Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə50/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   46   47   48   49   50   51   52   53   ...   493
BHOS Tezisler 2022 17x24sm

 
 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
55
HİDRAVLİKİ PAKER BURAXILMIŞ YÜKSƏK TƏZYİQLİ DƏRİN 
QAZ VƏ QAZ-KONDENSAT QUYULARININ İSTİSMARI ZAMANI 
BAŞ VERƏN MÜRƏKKƏBLƏŞMƏLƏR VƏ ONLARIN ARADAN 
QALDIRILMASI YOLLARI 
Bəsti İsmayılova 
Az
ə
rbaycan Dövl
ə
t Neft v
ə
 S
ə
naye Universiteti 
Bak
ı
, Az
ə
rbaycan 
basti.ismayilova22@gmail.com 
Elmi rəhbər: Dosent Şahin İsmayılov 
Açar sözlər:
Boruarxası fəza, həlqəvi fəza, istismar, lift boruları, quyu pakeri 
Xəzər dənizində yerləşən Bahar, Bulla-Dəniz, Sanqaçal-dəniz, Duvannı-
dəniz, Bulla adası və s. qaz, qaz-kondensat yataqlarının işlənilməsi zamanı 
1975-1995-ci illər arası dövr üçün istismar edilən yüksəktəzyiqli 50-dən çox 
quyuya paker buraxılmışdır. Bu quyulara nəzarət edilərkən müəyyən edilmiş-
dir ki, quyuların (1-3,5) il istismar edilməsindən sonra boruarxası fəzanın her-
metikliyi pozulmuşdur. Bunun səbəbinin araşdırılıb tapılması üçün bütün istis-
mar quyularının boruarxası fəzasının təzyiqinin zamandan asılı olaraq necə 
dəyişməsi analiz edilmişdir. Tədqiqat məqsədilə quyular iki qrupa ayrılmışdır:
- boruarxasında təzyiq olmayan quyular;
- boruarxasında təzyiq olan quyular.
Birinci qrup quyularda istismar kəməri boruarxası fəzadan 
P
b.a.
=0,7-7 
MPa sınaq təzyiqinə yoxlandıqdan sonra müəyyən müddət (10-90 gün) ər-
zində boruarxası fəzadakı təzyiq 0-a qədər düşmüşdür. Ancaq bir çox qu-
yularda 
P
b.a.
- təzyiq o vaxta qədər qalmışdır ki, quyu istismara buraxıldıqdan 
sonra həlqəvari fəzadakı təzyiq 
P
H.f.
- 15-16 MPa aşağı düşməsin. Bəzi 
hallarda boruarxası fəzadakı təzyiqi - 
P
b.a.
, süni surətdə həlqəvari fəzadan 
quyu məhsulunun götürülməsini (çıxarılmasını) artırılması hesabına aşağı 
salırdılar. Həlqəvari fəzadakı təzyiq - 
P
H.f.
15 MPa-a qədər aşağı salındıqdan 
sonra boruarxası fəzadakı təzyiq - 
P
b.a
.
0-a qədər düşürdü. Əgər 
P
b.a.
0-a 
bərabər deyilsə, ancaq 0 həlqəvari fəzadakı təzyiqdən - 
P
H.f.
aşağıdırsa, bu o 
deməkdir ki, nasos-kompressor borularının yivlərindən qaz sızır və bu quyu 
məhsulunun boruarxası fəzaya keçməsinə səbəb olur.
Məsələn, Bahar qaz-kondensat yatağındakı birinci qrupa aid quyulara 
pakerlər endirilərkən, oradakı lay təzyiqi P
lay
– ilkin lay təzyiqinə nisbətən 10-
12% aşağı düşmüşdür (Yatağın yeni işlənməsi zamanı isə lay təzyiqi 5-7% 
hidrostatik təzyiqindən çox olmuşdur). Birinci qrup quyulara aid olan yataq-
lardakı quyular isə nisbətən az məhsuldarlığı və aşağı təzyiqli olmaları ilə 
xarakterizə edilir. Bu quyuların boruarxası fəzasındakı təzyiq (
P
b.a.
) istismarın 
başlanğıcında da və hal-hazırki dövrdə də 0-a bərabər olur ki, bu da quyu-
lardakı pakerlərin hermetik olmasına dəlalət edir.



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin