319. Malların miqdar göstəricilərinin təyinində hansı metodlardan istifadə olunur? A) birbaşa və dolayı
B) birbaşa
C) heç bir
D) dolayı
E) kompleks
320. Qablaşdırılmış halda olan malların çəkisinin təyini zamanı ekspert nəyə daha çox diqqət yetirməlidir? A) qablaşdırılmış materialın vəziyyətinə
B) malın vəziyyətinə
C) markalanmanın vəziyyətinə
D) malın çəkisinə
E) sənədlərə
321. Göstərilənlərdən hansı malın miqdar göstəricilərinə təsir edə bilər? A) daşınmanın şəraiti və müddəti
B) daşınmanın müddəti
C) daşınmanın şəraiti
D) temperatur
E) nisbi rütubət
322. Havanın nisbi rütubəti məhsulun miqdar göstəricilərinə necə təsir edir? A) məhsulun və taranın kütləsi artır
B) məhsulun kütləsi azalır
C) taranın kütləsi azalır
D) ancaq taranın kütləsi artır
E) ancaq məhsulun kütləsi artır
323. Keyfiyyət ekspertizası nədir? A)malların keyfiyyət göstəricilərinin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi
B) malın tarasının qiymətləndirilməsi
C) malın miqdarının təyini
D) malın nöqsanlarının təyini
E) nöqsanın əmələ gəlmə səbəbləri
324. Göstərilənlərdən hansıları keyfiyyət ekspertizasının növ müxtəlifliyinə aid edilir? A) keyfiyyətcə qəbul ekspertizası
B) miqdarca qəbul ekspertizası
C) brak malların təyini
D) nöqsanların təyini
E) kütlənin təyini
325. Yeni malların ekspertizası hansı ekspertiza növündə təyin olunur? A) keyfiyyət ekspertizasında
B) sənəd ekspertizasında
C) çeşid ekspertizasında
D) kompleks ekspertizada
E) kəmiyyət ekspertizasında
326. Dequstasiya hansı növ ekspertizada təyin olunur? A) keyfiyyət ekspertizasında
B) sortlaşma zamanı
C) qablaşdırma zamanı
D) nöqsanların təyinində
E) tibbi ekspertizada
327. Müqavilələr üzrə ekspertiza hansı əmtəəşünaslıq ekspertizasında təyini olunur? A) kəmiyyət ekspertizası
B) keyfiyyət ekspertizası
C) sənəd ekspertizası
D) çeşid ekspertizası
E) kompleks ekspertizası