Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir?
Cərrah özü geyinir
Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir
Əməliyyat otağının xadiməsi
Cərrahın assisteti
Palata tibb bacısı
Cərrahın əlləri əməliyyata hazırlandıqdan sonra cərrahın sterilliyinin pozulmaması üçün onu yalnız steril xalat, kalpak və əlcək geyinmiş əməliyyat tibb bacısı geyinirə bilər.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədəuyğundur?
Zərərçəkən sol tərəfi üstə uzanmış vəziyyətdə daşınır
Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
Zərərçəkən başı aşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
Zərərçəkən qarnı üstə uzanmış vəziyyətdə daşınır
Qarnın ön divarı zədələndikdə zərərçəkən ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzərinə aseptik sarğı qoyulur.Zərərçəkənə qida və mayelərin qəbulu qadağan edilir.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Dostları ilə paylaş: |