Tibb bacısı ixtisası üzrə yeni nümunəvi test sualları 1 Həll edilmiş bcj, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə müddəti maksimum nə qədərdir?
Tibb bacısı ixtisası üzrə yeni nümunəvi test sualları 1) Həll edilmiş BCJ, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə müddəti maksimum nə qədərdir? BCJ, qızılca, məxmərək, parotit vaksinlərini həll etdikdən sonra +2 +8 temperaturda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq olar, sonra məhv edilməlidir. Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 23
2) İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqlarda hansı yaşda qızılca əleyhinə peyvəndin aparılması düzgündür? İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqların immunobioloji müqaviməti çox aşağı olduğuna görə belə uşaqlara qızılcaya qarşı vaksini heç vaxt vurmaq olmaz. Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25
3) Cansız vaksinlərin yeridilməsindən sonra hansı yerli reaksiya müşahidə olunur? Cansız vaksinlərlə vaksinasiyadan sonra bəzən uşaqlarda yüngül reaksiyalarinyeksiya yerində ağrı və şişkinlik baş verir. Bu əlamətlər 2 - 3 günə keçib gedir. Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25
4) Uşaqda qlomerulonefritin yaranmasına səbəb olan xəstəlik hansıdır? . Qlomerulonefrit zamanı mikrobun toksini qana keçərək böyrək toxumasına təsir edir – nəticədə qlomerulonefrit yaranır. Angina və skarlatinanın törədiciləri isə β - hemolitik steplokokklardır.
Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 218
5) Pielonefrit xəstəliyi olan uşağın qidası necə olmalıdır? Pielonefrit – böyrək ləyəni və toxumasının iltihabıdır. Xəstəlik zamanı sidik ifrazı pozulur, ödem müşahidə olunur. Sidikdə zülal tapılır. Bədən zülal itirdiyinə görə belə xəstələrə zülalla zəngin qidalar verilməlidir. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 267
6) Hemofiliyanın ən xarakter əlaməti nədir? Hemofiliya qanda laxtalanma amillərinin (VIII - IX - XI) çatışmazlığı nəticəsində qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas əlaməti qanaxmadır. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317
7) Qlomerulonefrit zamanı Zimnitski sınağının aparılmasında məqsəd nədir? Qlomerulonefrit böyrək toxumasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı sidik ifrazı azalır. Sifətdə ödem əmələ gəlir, sidikdə zülal tapılır. Xəstəyə dəqiq diaqnoz qoymaq üçün bir sıra sınaqlardan istifadə edilir. Onlardan ən dəqiqi Zimnitski sınağıdır. Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84
8) Anus ətrafında qaşınma hansı qurd xəstəliyi üçün xarakterikdir? Anus ətrafında qaşınma bizquyruq qurdların törətdiyi Enterebioz üçün xarak - terikdir. Çünki bu qurdlar anus ətrafında yumurta qoyur və bu da qaşınmaya səbəb olur. Ədəbiyyat: A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 140
9) Difteriya xəstəliyi hansı yolla yayılır? Difteriya xəstəliyi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi Löfler cöpləridir
Hava - damcı yolu ilə yayılır, daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр522
10) Difteriya xəstəliyi zamanı uşaqlarda hansı əlamət baş verir? Difteriya xəstəliyi olan uşaqlarda tədricən tənəffüsün çətinləşməsi, uzaqdan eşidilən səsli tənəffüs, sianoz, tərləmə, taxikardiya əlamətləri baş verir. İntoksikasiya əlamətləri artır və yardım edilməzsə qırtlağın stenozu nəticəsində həqiqi inaq baş verir Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр526
11) Su çiçəyi zamanı səpkilər hansı xarakterdə olur? Su çiçəyi yoluxucu xəstəlik olub, səpkilərin xarakterinə görə fərqlənir. Təzə səpkilər papula şəklində, əvvəlki səpkilər isə vezikula və qabıqlanma formasında olur. Ona görə də polimorfizm adlanır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр500
13) Bağırsaq infeksiyasına yoluxmuş uşağın müalicəsi zamanı ilk tədbir nədir? Bağırsaq infeksiyaları mədə - bağırsaq sisteminin selikli qisasını zədələyib intoksikasiya yaradır. Bu səbəbdən də ilkin olaraq Çay - su fasiləsi və müalicəvi qida təyin edilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр369
14) Eksudativ kataral diatezli uşaqlarda hansı əlamətlər olur? Eksudativ - kataral diatez bir sindrom olaraq irsi xarakter daşıyır. Uşaqlarda bəzən qidalara qarşı allergiya baş verir. Nəticədə uşağın dəri və selikli qişalarında zədələnmələr baş verir, Belə uşaqlara allergiya törədən qidalar verilməməli, qida rejiminə düzgün riayət edilməlidir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр159
15) Raxitin hansı dövründə vegetativ sinir sisteminin pozğunluğu baş verir? Raxit uşaqlar arasında ən çox rast gəlınən xəstəlikdir. Xəstəlik orqanizmdə D vitaminin çatışmazlığı nəticəsində baş verir. Xəstəliyin başlanğıc dövründə uşaqda narahatlıq başlayır. Uşaq ağlağan olur, yuxusu pozulur, çox tərləmə və qaşınma baş verir. Uşaq başını yastığa sürtdüyü üçün ənsə nahiyyısinin tükü tökülür. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 190
16) “Raxit bilərzikləri”, toyuq döş qəfəsi”, kraniotabes” raxit xəstəliyinin hansı dövründə əmələ gəlir? Raxitin kəskin dövründə uşaq fiziki və psixomator inkişafdan geri qalır, tərlilik artır. Uşaqda zəiflik və tez yorulma olur, skeletdə dəyişikliklər meydana çıxır. Skeletdə baş verən bu dəyişiliklər raxit bilərzikləri, toyuq döş qəfəsi və kraniotabes adlanır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 192
17) Uşaqlarda hansı helmint xolesistitin əmələ gəlməsinə səbəb olur? Lyambliyalar 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsində yaşayır. Öd yollarinin diskineziyasini əmələ gətirir və xolesistitin yaranmasına səbəb olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 416
18) Aşağıdakılardan hansı spazmofiliyanın əlamətidir? Spazmofiliya xəstəliyinin aşkar simptomlarından biri larinqospazmdır. Səs tellərinin birdən –birə sıxılması, spazmı nəticəsində uşaq göyərir, onu soyuq tər basır, ağzı açıq nəfəs alır, nəfəsvermə çətinləşir. Bəzən qısa müddətli tənəffüsün dayanması və huşun itməsi də ola bilər. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 200
19) Spazmofiliyanin profilaktikası necə aparılır? Spazmofiliya xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır. İlk növbədə raxitin profilaktikası və müalicəsi düzgün aparılmalı, uşağın qida rejimi düzgün qurulmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 203
20) Spazmofiliya xəstəliyi olan uşaqda qıcolma baş verərsə nə etmək lazımdır? Spazmofiliya xəstəliyi zamanı uşaqda qıcolma baş verərsə xəstəyə təcili yardım göstərilməlidir. Xəstəyə naşatır iylətmək, süni tənəffüs (ağızdan - ağıza, ağızdan - buruna) verilməlidir. Lazım gələrsə qıcolma əleyhinə preparatlardan istifadə edilməlidir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 203
21) Uşaqlarda bronxial astma tutması zamanı hansı preparatdan istifadə etmək olar? Bronxial astma xəstəliyinin tutmaları zamanı xəstənin vəziyyəti ağırlaşır. Öskürək əziyyətverici, səsli olur, xəstə döş qəfəsində ağrı hiss edir, təngnəfəslik yaranır. Bu zaman eufillin, efedrin və digər preparatlardan istifadə edərək xəstənin vəziyyətini yaxşılaşdırmaq lazımdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 242
