40) Vaksin flakonunun üzərində olan nəzarət indikatoru nəyi göstərir?
A) Vaksinin fiziki vəziyyətinin dəyişdiyini (topalar, bulanıqlıq)
B) Vaksinin uzun müddət yüksək temperaturda qaldığını
C) Vaksinin yararlılıq müddətinin bitdiyini
D) Vaksinin donmaya məruz qaldığını
E) Vaksin flakonunun tamlığının pozulduğunu
Ədəbiyyat:İmmunlaşdırma, 2015
41) Yenidoğulmuşlarda hemoqlobinin miqdarı nə qədər olmalıdır?
A) 110-140 q/l
B) 80-120 q/l
C) 90-110 q/l
D) 180-240 q/l
E) 100-160 q/l
Ədəbiyyat:Tağıyev N. Neonotologiya, 2007
42) Lyamblioza xas olan əlamətlər hansılardır?
A) Sadalananların hamısı
B) Meteorizm, qarında “qurultu” əlaməti
C) Dəridə səpgilər, piqmentasiya
D) Qəbzliklə ishalın növbələşməsi
E) Ürəkbulanma, qusma
Ədəbiyyat:Əsgərov V, Uçaykin V. “Uşaqlarda infeksion xəstəliklər”, Bakı, 2010
Dostları ilə paylaş: |