Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?
Tısbağavari sarğı
Səkkizvari sarğı
Spiralvari sarğı
T-şəkilli sarğı
Sürünən sarğı
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur: yaxınlaşan və uzaqlaşan.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti nədən ibarətdir?
Drenajın dəyişdirilməsi
Antibiotiklərin inyeksiyası
Özünə qulluqda xəstəyə yardım etmək
Rasional pəhriz təyin etmək
Qanəvəzedici köçürmək
Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti özünə qulluqda xəstəyə yardım etməkdən ibarətdir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
Dostları ilə paylaş: |