Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?
A) 10-15
B) 3-5
C) 20-25
D) 30-40
E) 40-50
Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə ərzində ağrını kəsir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 506“Çıraq“2008.
Ağciyər qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?
Qanəvəzedicilər köçürmək
Xardal və banka qoymaq
Tam sakitliyi təmin etmək, həkimi çağırmaq
Oksigenterapiya aparmaq
Xəstənin ayaqlarını vanna etmək
Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axır və bu da aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik qanaxmanı gücləndirə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 511 “Çıraq” 2008.
Dostları ilə paylaş: |