Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi kapitalizmdə uzunmuddətli trenddir. Firmalar xərcləri azaltmaq və məhsuldarlığı artırmaq məqsədilə istehsalda işciləri maşınlarla əvəzləyirlər. Nəticədə istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır, kapitalın payı isə artır. Bununla belə əgər əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətindirsə, onda kapital əvəzləməsi prosesi də baş verməyə bilər.
Kapitalın əmək üzərində mühüm üstünlüklətindən biri də coğrafi mobillikdir.