Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə olunur?
Yüyəntipli sarğıdan
Sapandvari sarğıdan
Spiralvari sarğıdan
Səkkizvari sarğıdan
Qayıdan sarğıdan
Enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Sapandvari sarğı sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 103
Tısbağavari sarğı hansı nahiyələrə qoyulur?
Diz və dirsək oynaqlarına
Bazu oynağına
Aşıq-daban oynağına
Boyuna
Ayağa
Tısbağavari sarğı diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma formasından asılı olaraq yaxınlaşan və uzaqlaşan forması var. Yaxınlaşan formada binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb oynaq çuxurunda çarpazlayır. Uzaqlaşan formada isə əksinə.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 109
Dostları ilə paylaş: |