1164) Bunlardan hansı boğucu təsirli zəhərli maddələrdir?
A) Sinil turşusu
B) Gözyaşardıcı maddələr
C) İprit, lüizit
D) Fosgen, difosgen
E) Sulfat turşusu
Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
1165) Kəskin şüa xəstəliyi zamanı ilk tibbi yardım necə aparılır?
A) Qüvvətləndirici və medikamentoz terapiya
B) Təzə sitrat, qan trombositləri, eritrositar kütlənin yeridilməsi
C) Polivitamin, dimidrol, antibiotiklərin tətbiqi
D) Parenteral qidalanma
E) Zərərçəkəni zədələnmə ocağından çıxarmaq, hissəvi sanitar təmizləmə aparmaq, içməyə 1 tab etapirazin vermək, şüalanmanın qarşısını almaq üçün – sistamin (6 tab bir dəfəyə vermək)
Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 247
1166) Boğucu təsirli zəhərli maddə fosgenlə zəhərləndikdə bu əlamərlərdən hansı müşahidə olunmur?
A) Ağızda xoşagəlməz dad
B) Gözlərin və tənəffüs yollarının qıcıqlanması
C) Hallüsinasiyalar
D) Öskürək, boğulma
E) Mədə nahiyyəsində ağrılar və qusma
Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
1167) Ümumi təsirli, zəhərli maddələrlə zədələndikdə ilk tibbi yardım zamanı hansı tədbir aparılmır.
A) Antidot yeridilir
B) Süni tənəffüs verilir
C) Zədələnmə ocağından çıxarılır
D) Zədə alana əlehqaz geyindirilir
E) Antibiotiklər, dezensibilizəedici maddələr, transfuzion terapiya
Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 258
1168) Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə hansı növ şok baş verir?
A) Kardiogen
B) Hemorragik
C) Hemotransfuzion
D) Travmatik
E) Hipovolemik
Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 387
Dostları ilə paylaş: |