Müasir dövrdə qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı kateterin istifadəsi daha məqsədəuyğundur?
Sərt
Rezin,yumşaq
Elastik
Yarım sərt
Metal
Qadınlarda sidik kanalı qısa olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb bacısı FOLEY yumşaq kateterindən istifadə etməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.64 “Azərnəşr” Bakı 1984
Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?
4 ml
5 ml
8 ml
10 ml
2 ml
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarnın ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə də dərialtına maksimum 2 ml maye yeritmək olar.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “ Çıraq ” 2008
Dostları ilə paylaş: |