Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa ona hansı dərmanı vermək olmaz?
Dimedrol
Mukaltin
Askorbin turşusu
Asetilsalisil turşusu
Antibiotiklər
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu qanı durulaşdıraraq qanaxmanı artırar.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. Стр.261
Tetanus əleyhinə anatoksin nə üçün yeridilir?
Passiv immunitet yaratmaq üçün
İltihabı prosesi aradan qaldırmaq üçün
Aktiv immunitet yaratmaq üçün
Sepsisin qarşısını almaq üçün
Hepatit B-nin qarşısını almaq üçün
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır.
Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010, səh 8
Dostları ilə paylaş: |