Pedikulyozlu xəstənin müayinəsindən sonra otağın dezinfeksiyası üçün istifadə olunan məhlul hansıdır ?
3%-li xloramin məhlulu
6%-li hidrogen-peroksid məhlulu
3%-li xlor əhəngi
8%-li lizol məhlulu
0,02%-li furasillin məhlulu
Pedikulyozlu xəstənin müayinəsindən sonra otaq 8 %-li izol məhlulu ilə dezinfeksiya olunur. Bundan başqa müayinədə iştirak edən tibbi personalın üst geyimləri də dezinfeksiya olunmalıdır. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».
«Медицина». Москва 1983 . Səh. 27
Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?
Qəbul şöbəsinin tibb bacısı
Kiçik tibb bacısı
Qəbul şöbəsinin böyük tibb bacısı
Qəbul şöbəsinin həkimi
Baş həkim
Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi qərar verir. Ədəbiyyat: В.М.Боголюбов.
«Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 29