Nəbzi, arterial təzyiqi ölçüb xəstəlik tarixində gündəlik qeyd etmək
EKQ-nın məlumatlarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırmaq
Xəstəlik tarixi xəstəxanada və ya hər hansı başqa bir müalicə - profilaktika müəssisəsində olan hər xəstə üçün ilk dəfə doldurulan əsas tibbi sənəddir. Tibb bacısı laboratoriya, rentgenoloji, elektrokardoiqrafiya məlumatları və başqa analizlərin cavablarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırır. Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri isə xəstəlik tarixinə həkim yazır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” . Səh.99 “ Çıraq ” 2008.