943) Endoskopiyada işlədilən optik ucluqlar necə sterilizasiya edilir?
A) Avtoklavda
B) Pervomur məhlulunda saxlamaqla
C) İsti hava axını ilə işləyən quruducu şkaflarda
D) Formalin buxarlarıda
E) Qaynatmaqla
Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985 (səh.67)
944) İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olur?
A) 160-180°
B) 100-120°
C) 180-220°
D) 150-160°
E) 120-140°
Ədəbiyyat: V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
945) Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır?
A) Yodonatda
B) Pervomurda
C) Süleymani məhlulunda
D) Briliant yaşılında
E) 70°-li etil spirtində
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
946) Dezinfeksiya nədir?
A) Mikrobların yaraya düşməsinin qarşısının alınması
B) Bütün mikrobların hətta sporəmələgətirənlərin məhv edilməsi
C) Bütün mikrobların,virusların məhv edilməsi
D) Patogen mikrobların zərərsizləşdirilərək məhv edilməsi
E) Yarada olan mikrobların məhv edilməsi
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 182
Dostları ilə paylaş: |