Qulaq seyvanın hematoması zamanı ilkin tibbi yardım nədən ibarətdir?
Qızışdırıcı sarğının qoyulması
Aseptik sarğının qoyulması
Spirtli tamponun qoyulması
Buz qovuqcuğunun və sıxıcı sarğının qoyulması
Qulaq seyvanının hidrogen-peroksid ilə işlənməsi
Qulaq seyvanının hematoması zədələnmə nəticəsində dəri örtüklərinin tamlığının pozulmaması ilə gedən, qığırdaq və qığırdaq üstlüyü arasındakı sahədə baş verən qansızmadır. Bu zaman ilkin tibbi yardım buz qovuqcuğunun və sıxıcı sarğının qoyulmasından ibarətdir. Sonradan həkimin konsultasiyası vacibdir. Əgər vaxtında düzgün yardım göstərilməzsə hematomanın infeksiyalaşması,qığırdaq və qığırdaq üstlüyünün iltihabı baş verə bilər.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 169
Dostları ilə paylaş: |