Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə243/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   239   240   241   242   243   244   245   246   ...   274
Tibb bacisi test suallari

900.Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir? 
A) Kəskin irinli rinit 
B) Kəskin irinli otit 
C) Yad cismlə aspiyasiya
D) Burunla tənəffüsün çətinləşməsi 
E) Seroz möhtəviyyatın ifrazı 
Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə 
aspisiyadir. Ona görə yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi 
qarmaqla və ya Hartmaq tutqacı və ya küt Lanqe qarmağı vasitəsilə həyata keçirilir. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 43 
901.Damaq badamcıq lakunalarının yuyulmasına göstəriş hansıdır? 
A) Kəskin faringit 
B) Kəskin qastrit 
C) Xroniki tonzilit
D) Epidemik parotit 
E) Tireoidit 
Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və 
yerli müalicə. Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin, 
yodonal, dioksidin) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu 
məqsədlə dərman maddəsi şprisə yığılır. Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq 
təklif olunur. Dil orta xəttdə sol əllə şpatel ilə fiksasiya olunur. Sağ əllə şprisi 
götürülür ,lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar olunur. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 100 


253 
902.Haymor cibinin iltihabı necə adlanır? 
A) Etmoidit
B) Sfenoidit
C) Haymorit
D) Frontit
E) Bronxit
Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı bildirir.Haymor 
cibinin iltihabı haymorit adlanır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 56 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin