1
Tibb bacısı ixtisası üzrə yeni nümunəvi suallar
1) Həll edilmiş BCJ, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə
müddəti maksimum nə qədərdir?
BCJ, qızılca, məxmərək, parotit vaksinlərini həll etdikdən sonra +2 +8
temperaturda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq olar, sonra
məhv edilməlidir.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 23
2) İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqlarda hansı yaşda qızılca
əleyhinə peyvəndin aparılması düzgündür?
İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqların immunobioloji müqaviməti çox
aşağı olduğuna görə belə uşaqlara qızılcaya qarşı vaksini heç vaxt vurmaq
olmaz.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25
3) Cansız vaksinlərin yeridilməsindən sonra hansı yerli reaksiya müşahidə
olunur?
Cansız vaksinlərlə vaksinasiyadan sonra bəzən uşaqlarda yüngül reaksiyalar
inyeksiya yerində ağrı və şişkinlik baş verir. Bu əlamətlər 2 - 3 günə keçib gedir.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25