22) Uşaqlarda plevrit hansı əlamətlərlə xarakterizə olunur? Uşaqlar arasında plevritə bütün yaş dövrlərində rast gəlinir. Plevra boşluğuna maye və irin yığıldığına görə hərarət yüksəlir, dərindən nəfəs aldıqda, nəfəs verdikdə, uşaq öskürdükdə şiddətli ağrı əmələ gəlir. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 184
23) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir? Anadangəlmə ürək qüsurları yenidoğulmuşlar arasında təsadüf edilən inkişaf anomaliyaları arasında geniş yer tutur. Əsas səbəblərdən biri bətndaxili infeksiyalardır. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 218
24) Uşaqlarda revmatizm zamanı oynaqların zədələnməsi daha çox necə cərəyan edir? Uşaqlarda ürəyin qazanılma qüsurları içərisində revmatizm ( kəskin revmatik qızdırma) əsas yer tutur. Xəstəliyin əsas xüsusiyyətlərindən biri oynaqların zədələnməsidir. Ən çox iri oynaqlar zədələnir. Bu zədələnmə uçucu xarakterdə olur, oynaqlar şişir, qızarır və ağrılı olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр260
25) Uşaqlarda lyambliozun müalicəsində hansı preparat işlədilir? Lyambiyalar 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsində yaşayır. Uşağın qarninda, əsasən göbək ətrafında tutma şəkilli ağrılar, ürəkbulanma, bəzən qusma olur. Xəstəliyin müalicəsində furazolidondan istifadə olunur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр416
26) Uşaqlarda larinqotraxeitin əlamətləri necə başlayır? Larinqotraxeit qırtlaq və nəfəs borusunun selikli qişasının iltihabi prosesidir. İltihabi proses nəticəsində ödem baş verir, uşağın səsi xırıltılı olur, bəzən batır. Tədricən tənəffüs cətinləşir, boğulma da baş verə bilər. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 205
28) Uşaqlarda kəskin bronxitin müalicəsində hansı preparatlar işlədilir? Uşaqlarda kəskin bronxit zamanı bronxların selikli qisası şişir, selik ifrazı artır. Belə xəstələrdə bəlğəmli öskürək olur, hərarət qalxır və təngnəfəslik baş verir. Müalicə zamanı antibiotiklərdən, bəlğəmgətiricilərdən və hərarətsalıcı preparatlardan istifadə olunur. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 148
29) Uşaqlarda sadə diarreyanın (dispepsiya) əmələ gəlmə səbəbi nədir? Sadə diarreya kəskin həzm pozğunluğudur. Uşağın qida rejimi düzgün qurulmadıqda, onu çox yedizdirdikdə, suyu az verdikdə baş verir. Uşaqda qusma və ishal olur. Düzgün qulluq nəticəsində xəstə tez sağalır. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 52
30) Uşaqlarda toksik diarreya (dispepsiya) zamanı çay - su fasiləsi neçə saat təyin olunur? Uşaqlarda toksiki diarreya zamanı infeksiyaların toksinləri əmələ gətirdiyi üçün arasıkəsilməz qusma və ishal olur. Nəticədə orqanizmdə susuzluq (eksikoz) və toksinlərin təsirindən toksikoz əlamətləri baş verir. Bu vəziyyətdə uşağa kömək etmək məqsədi ilə 24 saat çay - su fasiləsi təyin edilir. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 54
31) Ensefalopatiyalı uşaqda qıcolmanın qarşısını almaq üçün hansı preparat istifadə edilə bilər? Ensefalopatiya mərkəzi sinir sisteminin və beyin toxumasının zədələnməsidir. Müalicəsi erkən aparılmalı və kompleksli olmalıdır. Orqanizmin müqavimətini artırmaq üçün vitaminlər təyin edilir. Qıcolmanın qarşısını almaq üçün isə uşağa fenobarbital verilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр120
