ayağa durmadın ki, gördüklərinə şəhadət verəsən? Dedi: Ey Əmirəl möminin! mənim ömrümün çoxu gedib,qocalıb yaddan çıxarmışam. Əli (r.a) buyurdu: “Əgər yalan deyirsənsə, Allah səni bərəsə (ekzema: çil-çil olma) mübtəla etsin, belə ki, hətta əmmamənlə də onu örtə bilməyəsən. Hələ yerindən qalxmamışdı ki, üzünü ləkələr tutdu. Ondan sonra deyirdi: “Allahın saleh bəndəsinin nifrininə mübtəla oldum.”
Birincisi,bu hekayənin İbn Quteybə “Məarif” (194-195)-də qeyd etdiyi kimi əsası yoxdur.İkincisi,Ənəs ibn Malik (r.a) “qədir” hədisini yəni,”Mən kimin mövlası isəm,Əli də onun mövlasıdır” sözlərini rəvayyət etmişdir ki,Qəttani bunu “Nəzmul mutənasira” (səh 456, №233) kitabında nəql etmişdir.
17) Əbdulhüseyn İmam Sindinin sözlərini ixtisar etmişdir.Musəvi yazır (69/298): “İmam Sindi yazır: “Gizli qalmasın, bu söz heç də o demək deyildir ki, Peyğəmbər (s.a.s)-in ölümündən əvvəl onun vəsiyyət etməyinin qarşısını alsın və o demək deyildir ki, bəli, o Həzrət qəfildən ölmüşdür! Belə ki, bu fikir hətta təsəvvür oluna bilməz. Axı necə ola bilər?Halbuki əcəlinin çatdığını xəstəliyindən əvvəl xəbər vermişdi.”
Halbuki,İmam Sindi sonra yazır: “Bəli,O Əli (r.a)-yə Quran və sünnəyə tabe olmağı vəsiyyət etmişdi və bu təkcə Əli (r.a) üçün deyil,bütün müsəlmanlara şamil idi.Mülkə gəlincə isə,Peyğəmbər (s.a.s) vəsiyyət ediləsi bir mal tərk etməmişdi.Daha doğrusunu Allah bilir.”(“Həşiyyətul Sindi alə Sünən Nəsai” 6/551)
18) Əbdulhüseyn yazır (80/333): Ömər özü də xilafətin son cüməsində Peyğəmbər (s.a.s)-in minbərində söylədiyi xütbəsində aşkar bu məsələyə şəhadət verdi və bu hadisə hər yana yayıldı. Buxari bu xütbəni öz “Səhih”ində kamil vermişdir ki, biz burada yalnız lazım olan hissəni zikr edirik: “Mənə xəbər çatıb ki, filankəs sizə demişdir: Allaha and olsun, əgər Ömər ölsə filankəsə beyət edəcəyik. Əbəda! Heç kəs belə qürrələnməsin və deməsin ki, Əbu Bəkrə də beyət qəfildən, məşvərətsiz oldu və nəhayət baş tutdu. Bəli, Əbu Bəkrə beyət o cür olub. Amma, Allah onun şərrini uzaq etdi...... (Ehtiyyatlı olun) kim birinə məşvərətsiz beyət etsə, (bilməlisiniz ki,) nə beyət edən, nə də beyət olunan kəs xalq tərəfindən seçkidən məhrum olacaq. Onlara beyət olunmamalıdır. Çünki, onlar öldürüləcək,çünki, onlar müsəlman icmasına qiymət qoymur və gərək cəmiyyətdən uzaqlaşdırılıb öldürülsünlər.”
Öz adəti üzrə rafizi mətndən Ömər (r.a)-in “o zaman bu işə yalnız Əbu Bəkr layiq idi” sözlərini çıxarmışdır.Mətndə “.....” olan hisSəddə Ömər (r.a)-in sözləri nəql olunur: “Əbu Bəkrdən başqa heç biriniz ona tərəf gedişdə dəvələrin sıxlıqda tələf olmasına layiq deyilsiz.” Tam mətn belədir: “Mən sizin bu sözlərinizi, "əgər Ömər ölərsə mən filankəsə beyət edəcəyəm" – eşitmişəm. Lakin heç kəs Əbu Bəkrin beyətinin təsadüfən olduğunu deməyə cürət etməsin. Bəli, hətta bu belə olsa da, həmin vaxt Allah, xoşagəlməz hadisələrin baş verməsinə izn vermədi. Əbu Bəkrdən başqa heç biriniz ona tərəf gedişdə dəvələrin sıxlıqda tələf olmasına layiq deyilsiz. Kim, müsəlmanlarla məsləhətləşmədən bir insana beyət edərsə, onları döyüşə cürətləndirməmək üçün, ona və ona beyət edənə itaət edilməz.”(Səhih Buxari: Kitab əl-Hudud; Bab “Rəcmul hublə minəz zina izə əhsanət, № 3930)
Rafizi bilərək mətndən həmin hissəni çıxartmışdı ki,oxucu Ömər (r.a)-in Əbu Bəkr (r.a)-i xilafətə daha layiqli hesab etməsini bilməsin.Ömər (r.a)-in bu sözləri belə mühüm məsələlərdə tələsik qərar verməkdən çəkindirir.
