1 ml–də neçə vahid insulin vardır?
20 vahid
40 vahid
10 vahid
30 vahid
25 vahid
İnsulinin dozaları vahidlə göstərilir. Şüşədəki 5 ml – də 200 vahid, başqa sözlə 1 ml- də 40 vahid insulin vardır. İnsulini birqramlıq şprisə yığarkən yadda saxlamaq lazımdır ki, şprisin hər bölgüsü 4 vahid insulin deməkdir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “. Səh.159 “Çıraq” 2008.
Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
Onurğaya
Döş qəfəsinin aşağı hissəsinə
Kürəkaltı nahiyəyə
Döş qəfəsinin yan tərəflərinə
Onurğa ətrafı nahiyəyə
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.
Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998
Dostları ilə paylaş: |