Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir?
Oksigenoterapiya aparır
Xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir
Həkimin göstərişi ilə qanburaxma aparır
Xəstənin ətraflarına turna qoyur
Venaya sürətlə strofantin və ya korqlükon yeridir
Tibb bacısı kəskin sol mədəcik çatışmazlığı (ürək astması tutması )zamanı yalnızhəkimintəyinatıilə venaya hər hansı bir məhlulu köçürə bilər.Strofantin və
korqlükon venaya sürətlə yeridildikdə ürəyin işi çox zəifləyər və bu da ürəyun qəflətən dayanmasına səbəb olar.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.505 “Çıraq” 2008