Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?
Qarnı üstə uzadılmış
Oturaq
Yarımoturaq
Arxası üstə uzadılmış
Sağlam tərəfə uzadılmış
Dartan leykoplastır sarğısı sınmış qabırğalara qoyulur. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə vəziyyətində onurğa sütunundan başlayaraq öndən orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə yarımoturaq vəziyyətdə daşınır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
Qanın maksimal saxlanma müddəti neçə gündür?
28 gün
14 gün
7 gün
21 gün
16 gün
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Dostları ilə paylaş: |