CH4 + 2O2 → CO2 + 2H2O; ∆H = -212 kkal olduğuna görə 3.2 qr metanın yanması zamanı neçə kkal istilik ayrılar?
4f1elektronun kvant ədədlərini (n, ℓ,ml,ms) təyin edin.
X + O2 → XO2 +70 kkal reaksiyasına görə bir qədər X yananda 256 qr XO2 əmələ gəlir və 280 kkal istilik ayrılır. Buna görə X elementinin atom kütləsini tapın.
Kütlə payı 10% olan 200 q kalium-xlorid məhlulundakı duzun kütləsini müəyyən edin.
200 ml həlledicidə 10 q NaOH həll edilmişdir, məhlulun molyarlığını tapın Mr(NaOH)=40 q/mol.
200 q 30%-li natrium-hidroksid məhlulu üzərinə 100 q su əlavə olundu, alınan məhlulda həll olan maddənin kütlə payını (%) hesablayın.
Temperaturu 600C- dən 800 C –yə qaldırdıqda reaksiyanın sürəti 16 dəfə artır. Həmin reaksiyanın temperatur əmsalını tapın.
Standart şəraitdə gümüş (E°= 0,80) və dəmir (E°= -0,44) qalvanik elementinin e.h.q-ni hesablayın.
Qızıl (E°= 1,50) və alüminium (E°= - 1,66) qalvanik elementinin e.h.q.-ni normal şəraitdə təyin edin
Qalay (E°= -0,13) və nikel (E°= -0,25) elektrodlar cütlüyünün qalvanik elementinin normal şəraitdə e.h.q. –ni hesablayın.
1 mol hidrogenlə 1 mol flüorun qarşılıqlı təsirindən 541 kC istilik ayrılmışdır. Hidrogen-flüoridin əmələ gəlmə istiliyi neçə kC/mol olar ?
Temperatur əmsalı 2- yə bərabər olan reaksiyanın sürətini 64 dəfə artırmaq ücün temperaturu – dən necə dərəcəyə qaldırmaq lazımdır ?
Kütlə ədədi 236 olan X elementinin Xm ionunda 147 neytron, 87 elektron, var. m-in qiyməti neçədir?
6 lt 0,7 M HCl məhlulu hazırlamaq üçün 0,8 M HCl məhlulu ilə 0,6 M HCl məhlulundan neçə l götürmək lazımdır?
kC termokimyəvi tənliyinə əsasən 45,6 q reduksiya olunduqda necə kC istilik ayrılar.M( ) =152
NaCl-in ərintisinin elektrolizi zamanı elektrodlarda hansı maddələr alınar ? Katot, anod reaksiyalarını və elektrolizin ümumi tənliyi yazın.
termokimyəvi tənliyinə əsasən etilenin yanma istiliyini neçə kC/moldur?.
400 q 20%-li və 200 q X %-li məhlulların qarışması nəticəsində 30%-li məhlul alınmışdır. X-i hesablayın (%-lə).
90 qram xörək duzunu necə qram suda həll etmək lazımdır ki, 18%-li məhlul alınsın ?
400 q 30% -li məhlula 200q su əlavə etdikdə alınan məhlulun faizli qatılığını hesablayın.