Tiflis, 17 dekabr 1911.
Mənim əzizim Həmidə!
Ələkbər dünən yola düşdü. Göndərdiyin 100 manatı aldım. Manyaya da 7 manat verdim, özü üçün uzunboğaz çəkmə aldı. Biz hamımız salamatıq. Uşaqların həmişəki kimi kefi kökdür. Ənvər adam tanımağa başlayıb və elə hey gözləri məni axtarır. Məni o birilərindən seçir. Mənə belə gəlir ki, ona mənim bığlarım xoş gəlir. Abunə işi yavaş-yavaş gedir. Sən istəyirsən ki, mən Midhətlə ora gəlim. Amma Həmidə, gör sənə nə deyirəm: bu gün dekabrın 17-si şənbə günüdür. Mən çalışıb 45-ci nömrəli poçta göndərmişəm. İndi İsmayıl materialı gözləyir ki, tez o biri nömrəni çap eləsin. Mənim çalışmağım ona görədir ki, ilin axırınadək 48 nömrə göndərim. Bu da o zaman mümükün olar ki, həmişəkindən artıq işləyək. Deməli, əgər mən dekabrda çıxıb getsəm, jurnalın nəşri dayanar və bu həm çox yersiz olar, həm də abunə barədə əl verməz. Dəyirmana gəldikdə, mənim fikrimcə, Şidlovskidən əl çəkməyin, turbin əvəzinə dəyirmanı başqa cür qurmağın mənası yoxdur.
Kağız yaz. Hamımız səni qucaqlayıb öpürük.
Cəlil Məmmədquluzadə
Dostları ilə paylaş: |