Qusuntunu dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti yerdə saxlayır
Qusuntu kütləsini dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti deyil, sərin yerdə saxlamaq lazımdır, çünki istinin təsirindən orada çürümə prosesi sürətlənir və bu da analizin göstəricisini dəyişə bilər. Xəstə sutkada bir neçə dəfə qusarsa, hər dəfə qusuntunu ayrıca qaba yığmaq lazımdır, çünki qusuntunun keyfiyyətcə və miqdarca fərqinin diaqnostika üçün böyük əhəmiyyəti vardır. Qusuntunun miqdarını dəqiq bilmək üçün onu üstü dərəcələnmiş bankaya yığmaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 33 Bakı 2008