86) Travma zamanı yalnız sınığa xas olan əlamət hansıdır? Sınıq nahiyəsi palpasiya edildikdə sınmış sümük qırıntıları qar xışıltısına bənzər xarakterik səs yaradır və bu krepitasiya adlanır. Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı”. “Çıraq” nəşriyyatı 2008. Səh. 256
87) Bədxassəli şişə məxsus əlamət hansıdır? Xoş xassəli şişlər məhdud nahiyəni əhatə edir, ətraf toxumalara yayılmır. Bəd xassəli şişlər isə ətraf toxumalara sirayət edərək metastaz verir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165