#22 1.Yerli feodallarla əlaqəni möhkəmləndirdi.
2.İslahatları xəzinənin gəlirini artırdı.
Göstərilənlər aiddir: A)Hülakü xana
B)Abaqa xana
C)Keyxatu xana
D)Qazan xana
E)Əbu Səidə
#23 Qazan xanın vergi islahatına aid deyildir: A)Vergilərin həcmi, toplanması vaxtı və s. məsələlərdə dəqiq qayda yaradıldı
B)Qeyri-qanuni vergilər toplanması qadağan olundu
C)Vergi toplanması vilayət hakimlərinə həvalə olundu
D)Vergi toplanması mərkəzi divana həvalə olundu
E)Vergi toplanmasına vilayət hakimlərinin müdaxiləsi qadağan edildi
#24 Qızıl Ordunın Azərbaycan ərazisi uğrunda Elxani dövləti ilə müharibə aparmasının səbəbi: A)Azərbaycan ərazisinin Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyü iddiası
B)Azərbaycan ərazisindən keçən karvan yollarına nəzarəti ələ keçirmək və buradakı qışlaq və yaylaqlara yiyələnmək
C)Azərbaycan ərazisi vasitəsi ilə Xilafətlə birbaşa əlaqə yaratmaq
D)Çingiz xanın əmrinə tabe olmayan Hülakü hökmdarlarını cəzalandırmaq
E)Elxani hökmdarlarının monqol əyanlarından üz döndərib yerli feodallara arxalanması
#25 Qızıl Ordunın Azərbaycan ərazisi uğrunda Elxani dövləti ilə müharibə aparmasının bəhanəsi: A)Azərbaycan ərazisinin Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyü iddiası
B)Azərbaycan ərazisinin ilk dəfə Batı xanın atası tərəfindən tutulması
C)Azərbaycan ərazisi vasitəsi ilə Xilafətlə birbaşa əlaqə yaratmaq
D)Çingiz xanın əmrinə tabe olmayan Hülakü hökmdarlarını cəzalandırmaq
E)Elxani hökmdarlarının monqol əyanlarından üz döndərib yerli feodallara arxalanması
#26 1066-cı və 1239-cu illərdə baş verən oxşar hadisə: A)Azərbaycan ərazisinin işğalının başa çatması
B)Azərbaycanda əhalinin və əmlakının siyahıya alınması
C)Paytaxtın köçürülməsi
D)Yeni sülalənin hakimiyyətə gəlməsi
E)Yeni qanunnamənin qəbul edilməsi