Sidik kisəsinə qoyulan sistostomadan sonra tibb bacısı xəstəyə nəyi başa salmalıdır?
Yeyunostomaya qulluğu
Kolostomaya qulluğu
Qastrostomaya qulluğu
Traxeostomaya qulluğu
Sistostomaya qulluğu
Sidik-ifrazat sistemində aparılmış əməliyyatdan sonra tibb bacısının işinə xəstəyə sistostomaya qulluğu öyrətmək aiddir.
Ədəbiyyat И.В.Яромич «Сестринское дело» для учащихся медицинских училищ и колледжей, среднего медицинского персонала. «Высшейшая школа», 2003, стр.292
Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?
0.9%-li natrium xloridlə
70%-li spirtlə
1%-li yodonatla
3%-li hidrogen peroksidlə
1.5%-li xlorheksidin biqlükonatla
Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır. Borulu drenajlar istifadədən əvvəl 0.9%-li natrium xlorid məhlulu ilə yuyulmalıdır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
Dostları ilə paylaş: |