partlayış
coğrafi
Doğum sayının xeyli artması
Demokratiya
siyasi
Yüksək səviyyədə inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi rejimdir
və planetimizdə gündən günə geniş yayılmaqdadır. Məşhur amerikan politoloqu Samuel Xayzinqton
qeyd edir ki, 19 əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun dalğası 1920-ci ildə
demokratiyanın 30 ölkədə qələbəsi ilə nəticələnmişdir. Sonrakı dövrdə avtoritarizmin və faşizmin
yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur.
Demoqrafiya
coğrafi
Yer kürəsi əhalisinin təbii artımını, tərkibini (milli, yaş, cins), yerləşməsini və s. öyrənən elm sahəsi
Denominasiya
iqtisadi
Köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün
qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas
dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir. Mal və xidmətlərin qiymətləri, tariflər,
əməkhaqqı, pensiyalar, təqaüdlər, idarə və müəssisələrin balanslarında, bank hesablarında olan pul
vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır. Müstəqil Azərbaycan Respublikasında 1992-ci
və 2006-cı illərdə denominasiya həyata keçirilmişdir.
Denonsasiya
hüquqi
Dövlətin bağladığı beynəlxalq müqavilədən imtina etməsi
Denudasiya
coğrafi
Süxurların aşınıb-parçalanması və alçaq yerlərə aparılması prosesi
Depozit
iqtisadi
Qabaqcadan ödəniş, müəssisələrin, təşkilatların və ayrı-ayrı şəxslərin pul məbləği (əmanət), yaxud
qiymətli kağızları
Despot
tarixi
Qəddar hökmdar, zalım
Determinizm
siyasi
Ərəbcə səbəbiyyət, bir-birini şərtləndirən anlamına gəlir.
Devalvasiya
iqtisadi
Pul vahidinin ifadə etdiyi rəsmi qızıl tərkibinin azalması, yaxud qanunu əsasla digər ölkələrin
valyutasına görə pul vahidinin məzənnəsinin aşağı düşməsi. Məsələn Azərbaycanda 2015-ci ildəki
34 faizlik devalvasiya
De-yure
siyasi
Dövləti, yaxud hökuməti rəsmi tanıma
Dəmiryol bərəsi
coğrafi
Dəmiryol qatarlarım dəniz və boğazlardan keçirən gəmi
Dəmyə əkinçilik
coğrafi
Rütubetli iqlim şəraitində suvarılma olmadan aparılan əkinçilik
Dəniz
coğrafi
Okeanın bir hissəsi olan, ondan quru və ya sualtı astanalarla ayrılan su hövzesi. Mövqeyinə görə
daxili, kənar və adalararası denizlərə bölünür.
Diffamasiya
hüquqi
(ing. “defamation”) Şərəf və ləyaqəti alçaldaraq təhqir etmək, kimisə rüsvay edən həqiqi və ya
uydurma xəbərlərin mətbuatda, xalq içində, kütləvi formada yayaraq biyabır etmək.
Diktator
siyasi
Hədsiz hakimiyyətə malik olan və təkbaşına idarə edən şəxs
Diskriminasiya
coğrafi
Ayrı-seçkilik. qaralara qarşı diskriminasiya-rasizm, irqçilik, yəhudilərə qarşı diskriminiasiya-
antisemitizm, mavilərə qarşı diskriminasiya -homofobiya, ermənilərə qarşı nifrət olanda-
armyanofobiya, qadınlara qarşı diskriminasiya-seksizm
Divident
iqtisadi
Gəlir, qazanc payı. Qoyduğu kapitala görə səhmdara nağd və ya səhm şəklində verilən qazanc payı.
Hətta kompaniyanın vəziyyəti xarablaşdıqda belə, o öz keçmiş gəliri hesabına səhmdarlara dividend
verməlidir.
Dominant
siyasi
Başlıca ideya, bir şeyin əsas əlaməti
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Dominion
siyasi
Müstəmləkə olub, sonradan özünüidarə hüququ alan ölkə
Dövlət
siyasi
Siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə
səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır.
Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.
Dövlət dili
coğrafi
Müəyyən bir ölkədə, dövlət idarələrində işgüzarlıq fəaliyyətində istifadə olunan, məktəblərdə
məcburi tədris olunan dil
Dövlət qulluğu
hüquqi
Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq
dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz
vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Azərbaycanda dövlət qulluğu məfhumu 1995-ci ildə
ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini
tapmışdır. 2000-ci il iyulun 21-də isə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanunu qəbul edilmiş, 2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.
Dövlət
Qulluğu
Məsələləri
üzrə
Komissiya
hüquqi
Komissiyanın əsas fəaliyyət istiqamətləri dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi
aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi,
yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi
sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Dövlət
qulluğu
vəzifəsi
hüquqi
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat
cədvəlinə uyğun olan ştat vahididir.
Dövlət
qulluğunun tarixi
hüquqi
Qərbdə dövlət qulluğu və dövlət idarəçilik ənənələrinin inkişafı Roma İmperiyası ilə, şərqdə isə
Çinlə bağlıdır. Dövlət qulluğunun təkamül prosesi müəyyən tarixi mərhələlər keçərək müasir forma
halını almışdır. Dövlət qulluğunun yaranma tarixi Çindən başlayır. Dövlət qulluqçusu vəzifəsinə
seçim tarixdə ilk dəfə olaraq məhz bu ölkədə Han sülaləsi dövründə (e.ə. 206 - 220) olmuşdur. Bu
hadisə Şərqdə dövlət qulluğunun əsasını qoymuşdur. Azərbaycanda Dövlət qulluğunun
səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi
statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və
eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci ildə “Dövlət qulluğu haqqında” qanun
qəbul edlmişdir. Həmin vaxta qədər dövlət qulluqçularının fəaliyyəti Konstitusiya, əmək
qanunvericiriliyinin normaları və s. normativ-hüquqi aktlarla tənzimlənirdi. Müstəqil Azərbaycan
Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti
olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində
vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.
Dövlət qulluqçusu hüquqi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilmiş qaydada
maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və
Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
Dövlət orqanı
hüquqi
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan
Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış
və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.
Dövlət
proqramları
hüquqi
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün fəaliyyət istiqamətini, görüləcək işləri müəyyənləşdirir,
müxtəlif sahələrdə dövlət siyasətinin əsaslarını özündə əks etdirir. Prezidentin sərəncamı ilə təsdiq
edilir.
Dövlət
Təbiət
Qoruqları
coğrafi
Səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət
proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi
tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət Qoruqlarının torpaqlarından, habelə onun
hüdudlarında olan sudan bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi
qadağandır.
Dövlət
vəzifəli
şəxsi
hüquqi
İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusudur.
Drakon qanunları tarixi
Qədim Yunanıstanda son dərəcə ağır qanunlar
Dranq-Nax-Ostem tarixi
Şərqə hücüm
Drenaj
coğrafi
Torpağı, bataqlığı qurutmaq üçün qrunt və ya səth sularının süni yolla axıtmaq üçün çəkilən kanal və
arxlar
Dublikat
Eynisi, 2-cisi
Duman
coğrafi
Su buxarı atmosferin Yer səthinə çox yaxın qatında kondensasiyaya məruz qalırsa dumanəmələ
gətirir
Dünya
Azərbaycanlıların
ın Qurultayı
tarixi
xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da
möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə
Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə
bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbirdir. I qurultay 2001 9-10 noyabr, II
qurultay 2006 16 mart, III qurultay 2011 5-6 iyul tarixlərində keçirilmişdir.
Dünyəvi dövlət
hüquqi
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir.
Bu o deməkdir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bir-birlərinin
işlərinə qarışmırlar.
Bu, özünü aşağıdakı amillərdə göstərir:
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
- Rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması
- Heç bir dinin məcburi müəyyən edilməməsi (vicdan azadlığı)
- Dinin dövlətdən ayrı olması
- Bütün dini etiqadların qanun qarşısında bərabərliyi.
