Ali pedaqoji iş stajı - 5 il.
Müəllimin xidməti otağı: Mühəndis Texniki fənlər kafedrasının 9 № - li müəllim otağı. Telefon: 36-29. 36-69
Kursun tədrisinin məqsədi Azərbayjan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olan zabitlərin ümumi hazırlığında riyaziyyatın zəruriliyinin başa düşülməsi, hazırkı zamanda dunyada riyaziyyatın rolu və məqsədinin təsvir edilməsi, məntiqi düşünmə bacarığı, kəmiyyət və keyfiyyət münüsibətlərinin ifadəsi üçün riyazi simvollardan istifadə etmək bacarığını aşılamaq.
Kursantların riyazi təfəkkürlərini inkşaf etdirmək, gələcək sərhədçi zabitlərə yüksək səviyyədə riyazi mədəniyyət aşılamaq, praktikada riyazi üsullardan istifadə etmək və riyazi modelləşmənin əsaslarına yiyələnmək.
Fənnin təsviri: Dövlət Sərhəd Xidmətinin Akademiyasında riyaziyyat fənninin tədrisində əsas vəzifə bir çox nəzəri və praktiki məsələlərin həllində zəruri olan riyazi biliklərin əsasları ilə tanışlıq və kursantlara gündəlik qarşılaşdıqları riyazi məsələlərin həllində riyazi üsulları tətbiq etmək vərdişlərini aşılamaq, onların məntiqi düşünməsinə nail olmaq və ümumi riyazi mədəniyyətlərini yüksəltməkdən ibarətdir. Kursantlara müxtəlif məsələlərdə faizlərin hesablanmasını, istənilən cür müstəvi fiqurların sahələrinin hesablanmasını, fırlanma cisimlərinin və digər cisimlərin həcmlərinin hesablanmasını, cədvəllər üzərində hesablamaların aparılmasını, diferensial hesabının elementar məsələlərinin həllini, inteqral anlayışını, müstəvidə və fəzada həndəsi fiqurları, adi diferensial tənliklərin həllini, mürəkkəb cəmlərin hesablanmasını, ehtimal nəzəriyyəsini və birləşmələr nəzəriyyəsinin elementlərini öyrətmək
Prerekvizit: Bu tədris fənninin yeri və rolu ilk növbədə kursantların akademiyada tədris olunan bir çox hərbi və mülkü ixtisasların öyrənilməsində rastlaşdıqları riyazi aparatdan istifadə etmək bacarığına yiyələnməsi, habelə döyüş təminatının müxtəlif növlərlərinin öyrənilməsində, xüsusiylədə hərbi mühəndis hazırlığı, rabitə və radiotexnika və digər hərbi fənlərin öyrənilməsində rastlaşacaqları riyazi əməllərin öyrənilməsi ilə müəyyən edilir.
Postrekvizit: “Riyaziyyat” fənni üzrə əldə edilmiş biliklər bir çox ixtisas fənlərinin, xüsusilə, “Hərbi mühəndis hazırlığı”, “Radiotexniki qurğular və rabitə”, “Fizika”, “İnformatika” fənlərinin öyrənilməsi üçün zəruridir.