#6 Mədəniyyət abidələrindən Qədim Albaniyaya aiddir: A) Qobustanda latın dilində kitabə
B) Kerifto məbədi
C) Ziviyədən tapılmış gümüş sini və qızıl əşyalar
D) Həsənlidən tapılmış qızıl cam
E) Qazaka şəhərində aşkar edilmiş məbəd və saraylar
#7 Qədim Albaniya və Qədim Roma arasında münasibətlərə aid abidə: A) Qobustan kitabəsi
B) Şəkinin Böyük Dəhnə kəndindən tapılan kitabə
C) Kerifto məbədinin kitabəsi
D) Mingəçevirdən tapılmış katakomba qəbirləri
E) Torpaqqaladan aşkar edilmiş maddi mədəniyyət nümunələri
#8 Qədim Albaniyanın yunan yazısı ilə tanış olmasını göstərir: A) Kerifto məbədinin kitabəsi
B) Oroysun Pompeyə göndərildiyi məktub
C) Şəkinin Böyük Dəhnə kəndindən tapılan kitabə
D) Qobustan kitabəsi
E) Oroysla Pompey arasında bağlanan sülh müqaviləsi
#9 Qədim Albaniyada e.ə. III əsrə aiddir: 1. Kirəmitdən istifadəyə başlanması
2. Alanların yürüşlərinə məruz qalması
3. Yerli pul kəsilməsinə başlanması
4. Romalıları yürüşlərinə məruz qalması
5. Şüşə qablar istehsalına başlanması
A) 2,3
B) 1,5
C) 2,4
D) 1,3
E) 4,5
#10 Manna, Midiya və Atropatenin paytaxtlarını göstərin: A) İzirtu, Qazaka, Ekbatan
B) Qəbələ, Ekbatan, Qazaka
C) Qazaka, İzirtu, Ekbatan
D) Ekbatan, Qəbələ, İzirtu
E) İzirtu, Ekbatan, Qazaka
#11 Qavqamel döyüşündə Makedoniyalı İsgəndərə qarşı hansı Şimali Azərbaycan tayfaları vuruşmuşlar? A) Alban, kaspi
B) Kadusi, turukki
C) Alban, iskit
D) Kaspi, su
E) Alban, sak
#12 Qədim Albaniya və Atropaten dövlətləri üçün oxşar cəhətləri seçin: 1. Urartunun hücumuna məruz qalmaları
2. Romanın hücumlarına məruz olmaları
3. Alanların yürüşünə məruz qalmaları
4. Cənubi Azərbaycanda yerləşmələri
A) 2,4 B) 2,3 C) 1,4 D) 1,3 E) 1,2