Düz radiasiya
coğrafi
Atmosferdən birbaşa keçərək Yer səthinə çatan Günəş şüaları
E-hökumət
hüquqi
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes
qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədi ilə
informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi
Ehtiyac meyarı
hüquqi
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət
sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd
(“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundan)
Ekologiya
coğrafi
Canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elm
Ekspansiya
siyasi
Genişləndirmə, ərazilərin işğalı
Ekstradisiya
hüquqi
Cinayətkarı başqa dövlətə təhvil vermə
Ekstravaqant
siyasi
Yüksək zövqlə geyinən və görünən
Ekstremizm
siyasi
Siyasətdə iftrat görüşlərə və tədbirlərə olan meyl. ABŞ-SSSR
Ekvator
coğrafi
Yerin coğrafi qütblərindən eyni məsafədə çəkilən və Yer kürəsini iki bərabər hissəyə bölən xəyali
çevrə. Ən uzun paraleldir.
Ekzogen
coğrafi
Xarici
Eqoizm
ictimai
Xudbinlik, özünüsevmə
Elat
tarixi
Tayfa əyyanlarından asılı, yarımköçəri həyat sürən maldar kəndlilər
Eldar şamı
coğrafi
Endem ağac növü olub, dünyada təbii halda yalnız Azərbaycanda – Qabırrı çayının sağ sahilində,
Elləroyuğu dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi ilə Qafqazda ilk
qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar ərazidə botaniki yasaqlq elan edildi və
qorunmağa başlandı.
Elita
siyasi
Fransızca seçilmiş deməkdir. Yüksək təbəqə, zümrə. Hakimiyyətin daşıyıcısı anlamına gəlir.
Emiqrasiya
coğrafi
Əhalinin ölkədən köçüb getməsi. Məs.: irlandların ABŞ-a köçməsi. Hazırda ABŞ-da 40 mln-dan
artıq İrlandiya mənsəli əhali yaşayır.
Emissar
siyasi
(latınca emissarius - "nümayəndə") Başqa ölkəyə müəyyən qeyri-rəsmi tapşırıqla göndərilən dövlət,
təşkilat və ya kəşfiyyat orqanlarının nümayəndəsi (əsasən məxfi şəkildə).
Emissiya
iqtisadi
Qiymətli kağızların dövriyyəyə buraxılması
Emitent
iqtisadi
Pulları qiymətli kağızları, ödəmə-hesabat sənədlərini dövriyyəyə buraxan dövlət, təşkilat.
malgöndərənin (podratçının) tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə
təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu;
Empirik
Konkret
Endemik bitkilər
coğrafi
Dünyada yalnız bir yerdə bitən bitkilər. Azərbaycanda azat, qaraçöhrə, dəmirağacı endemik bitkiləri
yayılmışdır.
Endogen
coğrafi
Daxili
Enozis
siyasi
Hərbi yolla Kiprin Yunanıstana birləşdirilməsi
Epiqrafika
tarixi
Epiqraflar haqqında elm
Eskimoslar
coğrafi
Arktika bölgədəki dörd ölkəyə yayılmış olaraq, Şərq Sibir, Alyaska, Kanada və Qrenlandiyada
yaşayan qütb xalqıdır. Dinləri xristianlıq və şamanizmdir.
Esperanto
tarixi
Beynəlxalq süni dil 1887-də yar
Etatizm
siyasi
Fransızca dövlət deməkdir. dövlətin iqtisadi, sosial və mədəni sahələrdə rolunun artırılmasına deyilir.
Etika
siyasi
Əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə
edir. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil
eidlirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar. Nəzəri fəsəsfəyə məntiq, qavrama nəzəriyyəsi və
metafizika daxildir.
Etnogenez
tarixi
Xalqın mənşəyi
Etnoqrafiya
siyasi
Yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya xalqı öyrənən, təsvir
edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, istək və arzularına daha çox bələd olan elmdir.
Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da
zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix
elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də
hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir.
Etnos
coğrafi
(yun. xalq) Nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaјa malik, һabelə öz vəһdətini
insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu.
Evrika
tarixi
"Tapdım" - Arximed
Evtanaziya
Sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə
Əhalinin
əsas
sosial-demoqrafik
qrupları
hüquqi
Yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali,
pensiyaçılar, əlillər, uşaqlar və s) (“Yaşayış minimumu haqqında” Qanundan)
Əmək
haqqı
indeksı
hüquqi
Ay ərzində işçi qüvvəsi tərəfindən göstərilən xidmətin qiyməti aylıq əmək haqqının və məvacibin
indeksını təmsil edir və o, müəssisə, fəaliyyət növü, mülkiyyət növü, iqtisadi region və ölkə üzrə pul
və natura formasında məvacib və əmək haqqından əldə olunan gəlirə, miqdarı isə ay üzrə işlənilmiş
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
vaxta bərabərdir.
