Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir?
Atravmatik pipetka
Qulaq qıfı
Qulaq zondu
Jane şprisi
Steril tampon
Xarici qulaq keçəcəyinin yuyulması jane şprisi ilə həyata keçirilir.Jane şprisinə 35- 37°C temperaturda su və ya furasilin məhlulu yığılır.Xəstə işıq mənbəyinin yaınında oturdulur.Xəstənin çiyni dəsmal ilə örtülür və qulağının altına tutmaq üçün böyrək şəkilli ləyən verilir. Sol əllə qulaq seyvanı arxaya və yuxarı dartılır.Sağ əllə şprisin ucluğu xarici qulaq keçəcəyinə yeridilir. Xarici qulaq keçəcəyinin yuxarı arxa divarı boyunca təzyiqlə maye yeridilir.Yuyulmuş suya nəzarət etmək lazımdır.Proseduradan sonra qulaq keçəcəyi tam qurudulur.Sonda istifadə olunan materiallar dezinfeksiya edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 299
Dostları ilə paylaş: |