130) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır? Yemək borusu yanıqlarında rentgenoloji müayinə 15 - 20 gündən sonra aparılır. Bu müddət ərzində patoloji prisesin kəskin dövrü keçir və xəstə kontrast maddəni uda bilir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997 (səh - 121) 131) Kəskin appendisit zamanı həkiməqədərki tibbi yardıma aiddir? Qarın boşluğunun kəskin destruktiv xəstəlikləri zamanı klinik simptompların itməməsi üçün heç bir dərman müdaxiləsilə yol vermək olmaz. Sağ qalça çuxuruna buz qovuğu qoyub, təcili cərrahi şöbəyə çatdırmaq lazımdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 218) 132) Boyun venalarından qanaxma zamanı təhlükəli, zərərçəkmişin ölümünə səbəb nədir? İri vena damarları zədələndikdə baş verənqorxulu ağırlaşma hava emboliyasıdır. Bu zaman hava emboliyası ürək, ağciyər, beyin və başqa orqanların qan damarlarının mənfəzini qapayır ki, bu da ölümlə nəticələnir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 74)