64
209. Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?
A) 10-15
B) 3-5
C) 20-25
D) 30-40
E) 40-50
Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb
şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə
ərzində ağrını kəsir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh.
506“Çıraq“2008.
210. Ağciyər qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?
A) Qanəvəzedicilər köçürmək
B) Xardal və banka qoymaq
C) Tam sakitliyi təmin etmək, həkimi çağırmaq
D) Oksigenterapiya aparmaq
E) Xəstənin ayaqlarını vanna etmək
Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axır və bu da
aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk
yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik
qanaxmanı gücləndirə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 511
“Çıraq” 2008.
Dostları ilə paylaş: