Şəki şəhər Toxuculuq
sexinin rəisi: T.Hüseynova
Həmkarlar Komitəsinin sədri: M.Manafov
«Fidan» EİB-nin poliklinikasının
baş həkimi Vaqif Nizami oğlu
Əmrahov barədə
İSTEHSALAT XASİYYƏTNAMƏSİ
Vaqif Nizami oğlu Əmrahov 1941-ci ildə doğulub, azərbaycanlıdır, ali təhsillidir. O, 12.06.2003-cü ildən «Fidan» EİB-nin poliklinikasında baş həkim vəzifəsində işləyir. İşdə özünü təşəbbüskar, bilikli mütəxəssis kimi göstərmişdir.
V.Əmrahov poliklinikanın işinin yüksək səviyyədə qurulması üçün çox iş görmüşdür. Onun rəhbərliyi ilə poliklinikada xəstələrə tibbi xidmətin səviyyəsi yüksəlmiş, poliklinikanın kabinetləri müasir texniki avadanlıq və tibb cihazları ilə zənginləşmişdir.
V.Əmrahov həmişə poliklinikanın işçilərinin peşəkarlıq səviyyəsinin yüksəlməsinin qayğısına qalır, həkimlərin ixtisasının artırılmasına fikir verir, tez-tez poliklinikada müxtəlif xəstəliklər və onların müalicəsi haqda mühazirələr oxunur, həkimlər başqa tibb müəssisələrinə və ixtisasartırma kurslarına göndərilir.
V.Əmrahov I dərəcəli kardioloq - həkimdir. Naxçıvanın əməkdar həkimi fəxri adına layiq görülüb, əməkdə qazandığı uğurlara görə Naxçıvan Ali Məclisinin Fəxri fərmanını alıb.
Öz işini vicdanla və şərəflə yerinə yetirir.
Xasiyyətnamə Bakı Şəhər Yasamal rayonunun İcra Hakimiyyətinə təqdim olunmaq üçün verilir.
Dostları ilə paylaş: |