Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əks göstəriş olan kombinasiyalar
• Levodopa ilə
Levodopa və neyroleptiklərin effektinin qarşılıqlı antaqonizmi
• Dofamin reseptorları aqonistləri ilə
(kaberqolin, xinaqolid, ropinirol, rotiqotin)
Dofamin reseptorlarının aqonistləri və neyroleptiklər arasında qarşılıqlı antaqonizm.
Tövsiyə olunmayan kombinasiyalar
• Etanol ilə
Etanol neyroleptiklərin sedativ effektini gücləndirir.
Alkoqol içkilərin və etanol tərkibli dərman preparatların qəbulundan qaçınmaq lazımdır.
• QT intervalını uzada və ya “piruet” tipli mədəcik taxikardiyanın inkişafına səbəb ola biləcək
preparatlar ilə:
- bradikardiya inkişafına səbəb olan: beta-adrenoblokatorlar; ürək döyüntülərini azaldan “ləng”
kalsium kanalların blokatorları (verapamil, diltiazem); klonidin, quanfasin; ürək qlikozidləri;
-hipokaliemiyanın inkişafına səbəb olan preparatlar: qanda kalium konsentrasiyasını azaldan
diuretiklər; bağırsaq peristaltikasını gücləndirən işlədici vasitələr; venadaxili istifadə zamanı
amfoterisin B; qlükokortikosteroidlər; tetrakozaktid (sulpiridin qəbulundan əvvəl hipokaliemiya
tənzimlənməlidir);
-IV sinif antiaritmik vasitələr(xinidin, dizopiramid);
-III sinif antiaritmik preparatlar (amiodaron, sotalol, dofetelid, ibutilid);
- digər preparatlar, məsələn pimozid;
amisulprid; sultoprid; tiaprid; haloperidol; tioridazin; metadon; xlorpromazin; droperidol;
siamemazin; pipotiazin; sertindol; levomepromazin; imipramin törəmələri olan antidepressantlar;
litium preparatları;bepridil; sizaprid; venadaxili yeridilən eritromisin; venadaxili yeridilən
vinkamin; venadaxili yeridilən spiramisin; moksifloksasin; levofloksasin; mizolastin; difemanil;
halofantrin; pentamidin; sparfloksasin; klaritromisin; roksitromisin; azitromisin;
- serotoninin geriyə tutulmasının selektiv inhibitorları (sitalopram, essitalopram)
Qeyd olunan preparatların sulpirid ilə yanaşı istifadəsi qaçılmaz olduğu halda pasiyentlər ciddi
klinik, laborator (qanın elektrolit tərkibinin nəzarəti) və elektrokardioqrafik nəzarət altında
saxlanılmalıdır.
Nəzərə alınmalı qarşılıqlı təsirlər
• Hipotenziv preparatlar, nitratlar və nitrat törəmələri ilə
Additiv hipotenziv təsir, ortostatik hipotenziya riskinin artması.
• MSS funksiyasını yatırdan preparatlar ilə: morfin törəmələri (analgetiklər, öskürək əleyhinə
preparatlar); sedativ təsirə malik H1-histamin reseptorları blokatorları; barbituratalr;
benzodiazepinlər və digər annksiolitiklər; yuxu preparatları; sedativ təsirə malik
antidepressantlar (amitriptilin, doksepin, mianserin, mirtazapin, trimipramin); mərkəzi təsirli
hipotenziv vasitələr (klonidin və digər mərkəzi təsirli hipotenziv preparatlar); baklofen;
talidomid
MSS-ə tormozlayıcı təsirinin güclənməsi və psixomotor reaksiyanın zəifləməsi mümkündür.
•Antasidlər və sukralfat ilə
Yanaşı istifadəsi zamanı sulpiridin absorbsiyası azalır. Sulpiridin antasidlər və sukralfat ilə
yanaşı istifadəsi zamanı onların qəbulu arasında ən azı ikisaatlıq fasilə olmalıdır.
• litium preparatları ilə
Ekstrapiramid əlavə reaksiyaların yaranma riski artır. Neyrotoksikliyin ilk simptomları meydana
çıxdığı halda hər iki preparatın qəbulu dayandırılmalıdır.
Dostları ilə paylaş: |