32) Duodenal zondlama zamanı A, B, C porsiyası nəyi bildirir? Duodenal zondlama zamanı 3 porsiya öd alınır. Duodenal öd A porsiyası, öd kisəsindən alınan öd B porsiyası, qaraciyər öd yollarından alınan öd isə C porsiyası adlanir. Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 198
33) Uşaqlarda Hemofiliya xəstəliyini başqa xəstəliklərdən necə fərqləndirmək olar? Hemofiliyalı xəstələri başqa xəstəliklərdən fərqli olaraq zədələnmədən qorumaq lazımdır. Çünki belə uşaqlar zədələnərkən bədənində göyərmələr baş verir, bu isə qanaxmaya səbəb olur. Belə uşaqlardan müayinə üçün qan götürdükdə qanaxma baş verir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр359
34) Hemofiliyalı uşaq kim tərəfindən daim nəzarətdə saxlanılmalıdır? Hemofiliya ilə xəstə olan uşaqlar daim müalicə almalıdır. Belə uşaqlar dispanser qeydiyyata götürülməli və daim hematoluqun nəzarətində olmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр361
35) Uşaqlara hansı xəstəlik zamanı əlillik verilir? Hemofiliya irsi xəstəlik olub, tez - tez təkrarlanan və ağır gedişli qanaxmalarla davam edən bir xəstəlikdir. Belə xəstələrə daim qan köçürmək lazım gəlir. Belə xəstələrə əlillik verilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр360
36) Yenidoğulmuşda sepsisin olduğuna şübhə olarsa tibb bacısının taktikası necə olmalıdır? Yenidoğulmuşlarda sepsis ağır gedişə malik olur, immun sistemi zəiflədir. Əgər tibb bacısı uşaqda sepsis olduğundan şübhələnərsə həkim çağırmalı və xəstəni stasionara köçürmək üçün hazırlamalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр140
37) Uşaqda kəskin qarın sindromu olarsa tibb bacısı nə etməlidir? Kəskin qarın sindromu müxtəlif səbəblərdən - qarın boşluğu orqanlarının zədələnməsi, iltihabi xəstəliklər və s. nəticəsində baş verə bilər. Tibb bacısı xəstənin qarın nahiyəsinə soyuq qoyaraq təcili hospitalizasiya etməlidir. Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 187
38) Uşaqlarda revmatizm residivinin qarşışını almaq üçün tibb bacısı ilk növbədə nəyi məsləhət görməlidir? Revmatizm xəstəliyinin törədicisi olan streptokoklar badamcıqlarda məskunlaşaraq, uşaqda tez - tez anginanın əmələ gəlməsinə səbəb olur. Bu isə öz növbəsində revmatizmin yaranmasına səbəb olur. Bu səbəbdən residivin qarşısını almaq üçün badamcıqların və digər infeksiya mənbəyinin sanasiyası aparılmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр260
39) Bronxial astma ilə xəstə olan uşaqlar dispanser qeydiyyatdan nə vaxt çıxarılır? Bronxial astma infeksion - allergik xəstəlik sayılır. Xəstəliyin baş verməsində irsi faktorun rolu da qeyd olunur. Belə uşaqlar dispanser qeydiyyata götürülür və uşaq yeniyetmələr şöbəsinə verilənə qədər qeydiyyatdan çıxarılmır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр246
40) Dizenteriya xəstəliyi olan uşaq nədən şikayət edir? Dizenteriya xəstəliyi ilə 3 yaşa qədər uşaqlar daha çox xəstələnir. Xəstədə intoksikasiya əlamətləri və kolitik sindrom olur. Nəcis ifrazı sutkada 10 dəfə və daha çox olur. Xəstə uşaq qarnının aşağı hissəsində sancı şəkilli ağrı tutmalarından şikayət edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр561
41) Yenidoğulmuşlar şöbəsində xəstəxanadaxili salmonelloz xəstəliyinin infeksiya mənbəyi hansıdır? Salmonelloz xəstəliyini salmonella növündən olan bakteriyalar törədir. Xəstəliyin infeksiya mənbəyi xəstə insan və bakteriyagəzdirənlərdir. Xəstəxana daxilində uşaqlar bu xəstəliyə bakteriyagəzdirən tibb bacısının əllərindən yoluxur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр562
42) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı ilkin diaqnozu qoymaq olar? Obstruktiv bronxitə daha çox kiçik yaşlı uşaqlar arasında rast gəlinir. Xəstəlik rinit, faringit, qrip əlamətləri ilə başlayır. Öskürəklə yanaşı ağciyərlərdə xırıltılar baş verir. Hərdənbir nəfəsvermə zamanı fitverici tənəffüs olur. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
43) 5yaşlı uşaq tez - tez tonzillitlə xəstələnir. Bundan 2 həftə sonra uşağın oynağında ağrı əmələ gəlir, şişkinlik var. Yuxusu və iştahası pisdir. Ürəkdə küylər eşidilir. Xroniki tonzillitdən əziyyət çəkir. Hərararəti subfebrildir. Hansı xəstəlikdən şübhələnmək olar? Revmatik qızdırmanı A qrupundan olan β hemolitik streptokoklar törədir. Tonzillit , xroniki infeksiya mənbəyi olduğu üçün infeksiya və onun toksini oradan qana keçərək revmatik qızdırmanın (revmatizmin) yaranmasına səbəb olur, ürək əzələsini və oynaqları zədələyir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
44) 10 günlük yenidoğulmuşun göbək yarasından irinli ifrazat gəlir. Uşaq döşü zəif götürür. Hərarəti 38 - 390 - dir. Göbək ətrafında qızartı və şişkinlik var. Nədən şüphələnmək olar? Yuxarıdakı əlamətlər uşaqda omfalitin baş verdiyini göstərir.Omfalit göbəyin iltihabıdır. Bu göbəyə düzgün və gigiyenik qulluq edilmədikdə əmələ gəlir. Ona göbəyə qulluq edərkən aseptika və antiseptika qaydalarına ciddi əməl edilməlidir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
47) Uşaq 7 aylıqdır, inək südü, mannı sıyığı ilə qidalanır. 3200qr. çəki ilə doğulub hazırda 6000 qramdır, oturmur, dişləri yoxdur. Boynunu 3 aylıqdan duz tutur, döş qəfəsi bir qədər batıqdır. Hansı xəstəlikdən şüphələnmək olar? Uşaq süni qidalanıb, çəkisi pis artıb, döş qəfəsi batıqdır, dişi yoxdur. Boynunu gec saxlayıb və s. Bunlar raxitə məxsus əlamətlərdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
48) Uşağın 1 yaşı var. Hərarəti 38O C – dir. Tez - tez selikli – qanlı nəcis ifraz edir. Uşaqda tenezmlər var. Dəri avazımış , əzələ tonusu azalmış, ümumi arıqlama görünür. Hansı xəstəliyin olmasından şüphələnmək olar? Selik - qanlı nəcis ifrazı və tenezmlər (gücənmə) dizenteriya infeksiyasına xas olan əlamətdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
49) 5 aylıq uşaqdır. Hərarəti 390 C - dir . Tənəffüsü çətinləşib, ağız - burun ətrafında göyərmə var, dəri solgundur, ağciyər üzərində quru və yaş xırıltılar eşidilir. İlk növbədə hansı xəstəlikdən şüphələnmək olar? Hərarət, təngnəfəslik, öskürək , ağız – burun ətrafında sianoz, ağciyərlər üzərində xırıltılar pnevmoniya üçün xarakterikdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
50) Uşaq 3 günlükdür. 2000 qr çəki ilə doğulub. Anadangəlmə refleksləri zəifdir, döşü tuta bilmir. Dərisi sianozlu və tüklüdür, Dərialtı piy qatı sifət və ətraflarda azdır. Bu uşaq haqqında aşağıdakı fikirlərdən hansı doğrudur ? Yuxarıda qeyd edilən əlamətlər çəki azlığı, reflekslərin zəifliyi, dərinin sianozlu və tüklü olması və s vaxtından əvvəl doğulmuş uşağa aiddir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 189
51) 5 aylıq uşağın boyu və çəkisi nə qədər olmalıdır? Birinci yarımildə çəkinin aylıq artımı 600 qr, boyun artımı isə hər kvartala 6 - 7 sm təşkil edir. Buna əsasən 5 aylıq uşağın çəkisi 6500 - 6600 qr. boyu isə 60 - 65 sm olmalıdır. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
52) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir.Bu zaman uşaqda nədən şübhələnmək olar? Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
53) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı xəstəlikdən şüphələnmək olar? 7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin əlamətləridir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
54) Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası pisdir, tez yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qaraciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şüphələnmək olar? Uşaqda olan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və nəcisdəki dəyişiklik virus hepatitinin əlamətləridir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
55) Uşaq 3 aylıqdır. Hər gün uşaqda qaytarma və qusma olur. Uşaq ana südü ilə qidalanır. Çəkisi 3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir vəziyyətin yaranmasının səbəbi nədir? Qusma və qaytarma uşağın 2 - 3 həftəliyindən baş verir. Uşaq yedizdirildikdən sonra fəvvarə şəklində qusma baş verir. Belə hal təkrarlandıqda uşaq çəkisini itirir. Hipotrofiya baş verir. Bu vəziyyət pilorostenoz adlanır. Müalicəsi cərrahi üsulladır. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189
56) Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar? Yağlı yeməkdən sonra ürəkbulanma və sağ qabırğaaltı nahiyyədə ağrı xolesisitit üçün xarakterikdir. Xolestit zamanı qaraciyərin öd ifraz etmə funksiyası pozulur. İfraz olunan ödün miqdarı azaldığına görə yağlı qidaların həzmi çətinləşir. Nəticədə xəstədə ürəkbulanma , sağ qabırğaaltı nahiyədə ağrı əmələ gəlir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 187
57) Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var. Yuxarıda göstərilən əlamətlər dəmir defisitli anemiya üçün xarakterdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 186
58) Uşağın 6 yaşı var, dünən xəstələnib. Boğazında ağrı var. Hərarət 380 C - dir . Dəridə nöqtəvari səpkilər var Hansı xəstəlikdən şüphələnmək olar? Yuxarıda qeyd edilən əlamətlər skarlatina üçün xarakterdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
59) Xəstəxanaya 5 aylıq uşaq gətirilib. Süni qidalanır. 3 gündür xəstədir. Sutkada 5 - 6 dəfə qusma, 8 - 10 dəfə sulu duru nəcis ifrazı olur. Hərarət 380 C. Uşağın vəziyyəti ağırdır, çəki 800 qr itirilib, əzələ tonusu və dərinin turqoru azalıb. Hansı xəstəlikdən şüphələnmək olar? Yuxarıda göstərilən əlamətlər toksik dispepsiyaya məxsus klinik əlamətlərdir. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189
60) Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidi yin müayinəsində şəkər və aseton tapilib. Klinik diaqnoz aşağıdakılardan hansı ola bilər? Yuxarıda qeyd edilən əlamətlərdən məlum olur ki, uşaqda şəkərli diabet var . Hiperqlikomik koma qanda şəkərin miqdarının normadan yüksək olması nəticəsində əmələ gəlir. Bunun baş vermə səbəbi insulin çatışmazlığıdır. Məhz buna görə də ilk yardım olaraq insulin vurulmalıdır. Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 178
61) Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 50C, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı xəstəlikdən əziyyət çəkir? Anamnezə və şikayətlərinə görə: qarında ağrı, 1 dəfə qusma, tezləşmiş və selikli - qanlı nəcis ifrazı, gücənmə, narahatlıq və s. əlamətlərə əsasən dizenteriyanın olmasından şübhələnmək olar.Bu zamanxəstəni hospitalizasiya etmək lazımdır. Ədəbiyyat: N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 49