TƏSDİq ediRƏM” Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H. S. Bağırov



Yüklə 15.5 Kb.
tarix19.07.2017
ölçüsü15.5 Kb.

TƏSDİQ EDİRƏM”


Azərbaycan Hava və Ekstremal İdman

Növləri Federasiyasının Prezidenti

____________________ H.S.Bağırov

“ ”___________ 2013 il


İDMAN DIRMANMASI ÜZRƏ

ÜMİD” YARIŞLARININ


ƏSASNAMƏSİ



  1. Məqsəd və vəzifələr

Yarış Azərbaycanda idman dırmanmasını geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya qoyur:



  1. Yarışın növü.

Yarış bouldering, çətinlik və sürət dırmanma növü üzrə keçiriləcəkdir.



  1. Yarışın keçirilmə yeri və vaxtı.

Yarışlar 05-07 aprel 2013-cüi il tarixində Bakı Şəhəri Nobel Prospekti, 61 ünvanında yerləşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “ClimBaku” mərkəzində keçiriləcəkdir.



  1. Yarışlara rəhbərlik.

Yarışın keçirilməsinə ümumi rəhbərliyi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası edir. Yarışın keçirilməsi bilavasitə Federasiyanın Baş Hakim Kollegiyasına həvalə olunur.


5. Yarış iştirakçıları.

Yarış 1997-ci il və ondan yuxarı təvəllüdlü və idman dərəcəsi olmayan idmançılar arasında şəxsi-komanda yarışları üzrə keçirilir. İdmançıların üzv olduqları komandalar idman cəmiyyətlərini, klubları, dövlət, özəl və ictimai təşkilatları və qurumları təmsil edə bilərlər. Yarışda yalnız həkimin icazəsi olan idmançılar iştirak etmək hüququna malikdirlər. Komandanın tərkibi 5 nəfərdən (3 oğlan 1 qız 1 məşqçı-nümayəndə) ibarətdir.




6. Yarışın keçirilmə şərtləri.

Yarış idman dırmanması üzrə idmançıların cins qrupundan asılı olaraq keçiriləcəkdir. Baş Hakimlər Kollegiyasının sərəncamına verilmiş avadanlıqlardan zəruri hallarda idmançıların istifadəsinə şərait yaradılacaqdır.

Yarış beynəlxalq qaydalara əsasən keçiriləcəkdir. Yarış təsnifat, yarımfinal və final mərhələləri olaraq keçirilir.

7. Yarışın proqramı.

05 aprel - Açılış və Bouldering yarışları

09.30-10.00 - Təntənəli Açılış;

10.00-18.00 - Yarışın başlanması və başa çatması.
06 aprel - Çətinlik yarışları

10.00-18.00 -Yarışın başlanması və başa çatması.

07 aprel - Sürət yarışları

10.00-17.00 - Yarışın başlanması və başa çatması

17.00-17.30 - Bağlanış və mükafatlandırma mərasimləri
8. Yarış qaliblərinin müəyyən edilməsi və mükafatlandırılması

İdman dırmanması yarışının beynəlxalq qaydalarına əsasən qalibləri müəyyənləşdirilir və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və müvafiq diplomlarla mükafatlandırılır.


9. Yarışın maliyyələşməsi.

Yarışın təşkili və keçirilməsi ilə bağlı bütün xərclər (ləvazimatların təşkili) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilir. Yarışlarda iştirak etmək üçün lazım olan digər xərclər ezam edən təşkilat tərəfindən ödənilir.


10.Ərizələrin qəbulu.

Yarışda iştirak etmək üçün sifariş 01 aprel 2013-cü il tarixinə kimi federasiyanın ofisinə və ya skan edilmiş formada elektron poçt vasitəsi ilə (yarışlara gələrkən sifarişiin əsli təqdim olunmaq şərti ilə) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir.


Ünvan: Neftçilər pr.91

Tel: (+99412) 437 31 29

Mob: (+99470) 334 99 54
E-mail: info@fairex.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə