Təsdiq edirəm Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor



Yüklə 32,49 Kb.
səhifə2/7
tarix13.11.2022
ölçüsü32,49 Kb.
#68935
1   2   3   4   5   6   7
Turizm, Turizmin müasir problemləri

6.Kursun məqsədi: Fənnin tədrisində əsas məqsəd– turizm sənayesi sahəsində yüksək ixtisaslı kadrları hazırlamaq, bu sahədə mövcud olan problemləri aşkar edə bilmək və həmin problemlərin həlli yollarını özündə əks etdirən proqramlarla işləmək qabiliyyətinin olmasıdır.
7.Kursun nəticələri: Ölkədaxili və beynəlxalq turizmin təcrübəsinə geniş şəkildə istinad edilməklə tələbələrə milli adət və ənənələr, dini xüsusiyyətlər, turizmin sosial-iqtisadi mahiyyəti, tarixi və mənşəyi, tədris problemləri, turizm marketinqi, turizmin idarəedilməsi, turizm əlaqələri, turizmin təşkilinin forma və metodları, növləri və tipləri, turist qrupları ilə mədəni maarifləndirici iş, dövlətin tənzimləyici rolu, ekskursiya işinin təşkili və digər problemlər haqqında geniş biliklər aşılamaqdan ibarətdir.
8. Davamiyyətə qoyulan tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatları-nın ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (20%-dən çox) olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.
9.Qiymətləndirmə:Tələbənin biliyi 100 ballı sistemlə qiymətləndirilir:50 bal semestr dövrü-ndə (o cümlədən 20 bal məşgələ dərslərində fəaliyyətə, 30 bal isə kollekviumun nəticələrinə görə verilir), 50 bal isə imtahanda (hər bir bilet 5 sualdan ibarət olmaqla 10 balla qiymətləndirilir) toplayır. Seminar ərzində minimum 3 dəfə kollokvium keçiriləcəkdir. Tələbə kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.
Qiymətləndirmə meyarları aşağıdakılardan ibarətdir:
-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
-9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
-0 bal- suala cavab yoxdur.
Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan gösrəriciləri semestr dövründə tədris fəaliyyəti nəticəsində toplandığı bala əlavə olunmur.
Tələbənin yekun qiyməti imtahana qədər və imtahanda toplanmış ballar cəmlənməklə aşağı-dakı kimi qiymətləndirilir:
A – «Əla» – 91-100 bal;
B – «Çox yaxşı» – 81-90 bal;
C – «Yaxşı» – 71-80 bal;
D – «Kafi» – 61-70 bal;
E – «Qənaətbəxş» – 51-60 bal;
F – «Qeyri-kafi» – 51 baldan az.
Yekun qiymət qeyri-kafi olan tələbə kursu bitirməmiş sayılır və onu növbəti ildə həmin fənn üzrə dərslərdə iştirak etmək şərtilə yenidən verməlidir.

Yüklə 32,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin