TƏRCÜMEYİ HAL
Mirzəyeva Elmira Əmir qızı
Az1116, Azərbaycan, Bakı, Süleyman Sani Axundov küçəsi 1v m 127.
Əlaqə telefonları: mobil(994 - 50) 662 02 04 ev(994-12) 561 02 04
E – mail: e.mirzoyeva@ mail.ru
1951 – ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Təzəkənd kəndində fəhlə ailəsində anadan olmuşdur.
Təhsili:
1971 – 1975 Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər Inistitutu
1993 – 1994 APKİA və YHİ – nın Yenidənhazırlanma fakultəsi
1994- 2008 İxtisası ilə əlaqədar 30 dan çox Beynəlxalq ixtisasartırma kurslarının və treninqlərin iştirakçısı olmusdur
İş stajı:
1976 – 1993 Bakı şəhərinin 12 və 283 saylı məktəblərində rus dilli və ədəbiyyatı müəllimi
1998 – 2001 Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun psixologiya kabinetinin müdüri
1998 – 2007 Azərbaycan Praktik Psixoloqlar Assosasiyasinin vitse – prezidenti
2001 - 2004 “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosasiyasında psixoloq
2007 Azərbaycan Praktik Psixoloqlar Assosasiyasinin prezidenti
2004 – 2008 Bakı Pedaqojı Kadrların İxtisasartırma İnstitutunun mühazirəkisi
1994 – 2008 UNİCEF – in 12 layihəsində icraçı və layihə rəhbəri kimi iştirak etmişdir
Mühazirə və prezintasiyaları:
1999 Avropa psixoteropevtlərinin I – ci konfransı Rusiya – Moskva
2002 Azərbaycan təhsil sistemində psixoloji xidmət işi – Türkiyə, Ədirnə
2002 Psixoloji təlim kursu – Almata
2003 Erkən uşaqlıq dövründə qayğı və inkişaf UNESCO - İstanbul
2000 – 2007 Rusiya Təhsil Psixologlarının I, II, III,IV qurultayları
Ailəlidir, 5 övladı, 2 nəvəsi var
27 oktyabr 2005 - ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ” Azərbaycan Respublikası ” Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.
“Psixologiya elmindən faydalanmadan təlim – tərbiyə prosesini optimallaşdırmaq mümkün deyil.”
Professor Əbdül Əlizadə
Xəzər Universitəsi –Təhsil fakultəsi
Ümumi psixologiya və Yaş psixologiyası kursu
2008 – 2009 cu il
Kursun Təsviri
Yeni pedaqoji təfəkkürün konseptual modeli məhz insan amilinə, şəxsiyyət amilinə əsaslanır.
Müasir dövrdə məktəbin nəinki pedaqoji, həm də, ilk növbədə,sosial və sosial – psixoloji vəzifələri bu önəmli meyarla müəyyən olunur.Şagird şəxsiyyətinin formalaşması onların ana xəttini təşkil edir. Müasir təhsil konsepsiyası şəxsiyyətin formalaşdırılmasını təhsil sisteminin başlıca vəzifəsi kimi dəyərləndirir.
İnsanın psixoloji xususiyyətlərinə yaxından bələd olmaq, fəaliyyət və ünsiyyət prosesində onu düzgün nəzərə almaq müasir mütəxəssis – mühəndis, həkim, jurnalist, zabit, rəhbər işçi və.b. üçün eyni dərəcədə zəruridir.Elə sənət və peşə sahələri vardır ki, mütəxəssisin dərin psixoloji bilik və səriştəyə malik olması daha mühüm əhəmiyyət kəsb edir.Pedaqoji fəaliyyət bu cəhətdən xüsusilə fərqlənir.Şagirdlərin mənəvi dünyasına hüfuz etmək, onun qabiliyyətlərinin inkişafını düzgün istiqamətləndirmək müəllimdən nəinki böyük sosial məsuliyyət, həmdə çox ciddi psixoloji fəhm tələb edir.Müəllimdə bu ümdə peşə keyfiyyəti elmi psixoloji biliklərə dərindən yiyələnmək sayəsində təşəkkül edə bilər.
Məqsədlər
-Ümumi psixologiya və yaş psixologiyası sahəsində biliklərinin artırılması.
-Kursa qarşı meyl, marağın və səriştələrinin gücləndirilməsi, qazanılan biliklərin təcrübədə möhkəmləndirilməsi.
Vəzifələr
-Tələbələri psixologiya elmi ilə yaxından tanış etmək.
-Uşağın psixi inkişafında Ümumi psixologiya və Yaş psixologiyası kursunun əhəmiyyəti barədə məlumat vermək,aparaılan tədqiqatlarla tələbələri tanış etmək.
-Uşağın psixi inkişafını müəyyən edən metodları öyrətmək,interaktiv təlim metodlarını mənimsətmək.
-Biliklərin daha müstəqil, sərbəst qavranılması və mənimsənilməsi;
-Məntiqi, tənqidi və yaradıcı təffəkürün, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlərin yaradılması;
-Elmi – tədqiqat vərdişlərinin formalaşdırılması.
Mənbələr
Ə.S.Bayramov,Əbdül Əlizadə - Psixologiya - 2006
Prof.Əbdül Əlizadə - Müasir Azərbaycan Məktəbinin Psixoloji Problemləri – 2004
Ağababa İbrahimov,Hüseyn Xəlilov – Uşaq tərbiyəsinin bəzi aktual problemləri – 1998
Ə.Ə.Əlizadə - Yeni pedaqoji təfəkkür – İstanbul 2002
Robert Myers – Hayatta kalan on iki
Muxtar Həmzəyev – Yaş və Pedaqoji Psixologiyanın əsasları – 2003
E.M.Quliyev – Yaş Psixologiyasının tədrisi məsələləri – 1997
Schaefer DİGeronimo – AGES STAGES
И.Б.ГРИНШРУН – ВВЕДЕНИЕ В ПСИХОЛОГИЮ - 1997
Г.С.АБРАМОВА – Возрастная психология - 1999
Ж.ПИАЖЕ – Суждение и рассуждение ребенка - 1997
Под.ред.проф. А.В.ПЕТРОВСКОГО – Возрастная и педагогическая психология – 1979
В.Н.Карандашев – ПСИХОЛОГИЯ;введение в профессию – 2000
Л.А.Першина – Контрольные задания по психологии – 1998
Е.Е.Данилова – Практикум по возрастной и педагогической психологии – 1999
Н. Семаго М.Семаго – ТЕОРИЯ И ПРАКТИКА ОЦЕНКИ ПСИХИЧЕСКОГО РАЗВИТИЯ РЕБЕНКА – 2006
Kursa dair tələblər
Daimi davamiyyət arzu olunandır...
Siyasət;
-
Davamiyyət çox vacib hesab edilir;dərsdən qalmaların çoxalması təlimin müvəffəq olmasına əks təsir göstərir.Hər hansı bir səbəbdən dərsə gəlmədikdə qabaqcadan təlim aparan müəllimə xəbər verilməsi zəruridir(fövqəladə vəziyyət istisnalıq təşkil edir).Bir dərsdən qalmaq o biri dərsə hazırlıqsız gəlmək üçün üzürlü hal hesab edilmir.
-
Kursdan kənarlaşdırma;Kursu tərk etmək istəyən hər hansı bir tələbə əvvəlcə müəllimə müraciət etsin.Bu vəziyyətə dair ümumi rəyə gələ bilmədiyimiz halda Siz kursdan kənarlaşdırılmaq üçün müraciət edə bilərsiniz.
-
Akademik yalançılıq;Digər müəllif və şəxsin sözlərini mənbəni bildirmədən öz adınıza çıxmağınız PLAGİARİZM adlanır və bu yol verilməz hesab edilir.Belə hal olarsa tələbənin müvəffəqiyyəti sıfıra endirilir və bu haqda xüsusi məlumat hazırlamaqla Universitet rəhbərliyinə məlumat göndərilir.
-
Fəallıq və nəzakətli davranış sinifdə iştirak edən hər bir şəxsin gündəlik davranış norması hesab edilir.
Qiymətləndirmə
30% - Midterm
40% - Final
10% - Sorğu –Sual
10% - İştirak
10% - Gündəlik fəallıq
XƏZƏR UNİVERSİTƏSİ – 2008-2009 – cu Tədris ili üçün
Psixologiyaya giriş və yaş psixologiyası kursu üzrə 32 saatlıq tədris proqramı.
İnstructor: psixoloq Mirzəyeva Elmira Əmir qızı
№
|
Tarix
|
Mövzu
|
Saat
|
Qeyd
|
1.
|
I həftə
|
Mövzu 1. Psixologiyanın predmeti və bir elm kimi xarakteristikası
|
2
|
Mühazirə
|
2
|
II həftə
|
Mövzu 2. Psixologiyanın sahələri və psixoloji praktikanın vəzifələri
|
2
|
Mühazirə
|
3
|
III-IV həftə
|
Mövzu 3. Şəxsiyyətin psixoloji cəhətdən öyrənilməsi və inkişafı
|
4
|
Mühazirə
Praktik məşğələ
|
4
|
V-VI həftə
|
Mövzu 4. İdrak prosesləri və onların tənzimi
|
4
|
Mühazirə
İnteraktiv dərs
|
5
|
VII həftə
|
Mövzu 5. İnsanın fərdi xüsusiyyətləri
|
2
|
Mühazirə
|
6
|
VIII həftə
|
Mövzu 6. Temperament və xarakter
|
2
|
Mühazirə
|
7
|
IX həftə
|
Mövzu 7. Yaş psixologiyasının predmeti, vəzifələri və metodları
|
2
|
Mühazirə
|
8
|
X həftə
|
Mövzu 8. Psixi inkişafın yaş dövrləri
|
2
|
Mühazirə
|
9
|
XI həftə
|
Mövzu 9. Məktəbə daxil olanadək uşağın psixi inkişafı və yaş xüsusiyyətləri
|
2
|
Mühazirə
|
10
|
XII həftə
|
Mövzu 10. Uşağın məktəbə psixoloji hazırlığı, şərtləri
|
2
|
Mühazirə
|
11
|
XIII həftə
|
Mövzu 11. Kiçik məktəblinin psixi inkişafı və şəxsiyyətinin formalaşması
|
2
|
Mühazirə
|
12
|
XIV həftə
|
Mövzu 12. Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin inkişafı
|
4
|
Mühazirə
Praktik məşğələ
|
13
|
XV həftə
|
Mövzu 13. Müəllim şagird münasibətləri məktəbin qlobal problemi kimi
|
2
|
İnteraktiv dərs
|
Cəmi: 32 saat
Təlim metodları
Situativ praktikum
Sosioloji tədqiqat
Motivasiyanın yaradılması
Rəmzi materialın şərhi
Sual verməyə həvəsləndirmə
İnteraktiv iş formaları
Cütlük şəklində iş
Əqli hücum
Söz assosiasiyaları
Rollar üzrə oyun
Modelləşdirmə
Diskussiya
Layihələr
Təqdimat(prezentasiya)
Mühazirə
Dostları ilə paylaş: |