#25 Mani təlimi yönəlmişdi: A) Atəşpərəstliyin rəsmi dövlət dini kimi təbliğinə qarşı
B) Xristianlığın təqib olunmasına qarşı
C) Yüksək zümrələrin ağalığına qarşı
D) Köləliyin davam etməsinə qarşı
E) Feodal torpaq sahibliyinə qarşı
#26 Avarayr döyüşündə Sasanilərə yardım etmiş tayfaları göstərin: 1. Hunlar
2. Kateşlər
3. Albanlar
4. Saklar
5. Gellər
A) 1,2,5
B) 2,3,5
C) 1,3,4
D) 2,4,5
E) 1,2,4
#27 Məzdəkilər hərəkatının təsiri ilə Cənubi Qafqazda baş verən mübarizənin xüsusiyyəti: A) Ön plana əhalinin maddi rifahının qoyulması
B) Ön plana dini ehkamların qoyulması
C) Əmlak bərabərliyi tələbinin əsas yer tutması
D) Ədalətli cəmiyyət yaradılmasının əsas yer tutması
E) Maniliyin yayılmasına qarşı yönəlməsi
#28 Albaniyada hökmranlıq etmiş sülalələrin xronoloji ardıcıllığını göstərin: 1. Mehranilər
2. Aranilər
3. Arşakilər
A) 1,2,3
B) 3,1,2
C) 3,2,1
D) 2,3,1
E) 2,1,3
#29 591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə görə: A) Aturpatakan İrana keçdi
B) Girdiman vilayəti Bizansa keçdi
C) Girdiman vilayəti İranın hakimiyyəti altında qaldı
D) Albaniya Bizansın hakimiyyəti altına düşdü
E) Şərqi Ermənistan İrana, Qərbi Ermənistan Bizansa keçdi
#30 Azərbaycanın uzun tarixi dövr ərzində bütöv halda Sasani imperiyasının tərkibində olmasının müsbət nəticəsinə aiddir: A) Vahid xalqın yaranması prosesi başa çatdı
B) Etnik-siyasi və mədəni birliyin yaranmasında mühüm irəliləyiş baş verdi
C) Zərdüştlük dinin yayılması nəticəsində dini birlik-mənəviyyat birliyi yarandı
D) Vergilərin miqdarının azaldılması iqtisadiyyatda canlanma yaratdı
E) İrandan Azərbaycana tayfaların köçürülməsi şimaldan qarətçi yürüşlərin qarşısını aldı