Dövlət Sosial Fonduna işçilərin sosial müdafiəsi və pensiya təminatı üçün işəgötürənlər hesablanmış
əmək haqqı fondunun 22-i faizini köçürürlər. Eyni zamanda, həmin fonda işçilərin əmək haqqının 3
faizi köçürilir.
Əmək
qanunvericiliyi
hüquqi
Konstitusiya, tərəfdar beynəlxalq müqavilələr, Əmək Məcəlləsi, digər qanunvericilik aktları
Əmək pensiyası
hüquqi
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə
əmək pensiyası hüququ vardır. Əmək pensiyası ödənildiyi mənbələr: Baza hissəsi (dövlət tərəfindən
təmin olunur) 100 AZN (2013), Sığorta hissəsi, Yığım hissəsi
Əməkhaqqı
hüquqi
Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən
edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura
formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və
digər ödənclərin məcmusudur. (Əmək Məcəlləsi, maddə 154)
Əmir
tarixi
Xilafət vaxtı hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş qoşun sərkərdəsi hesab edilən
və böyük imtiyazlara malik əmir dururdu.
Əmirlik
tarixi
Xilafətin ucqarlarında yaranmış xırda feodal dövlətləri.
Əmr
hüquqi
Rəhbərlik tərəfindən ümumi və konkret, yazılı və şifahi, formal və q-formal məcburi göstərişlərdir.
Əsasnamə
hüquqi
Sistemləşdirilmiş normativ hüququ aktdır. Konkret dövlət orqnı və müəssisənin, yaxud bütöv
sistemin hüquqi strukturunu, fəaliyyətinin təşkilini və vətəndaşlarla münasibətlərini nizamlayır.
Fərman və qərarla, bəzən MM tərəfində n təsdiq olunur.
Federasiya
coğrafi
Latın sözü olub ittifaq, birlik mənasındadır. Daxilində müəyyən özünü idarəetmə hüququna malik
inzibati ərazi bölgüsü olan dövlət
Feldyeger xidməti
hüquqi
Mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə
malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə
xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti NK-nin nəzdində (daxilində) fəaliyyət göstərir.
Feldyeger rabitəsi dövlət rabitə xidmətinin xüsusi növüdür. Azərbaycan Respublikasında onun
vəzifələri aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə
mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarını (məktublaşmalarını), eləcə də
diplomatik korrespondensiyaları (məktublaşmaları) Azərbaycan Respublikasının ərazisində və onun
hüdudlarından kənarda müvafiq ünvanlara çatdırmaq;
- müəssisə, idarə və təşkilatların korrespondensiyalarını, habelə texniki sənədləri və sənaye
məmulatları nümunələrini Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda
müvafiq ünvanlara çatdırılmaq: bunlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə müqavilə əsasında yerinə yetirilir. Feldyeger rabitəsi orqanlarında dövlət qulluğu dövlət
qulluğunun xüsusi növüdür.
Fəlsəfə
tarixi
varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi
qanunauyğunluqlar haqqında elm. Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə
cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.
Fərziyyə
tarixi
Səbəblərin izah edilməsi məqsədilə irəli sürülən əsaslar, ehtimallar.
Filiz
faydalı
qazıntıları
coğrafi
Dəmir, alunit, mis və s. Qeyri filizə aiddir: əhəgdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s.
Filologiya
(qədim yun. "sözə sevgi") Mətn vasitəsi ilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq
və s. elmlərin məcmui adı.
FİN
hüquqi
Şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir (əvvəllər PİN adlanırdı). Bu, şəxsiyyət
vəsiqənin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən
ibarət koddur.
Fiord
coğrafi
Ensiz, dərin, yamacları dik və sıldırımlı qayalıq dəniz körfəzi. Fiordlar 4-cü materik buzunun
fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ
gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Ş.Avropa ucun xarakterikdir. Fiord
tipli sahilə Norveç, Qrenlandiya, Novaya Zemlya, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.
Firn
coğrafi
Buzun əriyib yenidən bərkiməsi
Dostları ilə paylaş: |