19) Əbdulhüseyn yazır (94/377): “Eləcə də, mötəbər alimlərdən bir çoxu, imam Şəhabəddin Əhməd kimi (“İqdul-Fərid” kitabının birinci cildində) “əshabi-əhva” (rəy sahibləri) barəsində danışarkən bu mətləbi doğru saymışlar. O, bu qəziyyənin sonunda belə yazır: “Peyğəmbər (s.a.s) buyurdu: O, ümmətim arasında tapılacaq ilk tüğyan edən şəxsdir ki, əgər onu öldürsəydiniz, hətta iki nəfər də olsun belə ixtilaf etməyəcəkdi. Bəni-İsrail 72 firqə oldular, bu ümmət isə 73 firqə olacaqdır ki, bir firqədən başqa onların hamısı atəşdədir.”
Öz adəti üzrə bu dəccal mətnin özünə sərf etməyən hissəsini çıxrmışdır.Hədisin davamında deyilir: “və biz dedik: “ya Rəsulullah! Xilas olan firqə kimlərdir? Buyurdu: “Camaat” Rəvayyətin ravilərindən biri olan Yezid ər Rəqqaşi dedi: “Mən Ənəsə dedim: “Ey Əbu Həmzə,bu camaat hardadır?” O dedi: “onların əmirlərinin yanında, onların əmirlərinin yanında.”
Musəvinin belə təhrifinin və yalanının mənası nədir?Bununla nəyə nail olmaq olar?Bununla yalnız bir sıra müsəlmanları aldatmaq və hər iki dünyada xar olmaq olar!
ÜÇÜNCÜ FƏSİL. BU FƏSİLDƏ ƏBDULHÜSEYNİN AÇIQ YALANLARINA VƏ CAHİLLİYİNƏ NÜMUNƏLƏR GƏTİRİLƏCƏK,HƏMÇİNİN ONUN İÇ ÜZÜ GÖSTƏRİLƏCƏKDİR.
1) Əbdulhüseyn yazır (8/42): “Mən aranızda iki xəlifə qoyuram: göydən yerədək (və ya göy ilə yer arasında) uzanan Allahın kitabı və Əhli beytim. Onlar hovuz (Kövsər) kənarında mənə çatmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar.”
Haşiyədə yazır: “Bu hədisi Əhməd ibn Hənbəl, Zeyd ibn Sabitdən iki doğru silsilə ilə nəql etmişdir. Birinci vasitə “Musnəd”in 5-ci cildinin 182-ci səh-də və ikincisi isə 189-cu səh-dədir.” (ərəbcə: أخرجه الامام أحمد من حديث زيد بن ثابت بطريقين صحيحين أحدهما في أول صفحة 182، والثاني في اخر صفحة 189 من الجزء الخامس من مسنده)
Bu yalandır! Rafizinin dediyi birinci və ikinci hədislər:
حدثنا عبد الله حدثني أبي حدثنا الأسود بن عامر حدثنا شريك عن الركين عن القاسم بن حسان عن زيد بن ثابت قال: قال رسول الله صلى الله عليه وسلم: -إني تارك فيكم خليفتين كتاب الله حبل ممدود ما بين السماء والأرض أو ما بين السماء إلى الأرض وعترتي أهل بيتي وأنهما لن يتفرقا حتى يردا عليَّ الحوض
- حدثنا عبد الله حدثني أبي حدثنا أبو أحمد الزبيري حدثنا شريك عن الركين عن القاسم بن حسان عن زيد بن ثابت قال: قال رسول الله صلى الله عليه وسلم: -إني تارك فيكم خليفتين كتاب الله وأهل بيتي وإنهما لن يتفرقا حتى يردا علي الحوض جميعا.
Aydın olduğu kimi hər iki hədisin sənədinin 4-cü raviyə qədər hissəsi eynidir.Şərik ər Ruqeyndən,o da əl Qasim ibn Hisandan,o da Zeyd ibn Sabitdən rəvayyət edir.Şureyk bu Şərik ibn Abdullah ibn Əbu Şureyk ən Nihaidir. İbn Mədini deyir: “Mən Yəhya və Əbdurrahmənin Şərikdən nəsə nəql etdiyini görmədim.”Abdullah ibn Mubarək dedi: “Şərikin rəvayyətlərinin heç bir dəyəri yoxdur.” Cuzədcani onun zəif yaddaşı olduğunu,İbrahim ibn Səid əl Cəvhari isə onun 400 rəvayyətdə səhv etdiyini bildirmişdir.” Dəraqutni deyir: “Şərik təkbaşına etdiyi rəvayyətlərdə zəifdir.” (“Mizanul itidal” 2/270/№3
Yəqub ibn Şeybə deyir ki,Şərik zəif yaddaşı olan siqa ravi olmuşdur.İnşallah bu ravi haqqında bu sözlər daha doğrudur.Təkcə Şərikin sənəddə olması bu iki rəvayyətin səhih olmamasına dəlildir.Bu hədisin sənədinə əl Qasim ibn Hisanı əlavə etsək hədisin halı necə olacaq? Buxari bu ravinin məchul və rəvayyətlərinin münkər olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” 3/369/№679)
Dostları ilə paylaş: |