810) Yerli anesteziya zamanı hansı risk faktoru ağırlaşmaya səbəb olur?
A) Yuxusuzluq
B) Anestetiklərə allergiyanın olması
C) Alkoqol qəbulu
D) Bədən çəkisinin aşağı olmağı
E) Qidalanmanın xarakteri
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
811) Peridural anesteziyada hansı preparatdan istifadə olunur?
A) Tiopental-natrium
B) Dikain
C) Sovkain
D) Ftorotan
E) Heksenal
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
812) Terminal anesteziyaya hansı aiddir?
A) İnhalyasiyon anesteziya
B) Sürtmək və qarqara ilə anesteziya
C) Regionar anesteziya
D) İnfiltrasion anesteziya
E) Sakral anesteziya
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
813) Anestetiklərlə zəhərlənmə zamanı hansı əlamət müşahidə olunur?
A) Dəridə səpgilər
B) Üzün hiperemiyası
C) Hüşun itməsi
D) Taxikardiya
E) Ürək bulanma və qusma
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
814) Əl barmaqlarında aparılan əməliyyat zamanı hansı anesteziya növündən istifadə olunur?
A) Oberts-Lukaşeviç üsulu ilə anesteziya
B) Vaqosimpatik blokada
C) Vişnevski üsulu ilə anesteziya
D) Terminal anesteziya
E) Peridural anesteziya
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
815) Qarın boşluğu, aşağı ətraflarda və çanaq sümüklərində aparılan əməliyatlarda ən çox istifadə olunan anesteziya növü hansıdır?
A) Paranefral blokada
B) Terminal anesteziya
C) Peridural anesteziya
D) Vaqosimpatik blokada
E) Oberts-Lukaşeviç üsulu ilə anesteziya
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
816) Appendektomiya və yırtıq əməliyyatı zamanı çox istifadə olunan anesteziya növü hansıdır?
A) Infiltrasion anesteziya
B) Peridural anesteziya
C) Terminal anesteziya
D) Oberts-Lukoşeviç üsulu ilə anesteziya
E) Xloretil ilə anesteziya
Ədəbiyyat: B.A.Ağayev “Cərrahi xəstəliklər” 2007
817) Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?
A) Sürtmək və qar-qara ilə anesteziya
B) Regionar anesteziya
C) Peridural anesteziya
D) İnfiltrasion anesteziya
E) Xloretil ilə anesteziya
Ədəbiyyat: B.A.Ağayev “Cərrahi xəstəliklər” 2007
818) Döş qəfəsinin zədələnmələri zamanı hansı anesteziya növündən istifadə olunur?
A) Paranefral blokada
B) Terminal anesteziya
C) Şkolnikov üsulu ilə blokada
D) Vaqosimpatik blokada
E) Futlyar blokada
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
819) Ümumi anesteziyadan əvvəl premedikasiyada antisalvant kimi hansı preparatdan istifadə olunur?
A) Atropin
B) Dimedrol
C) Diplasin
D) Tazepam
E) Promedol
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
820) Peridural anesteziyada hansı preparatdan istifadə olunur?
A) Ksikain
B) Ftorotan
C) Dikain
D) Xloretil
E) Tremekain
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
821) Nəqledici anesteziyada anestetik hara yeridilir?
A) Subaraxnoidal boşluğa
B) Selikli qişalara
C) Bütün toxumalar infiltrasiya olunur
D) Sümükdaxilinə
E) Toxuma ətrafı sinirə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
822) İnhalyasion narkozda hansı preparatlardan istifadə olunur?
A) Novokain, tiopental-natrium
B) Florotan, azot1-oksid
C) Tremekain, xloretil
D) Dikain, sovkain
E) Kalipsol
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
823) Əməliyyatdan sonrakı gün aseptik yaranın ilkin sarğısı necə aparılır?
A) Yaranın yodonatla işləməsi
B) Bütün tikişlərin sökülməsi
C) Drenajla yaranın yuyulması
D) Yaranın H2O2 məhlulu ilə işlənməsi
E) Tikişlərin bir qisminin sökülməsi
Ədəbiyyat: Н.С.Тимофеев, Н.Н. Тимофеев. Перевязочная, БСМ. – Л.: Медицина, 1987.
824) Təsadüfi yaralanma zamanı göstərilən ilkin tibbi yardım hansıdır?
A) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
B) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
C) Antibiotiklərin yeridilməsi
D) Hipertonik məhlulun qoyulması
E) Qanaxmanın dayandırılması və aseptik sarğı qoyulması
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
825) İrinli yaranın qranulyasiya stadiyasında hansı müalicə metodundan istifadə olunur?
A) Quru aseptik sarğı
B) İndeferent məlhəmlə sarğı
C) Spirtli sarğı
D) Kompress sarğı
E) NaCl-un hipertonik məhlulu ilə sarğı
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
826) İntubasion narkoz zamanı Ditillindən nə məqsədlə istifadə olunur?
A) Bronxospazmda profilaktika məqsədilə
B) Giriş narkozu kimi
C) Əzələlərin relaksasiyası məqsədi ilə
D) Ürək-damar sisteminin fəaliyyətini normallaşdırmaq məqsədilə
E) Əsas narkoz kimi
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
827) Xloretildən nə vaxt istifadə olunur?
A) Nəqledici anesteziyada
B) Terminal anesteziyada
C) Futlyar anesteziyada
D) Sakral anesteziyada
E) Venadaxilinə anesteziyada
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
828) Paranefral blokada üçün novokainin neçə %-li məhlulundan istifadə edilir?
A) 1%-li
B) 0,5% -li
C) 0,25% -li
D) 10%-li
E) 5%-li
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
829) Görmə üzvünə nə aiddir?
A) Konyuktiva
B) Göz qapaqları
C) Qüzehli qişa
D) Torlu qişa
E) Xovlu qişa
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
830) Ağlı qişanın iltihabına nə deyilir?
A) Keratit
B) Retinit
C) Xorioretinit
D) Sklerit
E) Uveit
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
831) Görmə itiliyi hansı məsafədə yoxlanılır?
A) 3 m
B) 7 m
C) 5 m
D) 4 m
E) 7 m
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
832) Periferik görmə sahəsini müəyyən edən metod hansıdır?
A) Biomirkoskopiya
B) Oftalmoskopiya
C) Tonometriya
D) Qonioskopiya
E) Perimetriya
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
833) Hansı rəng üçün görmə sahəsinin sərhədləri ən genişdir?
A) Qırmızı rəng
B) Ağ rəng
C) Sarı rəng
D) Göy rəng
E) Yaşıl rəng
Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
834) Gözün uzaq görmə refraksiyası hansıdır?
A) Hipermetropiya
B) Presbiopiya
C) Astiqmatizm
D) Miopiya
E) Emmetropiya
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
835) Akkomadasiyanın yaşla əlaqədar zəifləməsinə nə deyilir?
A) Hipermetropiya
B) Miopiya
C) Presbiopiya
D) Astiqmatizm
E) Emmetropiya
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
836) Orqanik şüşələrə xas olan əlamətlər hansılardır?
A) Yüngül və sınmayan
B) Ağır və sınan
C) Sınmayan
D) Ağır
E) Yüngül və sınan
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
837) Hipermetropik refraksiyası 3,0 D olan yaşlı adama təyin olunan optik şüşə neçə dioptriya olmalıdır?
A) + 2,0 D
B) + 4,0 D
C) + 1,0 D
D) + 3,0 D
E) – 2,0 D
Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
838) Qaranlığa adaptasiyanın pozulması necə adlanır?
A) Protonamiya
B) Anamaliya
C) Hemorolopiya
D) Miopiya
E) Hipermetropiya
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
839) Astiqmatizm zamanı hansı linzalardan istifadə olunur?
A) Adi şüşədən
B) Sperik və prizmatik
C) Sperik
D) Prizmatik
E) Torik
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
840) Miotiklərə hansı dərmanlar aiddir?
A) Midriasil, Skopolamin hidrobrom
B) Koinaks, Kataxrom
C) Mezaton, Adrenalin hidroxlorid
D) Taufan, Sitral
E) Pilokarpin, Timolol
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
841) Midriatiklərə hansı dərmanlar aiddir?
A) Trental, Adrenalin
B) Pilokarpin, Adrenalin
C) Kvinaks, Kataxrom
D) Midaks, Prozerin
E) Mezaton, Midriasil
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
842) Uşaqlarda müşahidə olunan konyuktivit xəstəliyinin xroniki forması necə adlanır?
A) Qonoblennoreya
B) Konyuktivit
C) Keratit
D) Skrofulyoz
E) Bahar katarı
Ədəbiyyat: Е.Е.Самов «Глазные болезни и травмы». Санк-Петербургское медицинское издательство. 2002
843) Gözün konyuktivasında degenerativ dəyişiklik necə adlanır?
A) Konyuktivit
B) Xalazion
C) Pteriqium
D) Sklerit
E) Keratit
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
844) Göz yaşı kisəsinin iltihabı necə adlanır??
A) Dakrioadenit
B) Fleqmona
C) Abses
D) Kanalikulit
E) Dakriosistit
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
845) Göz almasının qeyri-iradi titrəməsi necə adlanır?
A) Hərlənən nistaqm
B) Nistaqm
C) Şaquli nistaqm
D) Hərlənən və şaquli nistaqm
E) Üfuqi nistaqm
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
846) Göz daxili təzyiqin artması hansı xəstəlikdə müşahidə olunur?
A) Katarakta
B) Qlaukoma
C) Tetinit
D) Uveit
E) Sklerit
Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
847) Göz daxili təzyiqin ölçülməsi nə adlanır?
A) Tonometriya
B) Kampimetriya
C) Oftalmoskopiya
D) Perimetriya
E) Qanioskopiya
Ədəbiyyat: Е.Е.Самов «Глазные болезни и травмы». Санк-Петербургское медицинское издательство. 2002
848) Konyuktival kisəyə müxtəlif dərmanların damızdırılması zamanı onlar arasında fasilə minimum nə qədər olmalıdır?
A) 20 dəqiqə
B) 7-10 dəqiqə
C) 30 dəqiqə
D) 40 dəqiqə
E) 3 dəqiqə
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
849) Gözün turşu ilə yanıqları zamanı aşağıdakı maddələrin hansı ilə gözü yumaq lazımdır?
A) 5%-li Tanin
B) 2%-li Bor turşusu
C) 0,25%-li Dikain
D) 20%-li Natrium-sulpasil
E) 2%-li Natrium-hidrokarbonat
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
850) Gözün qələvi yanıqları zamanı gözü yumaq üçün hansı dərman maddəsindən istifadə edilir?
A) 4%-li Taufan
B) 2%-li Natrium-hidrokarbonat
C) 5%-li Tanin
D) 2%-li Bor turşusu
E) 0,1%-li Deksametazon
Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
851) Görmə sinirinin iltihabı necə adlanır?
A) Qlaukoma
B) Nevrit
C) Görmə sinirinin atrofiyası
D) Durğun məməcik
E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
852) Normada gözdaxili təzyiq nə qədər olmalıdır?
A) 7-10 mm c.1
B) 28 mm c.1
C) 40 mm c.1
D) 18-26 mm c.1
E) 28-35 mm c.1
Ədəbiyyat: Е.Е.Самов «Глазные болезни и травмы». Санк-Петербургское медицинское издательство. 2002
853) Aşağıdakı dərmanlardan hansıları virusəleyhinə istifadə olunur?
A) Zoviraks, Tebrofen
B) Qarazon, Maksitrol
C) Kuzikrom, Lekrolin
D) Ezerin, Prozerin
E) Natrium-sulpasil, Etazol
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
854) Ultrabənövşəyi şüalanma nəticəsində meydana çıxan patologiya necə adlanır?
A) Endoftalmit
B) Elektrooftalmiya
C) Qaz korluğu
D) Ekzoftalm
E) Hemaralopiya
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
855) Sönmüş və sönməmiş əhənglə gözlər zədələndikdə hansı dərmanın tətbiqi yaxşı effekt verir?
A) 5%-li Qliserin
B) 30%-li Natrium-sulfasil
C) 3%-li Tanin
D) 2%-li Natrium hidrokarbonat
E) 2%-li Bor turşusu
Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
856) Blefaritlərin ən ağır və inadlı forması hansıdır?
A) Anqulyar
B) Sadə
C) Xoralı
D) Sadə və kəpəklənən
E) Kəpəklənən
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
857) Nə üçün konyuktivitlər zamanı gözə sarğı qoyulmamalıdır?
A) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısı alınır və buynuz qişada iltihab törədir
B) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısını alır və büllurda iltihab törədir
C) Torlu qişanı zədələyir
D) Buynuz qişa ilə büllur zədələnir
E) Skleranı zədələyir
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
858) Kəskin epidemik konyuktivit üçün xarakterik kliniki əlamət hansıdır?
A) İrinli ifrazat
B) Seroz ifrazat
C) Yaşlı adamlarda müşahidə edilməsi
D) Yaşaxma
E) Son dərəcə yolxucu olması
Ədəbiyyat: Е.Е.Самов «Глазные болезни и травмы». Санк-Петербургское медицинское издательство. 2002
859) Keratitlərin hansı formasında buynuz qişanın həssaslığı azalır?
A) Keratomikoz
B) Vərəm mənşəli
C) Neyroparalitik keratit
D) Herpes
E) Sifilis mənşəli
Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
860) Bu əlamətlərdən hansı virus konyuktivitləri üçün xarakterikdir?
A) İrinli ifrazat
B) İrinli və selikli ifrazat
C) Çoxlu miqdarda seroz ifrazat
D) Selikli ifrazat
E) Selikli, yapışqan ifrazat
Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
861) Skleranın ön hissəsinin səthi qatlarının xəstəlikləri necə adlanır?
A) İrit
B) Konyuktivit
C) Episklerit
D) Sklerit
E) Keratit
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
862) Burunun müayinəsi necə adlanır?
A) Farinqoskopiya
B) Otoskopiya
C) Rinoskopiya
D) Bronxoskopiya
E) Larinqoskopiya
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
863) Burunun qanaxan zonası harada yerləşir?
A) Burun boşluğunun lateral divarında
B) Burun çəpərinin aşağı ön hissəsində
C) Orta balıqqulağı nahiyyəsində
D) Burun girəcəyində
E) Aşağı balıqqulağı nahiyəsində
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
864) Burunun furunkulu zamanı əsas simptom hansıdır?
A) Burunun tutulması
B) Selikli-irinli ifrazatın axması
C) Hərarətin yüksəlməsi
D) Baş ağrısı
E) Xarici burunun hiperemiyası və ödemi
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
865) Burun qanaxması zamanı ilk tibbi yardım hansıdır?
A) Xəstənin başını arxaya əymək
B) Xəstəni uzandırmaq
C) Xəstənin başını önə əymək
D) Hərarəti ölçmək
E) Burunun ön tamponadasını etmək
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
866) Xroniki kataral rinitin əlamətləri hansıdır?
A) Burun boşluğunda quru qartmağların olması
B) Baş ağrıları
C) Burun qanaxması
D) Burunun tutulması
E) Anosmiya
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
867) Xroniki atrofik rinitin əlamətləri hansıdır?
A) Baş ağrıları
B) Yüksək hərarət
C) Burun boşluğunda quru qartmqların olması
D) Burun tənəffüsün çətinləşməsi
E) Burundan irinli ifrazatın axması
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
868) Burunun neçə əlavə cibləri var?
A) 4
B) 6
C) 7
D) 3
E) 5
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
869) Haymor cibinin iltihabı necə adlanır?
A) Haymorit
B) Sfenoidit
C) Etmoidit
D) Bronxil
E) Frontit
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
870) Burunun əlavə cibinin iltihabı necə adlanır?
A) Haymorit
B) Etmoidit
C) Sfenoidit
D) Frontit
E) Bronxit
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
871) Haymorit zamanı obyektiv simptom hansıdır?
A) Xarici burunun hiperemiyası
B) Baş ağrısı
C) Burunun tutulması
D) Yüksək hərarət
E) Orta burun keçəcəyində irinin olması
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
872) Udlağın müayinəsi necə adlanır?
A) Farinqoskopiya
B) Rinoskopiya
C) Otoskopiya
D) Larinqoskopiya
E) Bronxoskopiya
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
873) Anginaların törədiciləri hansıdır?
A) Strepkokklar
B) Viruslar
C) Stafilakokklar
D) Difteriya çöpləri
E) Bakteriyalar
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
874) Xroniki tonzillitin əsas simptomu hansıdır?
A) Ildə 4-5 dəfə angina ilə xəstələnmə
B) Oynaqlarda ağrı
C) Yüksək hərarət
D) Ürək nahiyyəsində ağrı
E) Baş ağrıları
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
875) Follikulyar angina zamanı əsas simptom hansıdır?
A) Damaq badamcıqlarının üzərində ağ rənglərin olması
B) Ürək nahiyyəsində ağrı
C) Baş ağrıları
D) Damaq badamcıqlarının üzərində ağ sarımtıl nöqtələr
E) Limfa düyünlərin böyüməsi
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
876) Qırtlağın müayinəsi necə adlanır?
A) Rinoskopiya
B) Bronxoskopiya
C) Otoskopiya
D) Farinqoskopiya
E) Larinqoskopiya
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
877) Qırtlaqda necə qığırdaq var?
A) 9
B) 6
C) 7
D) 10
E) 12
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
878) Qırtlaq xəstəlikləri zamanı əsas simptom hansıdır?
A) Səsin dəyişməsi
B) Boğazda ağrı
C) Quru öskürək
D) Baş ağrısı
E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
879) Qulağın müayinəsi necə adlanır?
A) Rinoskopiya
B) Otoskopiya
C) Bronxoskopiya
D) Farinqoskopiya
E) Larinqoskopiya
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
Dostları ilə paylaş: |