Termodinamikanin mövzusu


Adiobatik proses T – S koordinat sistemində



Yüklə 1,83 Mb.
səhifə15/28
tarix25.04.2023
ölçüsü1,83 Mb.
#102079
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
ıstılık

Adiobatik proses T – S koordinat sistemində

Adiobatik prosesi T – S koordinat sistemində qurmaq üçün entropiyanın ifadəsindən istifadə edək.


(7)

olduğundan

T–S koordinat sistemində adiobatik prosesin əyrisi absis oxuna perpendikulyar xətlərdir. Yəni adiobatik prosesdə entropiya sabit qalır.


T– S koordinat sistemində politropik proses

Entropiyanın ifadəsindən istifadə edək:


(1)
dQn=CndT

(2)
(3)
(3) ifadəsində n - ə qiymət versək digər proseslərin tənliklərini alarıq:
I. n=
izoxorik
II. n=0
izobarik
III. n=1
Cn= izotermik
IV. n=k
S2=S1 adiobatik
Karno tsikli T – S koordinat sistemində şəkildəki kimi olar.


Q1=(12561)san


Q2=(35643)san
Q1 – Q2=(12341)san
Şəkil 7 və şəkil 8 – də Karno tsiklləri (P – v) və (T – S) koordinat sistemlərində göstərilmlşdir.
BUXARLAR
Su və su buxarı

Sənayenin bir çox sahələrində müxtəlif mayelərin buxarlarından istifadə olunur. Fiziki xassələrinə görə qaynayan mayeyə yaxın qaz halında olan mayeyə buxar deyilir. Maddənin maye haından qaz halına keçməsinə buxarlanma deyilir. Buxarlanma dedikdə istənilən temperaturda mayenin səthində buxar əmələ gəlməsi başa düşülür. Buxarlanmanın intensivliyi temperatur artdıqca artır.


Maddənin buxar halından maye halına keçməsinə kondensasiya deyilir. Maddənin bərk haldan birbaşa buxar halına keçmısinə sublimasiya, əks prosesə desublimasiya deyilir.
Buxarlanma açıq mühitdə baş verərsə, tam; qapalı mühitdə baş verərsə tam olunur. Bu halda (qapalı qabda baş verərkən) buxar molekulları öz enerjisini vrərək mayeyə çevrilir və maye səthinin üzərində maye damcıları ilə quru buxarın mexaniki qarışığından ibarət mühit əmələ gəlir. Buxarlanmanın müəyyən anında buxarlanan mayeyə çevrilən molekulların sayı mayedən buxara çevrilən molekulların sayına bərabər olur ki, belə buxara da doymuş buxar deyilir. Öz mayesi ilə dinamik tarazlıqda olan buxara doymuş buxar deyilir. Doymuş buxarın halı təzyiq və temperatur və quruluq dərəcəsi ilə müəyyən olunur. Doymuş buxardakı quru buxarın kütləsinin doymuş buxarın ümumi kütləsinə olan nisbətinə quruluq dərəcəsi deyilir.
(1)
m – doymuş buxardakı quru buxarın kütləsi;
M – ümumi buxarın kütləsidir.
Doymuş maye halında, yəni maye qaynamağa başlayan anda quru buxarın kütləsi sıfra bərabər olur:
X=0.
Quru doymuş buxar halında isə quruluq dərəcəsi:
X=1
olur. Deməli,
X[01]
arasında dəyişir.
Əgər quruluq dərəcəsi X-dırsa, nəmlik dərəcəsi [X – 1] olar.
Doymuş buxardakı mayenin kütləsinin doymuş buxarın ümumi kütləsinə olan nisbətinə nəmlik dərəcəsi deyilir.
Mayenin sonuncu damcısı buxara çevriləndə alınan buxara quru doymuş buxar deyilir. Maye damcılarından azad olunmuş buxara quru doymuş buxar deyilir. Quru doymuş buxarın halı təzyiq və ya temperaturla təyin olunur.
Verilmiş təzyiqdə temperaturu quru doymuş buxarın temperaturundan yüksək olan buxara qızmış buxar deyilir. Qızışmış buxarın halı təzyiq və ya temperaturla təyin olunur.



Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin