Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır?
Qastroskopiya
Duodenoskopiya
Kolonoskopiya
Ezofaqoskopiya
Sistoskopiya
“Kolon” latın dilində yoğun bağırsaq, “skope” - baxıram deməkdir. Latın dilindən tərcüməyə əsaslanaraq kolonoskopiya yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi deməkdir. “Endo”- daxili deməkdir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev, .”Xəstələrə qulluq”,. Səh.217. “Təhsil” Bakı 1998.
Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalədən isitfadə olunur?
Yağlı
Sifon
Təmizləyici
Dərman
Qidalandırıcı
Ağızdan qəbul edilmiş zəhərli maddələri bağırsaqdan sürətlə kənar etmək üçün sifon imaləsindən istifadə olunur. Sifon imaləsi üçün 10-12 litr 38 dərəcədə qızdırılmış su götürülür.Bu miqdarda su orqanizmə daxil olmuş zəhərli maddələrin tam təmizlənməsini təmin edir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |