72) Uşaqlarda öd kisəsi və öd yollarının birgə iltihabı necə adlanır? Öd kisəsinin iltihabı xolesistit, öd yollarının iltihabı xolangit, onların birgə iltihabı isə xolesistoxolangit adlanır. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 108
73) Qızdırma, təngnəfəslik, öskürək hansı xəstəlik ücün xarakterdir? Pnevmoniya polietioloji xəstəlik olub, uşaqlar arasında geniş yayılmışdır. Gedişinə görə kəskin və xroniki olur. Kəskin pnevmoniya ücün qızdırma, təngnəfəslik və öskürək xarakterikdir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 162
74) Doğuş travması nəticəsində mərkəzi sinir sisteminin zədələnməsinin əsas səbəbi nədir?
Doğuş travması nəticəsində mərkəzi sinir sisteminin zədələnməsinin əsas səbəbi hipoksiyadır. Səbəbi antenatal və intranatal dövrdə qısa, uzun müddətdə dölün oksigen aclığı və doğuş vaxtı aldığı zədə ola bilər. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 120