This product is made possible through the generous support of the All



Yüklə 28.51 Kb.

tarix04.07.2017
ölçüsü28.51 Kb.

 

 

 



 

This  product  is  made  possible  through  the  generous  support  of  the  All 

Children  Reading  partners:  the  United  States  Agency  for  International 

Development  (USAID),  World  Vision  and  the  Australian  Agency  for 

International Development. It was prepared by Centre for Civil Integration 

and Inter-Ethnic Relations and does not necessarily reflect the views of the 

All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 



tərəfdaşların  -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID),  World 

Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian AID) dəstəyi ilə 

həyata  keçirilmişdir.  Kitab  “Vətəndaş  İnteqrasiyası  və    Millətlərarası  

Əlaqələr  Mərkəzi”tərəfindən  hazırlanmışdır  və    proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.  

 

Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, 



Elene Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya 

İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildlə mə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tbilisi, 2013 



 

 



           

səviyyə

 

 



 

 

 



 

 

 



 

 

“Oxu pilləsi”

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş oxu kitabları



 

 



 

 



Canlı  varlıqlara  qida  lazımdır.  Onlar  qida  ilə 

yaşayırlar.  Bitkilər  də  qidalanırlar.  Qida  olmadan 

bitkilər yaşaya bilmirlər. 

 

Bitkilər  torpaqda  böyüyürlər.  Onlara  qidanı 



torpaq  verir.  Bitkilərə  qidanın  hazırlanması  üçün 

günəş, su və hava da lazımdır. 



 

Bununla  yanaşı,  bitkilər  özləri  də  qidadır. 



Bitkilər  heyvanları  və  həşəratları  qidalandırırlar. 

Bitkiləri  heyvanlar  yeyirlər.  Bitkiləri  həşəratlar  da 

yeyirlər.  Onlar  bitki  ilə  qidalanan  adlanırlar. 

Bəziləri onları otyeyən adlandırırlar. 

Cırcırama  bitkilərlə  qidalanır.  Cırcırama 

həşəratdır.  Cırcırama  bitki  yeyən  həşəratdır. 

Cırcırama otyeyən həşəratdır. 


 

Dovşan  da  bitkilərlə  qidalanır.  Dovşan  bitki 



yeyən  heyvandır. Dovşan da otyeyən  heyvandır. O, 

yaşıl otları və ağacın qabıqlarını sevir. 

 

 

 



 

 

 



 

 

 



 

 

İnək  də  otyeyən  heyvandır.  İnək  ev 



heyvanıdır:  o,  otla  qidalanır.  İnək  otla  qidalanır, 

yəni otlayır... 



 

 



Heyvanların  hamısı  bitkilərlə  qidalanmırlar. 

Heyvanlardan  bəziləri  özlərindən  xırda  heyvanlarla 

qidalanırlar.  Canavar  bitkiləri  sevmir.  Canavar 

heyvanlarla  qidalanır.  Canavar  dovşanı  yeyir. 

Canavar  ətyeyən  heyvandır.  Ətyeyən  heyvanlar 

yırtıcı heyvan adlanırlar. Canavar yırtıcı heyvandır. 

 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Tülkü,  çaqqal,  pələng  yırtıcı  heyvanlardır... 



Onlar  özlərindən  xırda  heyvanlarla  qidalanırlar, 

belə 


ki, 

ətyeyəndirlər. 

Onlar 

bitkilərlə 



qidalanmırlar... 

Dediyimiz kimi, cırcırama bitkilərlə qidalanır. 

Cırcırama  bitkilərlə  qidalanır  və  böyüyür. 

Cırcırama bitki yeyəndir. Cırcırama otyeyəndir.  



 

 Qurbağa 



cırcıramanı 

yeyir. 


Qurbağa 

cırcırama  ilə  qidalanır  və  böyüyür.  Qurbağa 

həşəratlarla qidalanır. 

Balıq  qurbağanı  yeyir.  Balıq  qurbağa  ilə 

qidalanır və böyüyür. Balıq da ətyeyəndir. 

Balığı ayı yeyir. Ayı  balıqlarla qidalanır. Ayı 

ətlə də qidalanır. Ayı bal və giləmeyvələri də yeyir. 

Ayı balıqla, ətlə, balla və giləmeyvə ilə qidalanır və 



 

böyüyür.  Ayının  müxtəlif  qida  yediyindən  onu 



müxtəlif qidalanan heyvan adlandırırlar. 

 

 



 

 

 



Bu, qida zənciridir. Zəncirin əsas hissələridir: 

Bitkilər və otlar; 

Otyeyənlər, yəni bitkilərlə qidalananlar

Ətyeyənlər və ya yırtıcılar. 

Müxtəlif qida ilə qidalananlar. 

 


 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi” 

 

 

 



 

 

 



 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə