Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?
Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
Ağrıkəsicinin yeridilməsi,qanaxmanın dayandırılması və aseptik sarğının qoyulması
Hipertonik məhlulun qoyulması .
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə alıb üzərinə aseptik sarğı qoyulur və qanaxmanın, qorxulu ağırlaşmaların baş verməməsi üçün ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128